gördü ki, padşah dönüb quduz köpəyə” (“Nüşapəri
xanımın nağılı”) [167, 188].
127
İdiomların özünəməxsus mənalarını təyin edərkən,
ilk növbədə, dilin birləşmənin semantikasını üzə çıxaran,
formalaşdıran struktur vahidlərinə diqqət yetirmək
lazımdır. Bu baxımdan idiomların komponentləri
əhəmiyyətli funksiya daşıyır. Ümumiyyətlə, idiomların
bəzilərinin
ümumi
semantikasının
onların
komponentlərinin zəifləmiş mənalarından doğması fikrini
irəli sürmək olar.
Məlumdur ki, idiomların mənasından fərqli olaraq
sözlərin mənası morfemlər əsasında müəyyənləşdirilir.
İdiomun tərkibindəki hər bir komponent müəyyən morfem
əsaslıdır və onun mənası bu morfemə görə aydınlaşır.
Həmin məna sözlərin lüğəvi mənasıdır. Sözdə isə bir
ümumi və müxtəlif sayda xüsusi mənalar olur. Ümumi
məna dilə, xüsusi məna isə nitqə şamil edilir. “Mürəkkəb
frazeoloji bütöv xüsusi semantik kateqoriyadır. O, nitqdə
də belə bir funksiya daşıyır. Bu bütövün elementlərini bir-
birindən ayırmaq, onların arasındakı bağlılığı yox etmək
mümkün deyildir” [33, 93]. Digər tərəfdən, “idiomatiklik
dil vahidlərinin (söz, söz birləşməsi, cümlə) bütövlükdə
128
mənası ilə onları təşkil edən ayrı-ayrı komponentlərin
mənasının müvafiq gəlməməsidir. Dil vahidlərinin
komponentləri arasında formal və semantik əlaqə
yaranmış olur. Komponentlərin ilkin forma, vəzifə və
məzmunun itməsi ilə bütöv tərkib tamamilə fərqli məna
və vəzifə kəsb etmiş olur” [5, 7].
Komponentlərə münasibət göstərilən bu iki elmi
fikirdə həm üst-üstə düşmə, həm də fərqli mövqe vardır.
Zənnimizcə, “bütövün elementlərini bir-birindən ayırmaq,
onların arasındakı bağlılığı yox etmək mümkün deyildir”
fikrini irəli sürən M.Mirzəliyeva komponentlərin semantik
yükünün müəyyən dərəcədə bütövün semantikasında açıq
və ya gizli şəkildə yer almasını qəbul etməklə haqlıdır.
“Dil vahidləri arasındakı formal və semantik cəhətdən
əlaqənin itməsi nəticəsində idiomatiklik yaranmış olur”
müddəasında isə bütövün əmələ gəlməsi üçün
komponentlərin mövcudluğunun əsas şərt olması fikri ilə
ziddiyyət vardır. Komponentlər ilkin forma, vəzifə və
məzmununu eyni zamanda, eyni anda itirə bilməz.
Məsələn, ingilis dilində out of heart, Purple Heart,
129
Achilles’s heel, in the seventh heaven, be a low into,
Draconian laws, till the last; Azərbaycan dilində qarğa
məndə qoz var, zəhər tuluğu, bir oğlandır ki, çayda balıq
yan gedər, qana qan eləmək, ilanı Seyid Əhməd əli ilə
tutmaq kimi idiomlarda komponentlərin semantik yükü və
semantik əlaqələri vardır. Komponentlərdən heç biri ilkin
formasını itirməmişdir. Onların ilkin vəzifələrinin
itirildiyini demək də doğru olmazdı. Ayrılıqda işlənərkən
bu birləşmələrin komponentlərinin semantik yükündə
dəyişmə baş verir və nəticədə həmin komponentlərdə yeni
xüsusiyyət, məzmun yaranır.
“İdiomun ayrı-ayrı komponentlərinin mənası ilə
bütövün mənası müasir dövrlə əsla əlaqədar olmur. Başqa
sözlə, idiomun məna motivliyi itmiş olur. Bir oğlandır ki,
çayda balıq yan gedər ifadəsindəki əsas fikir oğlanın
yaxşı olmasıdır. “Yaxşı” mənası çay, balıq, yan, getmək
məfhumları ilə əsla əlaqədar deyildir.
Deməli, idiomun tərkibindəki sözlər yalnız birlikdə
ümumi məna kəsb edir, bütövün daxilində öz əvvəlki
leksik-semantik və qrammatik əlamətlərindən məhrum
130
olur. Odur ki, çox zaman sözün mənası deyil, özü,
funksiyası (məhz idiomun tərkibində işlənməsi) kifayət
edir” [5, 8-9].
Əvvəla, bütövün mənasının komponentlərin mənası
ilə müasir dövrdə əlaqəsi haqqında danışmaq düzgün
deyildir. Bu əlaqə başqa dövrdə, keçmişdə də eyni cür
olmuşdur. İkincisi, bütövün tərkibində oğlan sözü öz
mənasını saxlamışdır. İdiomun ona yuxarıda verilmiş
tərifi əsas götürülərsə, o halda idiom kimi çayda balıq
Dostları ilə paylaş: |