24. Nüvə partlayışlarından sonra baş verən yerli (lokal) radioaktiv çirklənmələr? Nüvə partlayışından sonra baş verən radioaktiv çirklənmələrin miqyası və səviyyəsi bir sıra amillərdən: nüvə döyüş sursatının tipindən, partlayışın növündən, gücündən, topoqrafik və meteroloji şəraitdən asılı olur.Gücü 1Mt olan uran atımlı döyüş sursatının partlayışı zamanı meydana çıxan uzunömürülü əsas bölünmə məhsullarını – istilik neytronlarının təsiri altında yaranan U-235 və Ri-239 izotonları və sürətli neytronların təsiri nəticəsində törəyən U-238 izotonları təşkil edir.Nisbətən uzunömürlü radionuklidlərin miqdarı, əvvəlcə artır sonra isə azalmağa aşlayır. Bu onunla izah edilir ki, partlayış anında bölünmə məhsullarının qatışığında 35 elementin 200-dən artıq izotonu olur.Lakin bu ilk bölünmə məhsullarının əksəriyyətinin yarımparçalanma müddəti çox qısadır.Demək olar ki, onlardan hər biri sonrakı parçalanmalar zəncirinin başlanğıcını təşkil edir.
25. Radioaktiv tullantılar emal edilən və basdırılan ərazilər? Nüvə texnologiyası radioaktiv tullantıların kənar edilməsi kimi mürəkkəb bir problem meydana çıxarmışdır.Lakin hazırda radioaktiv tullantıların emal edilməsi və basdırılmasının təhlükəsiz üsulları tapılmışdır. Burada ətraf mühitin çirklənməsi belə yerlərin ağılması ilə əlaqədar olan təsadüfi qəzalar nəticəsində baş verə bilər.
26. Xalq təsərrüfatında radionuklidlərdən istifadə olunması? Sənayedə, təbiətdə, kənd təsərrüfatında radioaktiv nuklidlərdən qapalı ionlaşdırıcı şüalanma mənbəyi kimi istifadə edilir. Belə mənbələr müvafiq qaydalara riayət edilmədən, pis qorunub saxlanarkən və ətraf mühitdəki əşyalara qarışarkən onların radioaktiv şüalanmaları ətrafdakılar üçün təhlükə törədə bilər.Son zamanlar kosmik tədqiqatlarda və astronavtikada radioaktiv mənbələrdən istifadə olunması ilə əlaqədar ətraf mühitin radioaktiv maddələrlə çirklənməsi təhlükəsi artmışdır. Bununla belə, ətraf mühitin ən çox çirklənməsi elm və istehsalat məqsədləri üçün açıq haldakıradionuklidlərdən istifadə olunan radioizotop laboratoriya şəbəkəsi hesabına baş verir. Radioaktiv tullantıların axar sulara atılması hətta bu tullantıların qatılığı yol veriləndən az olsa da belə, müəyyən müddət ərzində ətraf mühitdə radioniklidlərin tədricən toplanmasına səbəb olacaqdır.