Tökmə ərintilərinin xalq təssərrüfatında və maşınqayırmada rolu



Yüklə 9,56 Kb.
səhifə2/3
tarix07.01.2024
ölçüsü9,56 Kb.
#205250
1   2   3
9-cu mühazirə e

Metalda qala bilən oksidlərin miqdarını azaltmaq məqsədilə maye ərintiyə elə oksigensizləşdirici elementlər vermək lazımdır ki, onların ərimə temperaturu nisbətən aşağı onun və əmələ gətirdikləri oksidlər isə asanlıqla koaqulyasiya oluna bilsin. Yalnız belə olduqda qeyri-metal birləşmələrin ölçülərinin sürətlə böyüməsi və onların metaldan kənar olunması təmin oluna bilər. Qeyri metal birləşmələrin üzə

çıxma sürətinə onun ölçülərini təsiri Şəkil 1-də göstərilmişdir.

Diffuziyalı oksigensizləşdirmə.

Məlumdur ki, FeO maye metalda və həm də posada həll olur.FeO-nun metal və posadakı miqdarı onun paylanma əmsalı ilə xarakterizə olunur.

Əgər posada FeO-nun miqdarı azaldılarsa onda maye ərintidən posaya müvazinətli qatılıq alınanadək FeO keçər. Bu da maye ərintidə oksigenin miqdarının azalmasına səbəb olur, yəni ərinti bir qədər oksigensizləşir. FeO-nun bu yolla ərintidən posaya keçmə prosesi diffuziyalı prosesdir.Ona görə də əritinin bu yolla oksigensizləşdirilməsi prosesi diffuziyalı oksigensizləşmə adlanır. Diffuziyalı oksigensizləşdirmədə əritmənin sonunda posaya dəmir oksidini reduksiya edə bilən reduksiyaedicilər verilir. Bu zaman posada həll olmuş dəmir oksidi reduksiya olunduğundan onun posada miqdarı azalır. Bu hal oksigenin (FeO) şəklində maye metaldan diffuziya tolu ilə posaya keçmə şəraitini yaradır. Bunun da nəticəsində posada FeO şəklində oksigenin miqdarı artır, metalda isə aazalır.

Bu üsulla oksigensizləşdirmənin müsbət cəhəti ondan ibarətdir ki, oksigensizləşdirici maye metalla görüşmür, bu səbəbdən də onun oksid birləşməsi maye metalda olmur. Üsulun mənfi cəhəti isə onun uzun müddətli olmasıdır. Bu da əritmənin məhsuldarlığını azaldı, əlavə əmək və vəsaitin sərf olunmasına səbəb olur. Məsələn Marten sobasında mühit həmişə oksidləşdirici xassəli olur. Belə şəraitdə posanın oksigensizləşdirilməsi üçün verilən elementlər posadakı dəmir oksidinin oksigeni ilə yanaşı soba qazının oksigeni ilə də oksidləşir. Bu üsul, əsasən sobada oksidləşdirici mühit olmayan halda poladın elektroqövs sobalarında əridilməsi zamanı tətbiq olunur.


Yüklə 9,56 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin