Achilles’ heel – azərb. Axilles dabanı – rus. ахиллесова
пята, ing. one’s own flesh and blood – azərb. qanı və
200
canı – rus. плоть и кровь, ing. all skin and bones – azərb.
bir dəri, bir sümük – rus. кожа да кости, ing. an eye for
an eye, a tooth for a tooth – azərb. gözə-göz, dişə-diş –
rus. око за око, зуб за зуб.
Müxtəlifsistemli dillərdə idiomların struktur-
semantik ekvivalentliyinin aşağı olması dillərin leksik-
semantik
sistemində
yuxarıda
sadaladığımız
komponentlərin ya tamam olmaması, ya da çox az
işlənməsi ilə əlaqədardır.
Tərkibində head – baş, eye – göz, hand –əl, heart – ürək,
mouth – ağız, tongue – dil kimi sözlər olan idiomların
struktur-semantik ekvivalentlik dərəcəsi yüksəkdir. Müq.
et: ing. to cry one’s eyes out – azərb. gözünün qarasını
tökmək – rus. выплакать все глаза, ing. to hold / carry
one’s head high – azərb. başını dik tutmaq – rus. высоко
держать голову, ing. to turn someone’s head – azərb.
başını piyləmək – rus. вскружить голову кому-либо, ing.
to throw dust in someone’s eye – azərb. gözünə kül
üfürmək – rus. пускать пыль в глаза, ing. with all one’s
heart – azərb. bütün qəlbi ilə / canla-başla – rus. от всего
201
сердца / всем сердцем, ing. lay hand on – azərb. əl
qoymaq / ələ keçirmək – rus. прибрать что-либо к
рукам, ing. to be with one foot in the grave – azərb. bir
ayağı gorda olmaq – rus. стоять одной нагой в могиле,
ing. to twist someone round one’s little finger – azərb.
kimi isə barmağına dolamaq – rus. обвести вокруг
пальца кого-либо.
Tərkibində bədən üzvlərini bildirən komponent
(somatizm) olan idiomlar arasında ekvivalentlərin sayı
çoxdur. Bu, somatizmlərin frazeoloji vahidlər əmələ
gətirməkdə məhsuldarlığı ilə bağlıdır.
İdiomların sintaktik strukturunda ekvivalentlik
onların tərkibinə daxil olan sözlər arasındakı əlaqənin
eyniliyinə də əsaslanır. İdiomların struktur-semantik
ekvivalentliyinin az olması onları təşkil edən
komponentlərin məhsuldarlığının aşağı olması ilə
şərtlənir. Fikrin obrazlı ifadəsi müxtəlif dillərdə müxtəlif
cəhətlərə malik olur. Ona görə də obrazlı ifadələrin
işləndiyi idiomların ekvivalentlik dərəcəsi aşağı olur. Belə
idiomları tərcümə etmək daha çətindir [134, 124]. Bəzən
202
aşağıdakı nümunələrdə göstərilən şəkildə ekvivalentlik də
müşahidə olunur: ing. to gnash one’s teeth – azərb.
dişlərini qıcamaq – rus. скрежетать зубы, ing. two
heads are better than one – azərb. ağıl ağıldan üstündür –
rus. одна голова хорошо, а две лучще, ing. to keep an
eye / one’s eyes on somebody – azərb. kimsədən gözünü
çəkməmək – rus. не спускать глаз с кого-либо, ing. to
listen open-mouthed – azərb. ağzını açıq qoymaq / ağzı
açıq qalmaq – rus. разинуть рот.
“İdiomatik sistemin mənfi mənaya doğru meyli,
ümumi semantik assimetriyası insanların mənfi hadisələrə
emosional və nitq reaksiyasının nəticəsində baş verir.
Kəskin mənfi emosional vəziyyətdə hadisəyə münasibət
bildirərkən hazır sabit söz kompleksindən daha çox
istifadə edilir” [132 6]. Obrazlı idiomatik ifadələrin
işlənməsi də emosional vəziyyətlə bağlı olur. Lakin
emosional vəziyyətdən asılı olaraq çox zaman istifadə
olunan
idiomatik
ifadələrin
ekvivalentliyi
psevdoekvivalentliyə uyğun gəlir.
203
İdiomların semantik və leksik quruluş amillərinin
qarşılıqlı təsirinin araşdırılması müxtəlif ekvivalentlik
növlərini müəyyən etməyə imkan verir:
1) struktur-semantik ekvivalentlik;
2) semantik ekvivalentlik;
3) struktur-psevdoekvivalentlik.
Ekvivalentliyin
müəyyələşdirilməsinə
belə
yanaşmada semantik, leksik və struktur amillər əsas
götürülür. Bu, ingilis və Azərbaycan dillərində
ekvivalentliyin aşağıdakı növlərini ayırmağa əsas verir:
1) tam ekvivalent idiomlar – semantik, konnotativ və
leksik cəhətdən eyni olan idiomlar;
2) qismən, natamam ekvivalentlər – bu qrupdan olan
idiomları bir neçə yarımqrupa bölmək olar: a) leksik
cəhətdən eynilik təşkil edən, semantikasına görə fərqlənən
idiomlar, b) semantik və konnotativ cəhətdən eynilik
təşkil edən, lakin leksik cəhətdən cüzi fərqlənən idiomlar;
3) idiom-analoqlar.
Qeyd olunanlara aid kifayət qədər nümunələr
göstərmək olar. Müq. et: ing. to be at hand to – azərb.
|