Ekoloji maqnifikasiya –eyni ekosistemdə aşağı trofik səviyyələrdən yuxarı trofik
səviyyələrə keçdikdə orqanizmdə kimyəvi maddələrin qatılığının artması prosesidir.
İntoksikasiya- və ya zəhərlənmə - zəhərin orqanizm ilə qarşılıqlı təsiri nəticəsində inkişaf edən pataloji haldır.
Endogen maddələr- orqanizmdə əmələ gələn zəhərli maddələr.
Ekzogen maddələr- orqanizmdən kənarda əmələ gələn maddələr.
6. Kimyəvi toksikologiya? Kliniki toksikologiyanın gələcək inkişaf prespektivləri aparılan araşdırmalardan belə məlum olur ki, hal-hazırda süni yolla alınan kimyəvi maddələrin sayı 6 mln-dan çoxdur.Bununla anaşı insanlıq üçün qorxulu olan birləşmələrdən biri də kənd təsərrüfatında üzvi gübrələr və pestisidlərdir.Pestisidlər başqa kimyəvi maddələrə nisbətən biosferdə biosferdə daimi dövranda olan və tam parçalanma dövrünə qədər qalan maddələr sayılır.
Hər il 250 minədək yeni- yeni maddələr sintez edilir Müxtəlif yollarla orqanizmə daxil olan bu maddələrin gələcəkdə hansı toksiki təsir göstrəcəyini qabaqcadan demək çətindir. Mütəxəssislər elə bu günün özündə də geniş yayılan ürək- damar, nkoloji, mədə- bağırsaq və s. xəstəliklərin əsas səbəbini məhz orqanizmin “kimyəvi təmizliyi”nin pozulmasında görürlər.Aparılan tədqiqatların nəticəsində məlum olmuşdur ki, insan orqanizminə yabançı maddələrin əksəriyyəti( metalların 70%-i , üzvi birləşmələrin 25-50%- i) məhz ərzaqla daxil olur .Bunlar bioloji aktiv maddələr olub bütün canlı aləmi tələf etməyə qadirdir.
Toksikologiya sahəsində aparılan ən müxtəlif araşdırmalardan məlum olur ki, hazırda süni sintez olunan maddələrin sayı gündən-günə artır və insan orqanizmi üçün yeni-yeni təhlükə mənbəyi yaradır.Bütün bunların qarşısını alıb insanların sağlam həyat şəraitinin təmin edilməsi üçün toksikologiya elmi və onun müxtəlif sahələrinin inkişafı gələcəkdə indikindən də vacib olacaqdır.
7. Toksikologiyanın əsas istiqamətləri və bölmələri.? Toksikologiya fundamental elm olub bir çox oxşar təbiət elmlərin , o cümlədən ümumi kimya, üzvi kimya, biokimya, fiziologiya, ümumi ekologiya, genetika və s. elmlərin bilik və tədqiqat metodlarını cəlb etməklə geniş məsələləri həll edir.Metodiki işlərin əsası heyvanlar üzərində təcrübələrdir ki, onlar da planlaşdırlmış, texniki cəhətdən təchiz olunmuş şəraitdə aparılır.Orqanizmlər sistemli, orqanlı, hüceyrə və molekulyar sıviyyədə zəhərlərin təsir mexanizmi özündə əks etdirir.Hazırda toksikologiyada 3 əsas istiqamət mövcuddur. Nəzri( təcrübi), proflaktik ( gigyenik) və klinik (sxem1).