yan gedər çıxış etməlidir. Üçüncüsü, bütöv özü
komponentlərdən
təşkil
olunduğundan
həmin
komponentlərdən hər hansı birinin iştirak etmədiyi halda
öz mənasını itirmiş olacaqdır. Nəhayət, ortaya bir sual
çıxır: Nə üçün “yaxşı” mənası çayda balıq yan gedər
birləşməsinin semantikasına uyğun gəlir? Nə üçün başqa
bir heyvan yox, məhz balıq? Nə üçün məhz çayda? Bütün
bu suallar bütövün gizli semantik yükündən xəbər verir.
İpinin üstünə odun yığmaq olmaz idiomu “etibar
yoxdur, etibarsızdır” mənasını bildirir. Ayrılıqda
131
komponentlərin mənaları “etibarsızlıq” anlayışı ilə heç bir
semantik bağlılığa malik deyildir.
M.Adilov bu idiomu qədimdə insanları dostluqda,
yoldaşlıqda, etibarda yoxlamaq üçün onların iplə bir-
birinə bağlanması ilə izah edir və fikrinə sübut kimi qırdı-
qaçdı, dostluq ipini qırdı, dostluq telləri ilə bağlanmaq
ifadələrini nümunə gətirir [4, 133]. Bir sıra xalqlarda toy
günü keçirilən mərasimdə bəylə gəlinin ayaqlarının iplə
bir-birinə bağlanması, bu vəziyyətdə hərəkət etməsi də
həmin
idiomun
mənası
ilə
səsləşir.
Onun
komponentlərindən olan odun və yığmaq sözlərinin, daha
doğrusu, odun yığmaq birləşməsinin haradan gəlməsi də
maraq doğurur. Çox güman ki, bağlılığın nə dərəcədə
möhkəm olmasını yoxlamaq üçün ipin üzərinə odun
yığmaqdan istifadə olunmuşdur. Anarın “Kitabi-Dədə
Qorqud” motivləri əsasında yazdığı kino ssenaridə Qazan
xanın gücünü, qüvvəsini yoxlamaq üçün ona müxtəlif
istiqamətlərdən kəmənd atılır və atlılar onu dartmağa
çalışırlar.
132
İngilis idiomlarında da komponentlərin semantik
əlaqələrinin bütövün məzmunu ilə müşahidə etmək
mümkündür. Məsələn, the jungle law (“qanunsuzluq,
özbaşınalıq”) idiomunun hərfi mənası belədir: “cəngəllik
qanunu”. Göründüyü kimi, ikinci komponent olan qanun
sözü bütövün mənasının ifadəsində istifadə olunur.
Bundan başqa, cəngəllik sözünün ümumi mənasında xaos,
hərcmərclik, özbaşınalıq yeri, müxtəlif, gözlənilməz
təhlükələrin hər an meydana çıxdığı yer, növlərin daim
yaşayış uğrunda mübarizə apardığı yer məzmunu vardır.
Belə bir yerdə hər növün özünü qorumaq üçün istifadə
etdiyi yol, vasitə onun üçün düzgün qayda, qanundur.
The jungle law – Eat or be eaten, which governs the
competition of individual in a given country, is extended
to entire nations in the epoch of imperialism (V.Petro).
“Ayrı-ayrı kapitalistlər arasında rəqabətin əsasında duran
“başqalarını ye, yoxsa sənin özünü yeyəcəklər” cəngəllik
qanunu imperializm dövründə bütün millətlər arasında
yayılır”.
133
The law of the Medes and Persians idiomunu
“Midiyalı və farsların qanunu” kimi tərcümə etmək olar.
Bu idiom “əbədi qanun” mənasında işlədilir.
Laws catch flies, but let hornets go free idiomu
“hörümçək torunu eşşək arısının yan keçməsi, milçəyin
isə ona ilişməsi qanunu” kimi tərcümə olunur. Bu idiom
məsəl kimi işlənir və daha kiçiyin tələyə düşməsi, daha
böyüyün tələni yan keçməsi kimi anlaşılır. Burada
komponentlərin semantikası özünü onların bir-biri ilə
müqayisədə böyük və kiçikliyində, qorxulu-qorxusuz
olmasında göstərir.
İdiomların komponentləri olan sözlər dilxarici hadisə,
predmet və xassə bildirirsə, idiomlar daha çox hiss və
həyacanın, fərdin və ya obyektin keyfiyyətlərini ifadə
edir. Keyfiyyət, hal və vəziyyət ifadə edərkən idiomun
mənası onun komponentlərindən birinin keyfiyyəti, halı
ilə bağlı olur. Burada komponentin semantikası deyil,
bildirdiyi obyektin funksiyası, ona xas keyfiyyət bütövə
məna verilməsində yardımçı olur. Bu cəhət də idiomların
semantik xüsusiyyətlərinin tədqiqi zamanı komponentlərə
134
görə təsnifata və təsnifat əsasında müəyyənləşdirilmiş
qruplara üstünlük verməyə zəmin yaradır. M.Mirzəliyeva
göstərir
ki,
bütövün
ümumi
mənası
ayrı-ayrı
komponentlərin mənalarından doğmur, açılmasına ehtiyac
duyulan daxili formaya və ya obraza əsaslanır. Məsələn,
Dostları ilə paylaş: |