bənzər, little strokes fell great oaks – dama-dama göl
olar, cut your coat according to your cloth – ayağını
232
yorğanına görə uzat, run with the hare and hunt with the
hounds – dovşana deyir qaç, tazıya tut, to make a
mountain out of a mole-hill – dəvədən fil düzəltmək, there
is a life in the old dog yet – hələ canında su var, to eat
( live on) the fat of the land – yağ-bal içində üzmək, to
measure other’s corn by one’s own bushel – hər şeyi öz
arşını ilə ölçmək, we never know the value of water till the
well is dry – pisi görməyən, yaxşının qədrini bilməz, one
misfortune comes upon the back of another – dərd gələndə
xalvarla gələr, çıxanda misqalla, it is an ill wind that
blows nobody good – şər deməsən, xeyir gəlməz, over
shoes, over boots – ölmək ölməkdir, xırıldamaq nə demək,
no cross, no crown – çəkməsən zəhmət, görməzsən ləzzət,
what is got over the devil’s back is spent under his belly –
hay-hay ilə gələn, vay-vay ilə çıxar, as you make your
bed, you must lie on it – nə tökərsən aşına, o da çıxar
qaşığına, give a fool rope enough, and he will hang
himself – dəliyə yel ver, əlinə bel, every cloud has a silver
lining – hər gecənin bir gündüzü var, fine feathers make
233
fine birds – gözəllik ondur, doqquzu dondur, the more
haste the less speed – tələsən təndirə düşər və s.
3. Təsviri tərcümə. Bu zaman ingilis idiomlarının
mənası Azərbaycan dilində təsvir yolu ilə verilir. Təsviri
tərcümədən ingilis idiomunun Azərbaycan dilində
ekvivalent və ya analoqu olmadığı hallarda istifadə
olunur: accept the Chitern Hundreds – Parlament üzvlüyü
səlahiyyətini üzərindən götürmək, to set the Thames on
fire – “qeyri-adi bir şey etmək”, Khaki election –
“militarist ruhda aparılan seçkilər”, a Dutch bargain –
“birtərəfli xeyir verən sövdələşmə”, chew the fat (və ya
rag) – “dilotu yemək”, a peeping Tom – “hər şeyə
həddindən artıq maraq göstərən adam”, to talk to smb like
a Dutch uncle – “kiminsə başına ağıl qoymaq”, to get the
ball rolling – “ilk addım atmaq”, to lead apes in hell –
“qarımış qız kimi ölmək”, to whip the devil round the post
– “hər şeyə qanunsuz yolla nail olmaq”, to hide one’s light
under a bushel – “öz istedadını torpaqda basdırmaq”, to
draw a red herring across the trail – “bilə-bilə
çaşdırmaq”, to sweep the board “hər şeyi ələ keçirmək”,
234
does your mother know you are out? - “ağzından süd iyi
gəlir”, the answer is a lemon – “bu nömrə keçməz” və s.
4. Antonimik tərcümə. Bu zaman inkar formalı və
mənalı idiomatik birləşmə Azərbaycan dilində təsdiq
konstruksiyasının və əksinə, təsdiq formalı birləşmə inkar
konstruksiyasının köməyilə verilir: don’t count your
chickens before they are hatched – cücəni payızda
sayarlar, to keep one’s head – başını itirməmək, what is
bred in the bone will not go out of the flesh – qozbeli qəbir
düzəldər, don’t teach your grandmother to suck eggs –
dünənki cücə bu günki cücəyə cib-cib öyrədir, the leopard
cannot change his spots – qozbeli qəbir düzəldər, let
sleeping dogs lie – arı yuvasına çöp uzatma, there is one
good wife in the country, and every man thinks he has
hers – heç kəs öz ayranına turş deməz, he that would eat
the fruit must climb the tree – işləməyən dişləməz, words
cut more than swords – qılınc yarası sağalar, söz yarası
yox, what is done by night appears by night – cidanı
çuvalda gizlətmək olmaz, the moon does not heed the
barking of dogs – it hürər, karvan keçər, two dogs over
235
one bone seldom agree – iki qoçun başı bir qazanda
qaynamaz, one’s cake is dough – “ümidlər doğrulmadı”,
cry wolf too often – yalançının evi yandı, heç kim
inanmadı, don’t swamp horses when crossing a stream –
“qeyri-münasib vaxtda böyük dəyişikliklər etmək” və s.
5. Kalka yolu ilə tərcümə. Bu zaman ingilis idiomu
Azərbaycan dilinə kalka edilir: the moon is not seen when
the sun shines – “günəş çıxanda ay görünməz”, the White
House – “Ağ ev”, Damocles’ sword – “Damokl qılıncı”,
the cold war – “soyuq müharibə”, a stony heart – “daş
ürək”, a ship of the desert – “səhra gəmisi”, man is to man
a wolf “insan insana canavardır”, dead men don’t bite
“ölü adam dişləmir”, an iron hand in a velvet glove –
“məxmər əlcəkdə dəmir əl” və s.
6. Kombinasiya üsulu ilə tərcümə. Bu zaman
ingilis idiomu Azərbaycan dilnə kalka və təsviri
tərcümənin kombinasiyası ilə verilir: to carry coals to
Newcastle (“Nyukasla kömür daşımaq” – Nyukasl
İngiltərədə daş kömür sənayesinin mərkəzidir) –
Naxçıvana duz aparmq, yaxud Sabirabada qarpız
236
aparmaq, the
three tailors of Tooley Street – “Tuli
küçəsindən olan üç dərzi” (özünü bütün millətin
nümayəndəsi hesab edən bir qrup adam), to cut the
Gordian knot – “Qordian düyününü kəsmək” (çətinlikləri
güc tətbiq etməklə həll etmək), the Trojan Horse – “Troya
atı” (gizli təhlükə), Cassandra warnings – “Kassandra
xəbərdarlıqları” (məhəl qoyulmayan, lakin baş verən
xəbərdarlıqlar; əsatirə görə, Kassandra peyğəmbərlik
vergisi verilmiş Troya çariçasıdır), the golden age – “qızıl
əsr” (bu ifadə ilk dəfə yunan şairi Qospodun “İşlər və
günlər” poemasında Saturn əsrinin təsvirində işlənmişdir),
Ceasar’s wife must (or should) be above suspicion –
“Sezarın arvadı şübhədən kənar olmalıdır” (Yuli sezarın
öz arvadı Pompeya ilə nə üçün boşanması ilə bağlıdır;
hərfən “Sezarın arvadı” kimi tərcümə edilə bilən Ceasar’s
wife ifadəsi “şübhədən xali adam” mənasında işlədilir), a
labour of Hercules (the labour of Hercules) – “Herkules
əməyi” (“çox çətin iş” mənasında işlədilir), Achilles’ heel
– “Axilles dabanı” (kiminsə zəif cəhəti; qədim yunan
əsatirinə görə, Axilles adlı pəhləvanın ən zəif yeri onun
237
dabanı imiş), Augean stable(s) – “Avgi tövlələri” (“son
dərəcə zibilli, nizamsız, çirkli, natəmiz yer”i bildirən bu
ifadə qədim yunan əfsanəvi padşahı Avginin adından
götürülmüşdür; əfsanəyə görə həmin padşahın 30 il
ərzində təmizlənməmiş tövlələrini Herakl adlı pəhləvan
bir gün ərzində təmizləmişdir), the iron lady – dəmir ledi
(xanım) – “Marqaret Tetçer” (İngiltərənin sabiq baş
naziri), to show white feather – “ağ lələk göstərmək” (Bu
ifadə döyüşkən xoruzlara aid edilir və “qorxmaq”
mənasında
işlədilirdi,
çünki
döyüşkən
xoruzun
quyruğundakı ağ lələk pis cinsin əlaməti hesab edilirdi).
Sonralar bu ifadə insanlara aid edilməyə başladı və
“qorxaqlıq göstərmək” mənasında işlədildi. Bununla bağlı
maraqlı bir faktı xatırlatmaq yerinə düşərdi: İngiltərə və
Avstraliyada hərbi xidmətdən boyun qaçıran, yayınan
şəxslərə ağ lələk göndərmək adət halını almışdı);
In England on the outbreak of war civilized young
women rush about handling white feathers to all young
men who are not in uniform (B.Shaw) “İngiltərədə
müharibə başlayan zaman sivil gənc qadınlar ətrafı gəzib
238
dolaşaraq, müharibəyə getməyən bütün cavanlara ağ lələk
verərdilər ” (B.Şou).
Dostları ilə paylaş: |