Toksikologiyanın inkişaf tarixi?


Zəhərli maddələrin orqanizmdə xaric olması?



Yüklə 53,95 Kb.
səhifə11/24
tarix11.11.2022
ölçüsü53,95 Kb.
#68548
1   ...   7   8   9   10   11   12   13   14   ...   24
Toksikologiyanın Əsasları- QISA VARİANT

19. Zəhərli maddələrin orqanizmdə xaric olması?
Yüksək uçuculuq qabiliyyətinə malik olan zəhərlər, xüsusilə uçucu qeyri- elektrolitlər və uçucu metabolitlər dəyişilməmiş vəziyyətdə ağ ciyərlərdən tənəffüs prosesində xaric olurlar.Suda yaxşı həll olan kimyəvi maddələrin çoxu öyrəklər vasitəsilə passiv filtrasiya və yaxud aktiv nəql olunma yolu ilə sidiyə keçməklə elminasiya baş verir. Ağır metallar və onların duzları isə əsasən mədə- bağırsaq yolu ilə orqanizmdən xaric olunurlar. Zəhərli birləşmələrin orqanizmdə çevriliməsinin əhəmiyyəti və yeri. Zəhərli birəşmələr əksər hallarda orqanizdə kimyəvi çevrilməyə uğradıqda özlərini nisbətən daha zərərsiz sayılan birləşmələr verirlər. Toduoldan daha zəif olan benzoy turşusunun alınmasını göstərmək olar. Lakin bu qayda ümumi olmayıb, əksinə də ola bilər.Natratların reduksiyası daha güclü zərərli birləşmə nitritlər əmələ gətirir. Əsas zərərsizləşdirmə mühüm rol oynayır. Bu halda orqanizmin orqanlarının, xüsusən qara ciyərin xüsusi rolu vardır. Bakteryaların bağırsaqda fəalliydi nəticəsində zərərli birləşmələrin miqdarı artır ə bu zaman orqanizmin qorunması ciyərin funksiyası ilə təmin olunur.Qara ciyər qanın süzgəci rolunu oynayaraq, müxtəlif zəhərlərin tutulmasına səbəb olur. Qara ciyərdə xüsusən ağır metallar daha çox tutulurlar.Aparılan təcrübələr göstərir ki, qara ciyaərdə tutlan metal bir neçə ay saxlanılır.Məsələn mis bir aya qədər civə bir neçə il sonra aşkar edilmişdir. Tutulan zəhərlər sonradan öd vasitəsilə ifraz olunurlar. Qara ciyər həm də üzvi mənşəli zərərli birləşmələrin tutlması xassəsinədə malikdir. Qara ciyər həm də yuxarıda göstərdiyimiz oksidləşmə və reduksiya proseslərinin baş veridyi yer hesab olunur.Orqanizmdə zəhərli birləşmələrin çevrilmələrinin ümumi qanunauyğunluqları .Aparılan təcrübələrdən belə nəticəyə gəlmək olar ki, zəhərli birləşmələrin orqanizmdə çevrilmələrində müəyyən qanunauyğunluqlar vardır. Bunlardan biri üzvi birləşmələrin suda həll olma qabiliyyətidir.Orqanizmdə zəhərli üzvi birləşmələrin çevrilməsi elə qaydada baş verir ki, alınmış birləşmələr ilkin zəhərli birləşməyə nisbətən daha çox suda həllolma qabiliyyətinə malik olmuş olsunlar. Ona görə də orqanizmdən sidiklə tezliklə ifraz olunurlar.Buradan belə nəticəyə gəlmək olar ki, ilkin zəhərli birləşmələrin orqanizmdə kimyəvi çevrilməsi o istiqamətdə gedir ki, çevrilmiş məhsulların polyarlığı həmişə yüksək olur. Bu bir daha onunla təsdiq olunur ki, orqanizmdə oksidləşmədən alınan zəhərli birləşmələrin polyarlığı ilkin maddələr nisbətən həmişə yüksək olur. Polyarlıqhər şeydən əvvəl, qaynama və ərimə temprauturlarının yüksək olmasında, xüsusi çəkisininyüksəlməsində və üçüculuğunun az olmasında özünü göstərir. Buradan demək olar ki, alıana üzvi birləşmələrinin suda həll olunması artıqca və uçuculuğu azaldıqca onların ağ ciyərdən ayrılması çətinləşir və əsasən praktiki olaraq böyrəklər vasitəsilə ifraz olunurlar. Məsələn, benzolun oksidləşməsindən alınan birləşmələrin uçuculuğu da az olduğuna görə qanda deyil əsasən böyrəklərdən ayrılırlar.

Yüklə 53,95 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin