Toplayan HƏSƏn bəy hadi 2005-5


çölbərəni yel pozar, el içini söz pozar



Yüklə 1,01 Mb.
səhifə3/9
tarix05.05.2017
ölçüsü1,01 Mb.
#16974
1   2   3   4   5   6   7   8   9

çölbərəni yel pozar, el içini söz pozar.

çölmək min gün sınmaz, bir gün sınar.

çölmək pişirir, süfrə əridir.

çölməkdə pişir qapaxda siyir.

çölməyi yapan, qulpun da taxar.

çömlək duvağıynan, ərəkək sınarıynan.

çörək ağacın əlində olsun, çörəyin ağac başında olmasın.

çörək nə qədər şişədə, xəmirdən qaçağı yox.

çörəksiz ol, ürəksiz yox.

çörəyə quru diyir, ayrana duru deyir.

çörəyi qurudur, ayranı duru.

çörəyin ağacı var, ağacında çörəyi var.

çörəyin var, işin işdir, çörəyin yoxsa, özü bir işdir.

çözülmədən durulmaz, bilinmədən düzülməz.

çubuq, yaşla əğilir.

çubux tutduğun yerdən yox, əyrilən yerdən qırılar.

çuvalın boşu, dik durmaz, ağlı olan, tək durmaz.

çü tan yeri başladı ağara, yaradı seçilməyə ağdan qara.

çüçük hürə-hürə, it olar.

çüçük it olur, it qart olur.

çürük bağlavanın, kor alıcısı olar.

çürük nərdivan, uca dam, çürük ip, dərin quyu.

çürük taxda mıx tutmaz.

çürük taxta çüv tutmaz, dəlik tava, yağ tutmaz.

dabbax sevdiyi dəriyi, daşdan daşa vurar.

dadanmış duza, gəlir bizə.

dadlı dadlı deməklə ağız şirində olar dadlıda olar.

dadlı söz, can arzısı, acı söz, baş ağrısı.

dadlını çox çeynəsən, ardı acı olur. yaxşını döğdükcə yaman olar.

dadmaq yaşamdandı, doymaq ölümdən.

dağ ağmasa, dərə dolmaz. (dağ uçmasa, dərə dolmaz).

dağ başına yel dəğir, gözəllərə söz gəlir.

dağ nə qədər yüksək olsada, yol, üsdündən aşar.

dağ sınqırına yel dəğir. igid başa munq dəğir.

dağa qaldırıb, dağın basır.

dağdan arxası olanın, daşdan ürəyi olar.

dağdan hey götürüb desənki "çoxdur", birdə görərsən ki dağ özü yoxdu.

dağı daşdan, kişini başdan tanı.

dağı oğruqun əğməz, dənizi qayığın bükməz.
- kamanla dağ tutulmaz, qayıqla təniz bükülməz (bağlanmaz).


dağın gözəlliyi daşınan, adamın gözəlliyi başınan. (dağın kürki (gözəlliyi) daşınan, adamın kürki başınan).

dağın hündürlüyün görən, dərənin dərinliyindən söz açar(xəbər verər).

dağın hündürlüyün yox, dərənin dərinliyin gör.

dağın uca olduğun görməyən, öz ucalığın əldə edər.

dağına görə qarı var, bağına görə barı.

dağlardan böyük, dağlardı.

dağlı yer bulaxsız, sulu yer qamışsız olmaz.

daha olmaz öndən aşnalıq, yaraklarsın neçə yerdən cüdalıq.

dalda basılan, üzdə doğar.

dam üzə düşdü gözüm çer təğyə, istədim olsun işim rəmzilə aşkar təğiyə, yanağın öpməyə, quranə təfəüül elədim, gəldi bu ayə ki, ən təp təğiyə.

dama-dama göl olur, axa-axa sel.

damar-damar, daşı dələr.

damcı, damar, daş deşər.

damcını sudan, bulağı çaydan qoruyan tanrıya güvən.

danışan dağı aşdı, danışmayan yolu çaşdı.

danışıqçın yoxisə börkün yana qoy.

danışırsan dilivə, yeyirsən əlivə yiyə ( yiyələn).

danlamayın hər ki aşqa uya, deyiplər sevgi, kilimi suya bıraxar.

dar börk başı sıxar, pis arvad ürəyi.

dar geyməyən, gen geyməz, gen geyməyən, heç geyməz.

dartılmasa, bərkinməz.

dartın dartan utanmaz: varın verən utanmaz.

daş atan bəlli, baş tutan bəlli, burda sən nəçisən.

daş atanda özləri, baş tutan özləri.

daş atıb, başın tutmaq.

daş dağa güvənər, iyid ürəyə.

daş daşınan, - doğan doğanla, - sırça sıçaynan, - sərçə sərçəynən olsa, nə biri sınır - nədə biri qırılır, - nə inciyib ülkür, - nədə üşənür (oğulur).

daş üsdə əkin bitməz.

daş, bir yerdə qalsa gövərər.

daş, daşa söykənir duvar olur.

daş, daşı sındırar.

daşda gərək, başda gərək.

daşdı – aşdı – başdı - üçü sövdalaşdı.

daşı ısıranmayan (dişləyənməyən) öpsün gərək.

daşı ısrumasa, öpmüş gərək: daşa dişin batmazsa, öpməlisən.

daşın baş qırması, başın boşluqundan, daşın toxluğundandır.

daşqa (araba) çönəndə yol göstərən çox olur.

daşqa ilə dovşan tutulmaz.

daşqasını at çəkәr, kölgəsini it çəkər.

daşqınlığın sonu, şaşqınlıqdır.

davalı evdə qazan qaynamaz.

dedilərsə baş gətir, sən börk apar.

dəgirmana gedir, nə dəni var, nə çuvalı.

dəgirmandan küsən, çuvalın boş aparar.

dəğirmanın gurrası, xərməndə yox hurrası.

değirmende doğan siçan, göy kükresindən (gürlemesinden) qorxmaz.

dəli (abdal) toydan, uşağ oyundan doymaz.

dəli ''bizdən'' gen durmaz, ''biz'' tapmasa, diş durmaz.

dəli daşır, ağıllı aşır.

dəli, törün verməz ( dəli başköşəsin verməz).

dəlik qulaq nə eşitməz ?.

dəlik tava yağ tutmaz, çürük taxda mıx tutmaz.

dəliyə baxıb dəli olma.

dəliyə yel ver, əlinə bel, dünyanı belləsin töksün ora.

demə yol üsdə gor qazanlar var, de: - yol üsdə qazıqlar var.

deməyi məndən, yozmağı səndən.

dəmir islanmaz, dəli uslanmaz (ağıllanmaz).

dəmiri dəmirlə yumuşat.

dəmiri döyən dəmirçi olar.

dəmiri tazında döy.

demişlər yaxcılıq edip suya sal, yaramazdan yaxcılıq öğütün al. (demişlər eylüğ edip suya sal, yaramazdan eyülük öğütün al).

dəniz qaxmışisə, artıq gəlir o, və gər inmişisə, əksik gəlir o.

dəniz qaynaşsə, artıq gəlir o, inmişisə, əksik gələr o.

dəniz qırında, çay qırağında quyu qazmazlar.

dənizi keçip, çayda boğuldu.

dənizin dərinlyin sudan yox, dağdan soruş, təpənin nə olduğun dərədən yox dağdan.

dərd ağladar, eşq söylədər.

dərd çəkənindi, sevgi sevənin.

dərdi olan dartılır, dartılmasa artırır.

dərdimiz bir olsa, dərd yarı.

dərdin gizlədən adam ağrıdan eyikməmiş (düzəlməmiş).

dərə olmadan çay olmaz, axar olmadan arx olmaz, elin olmadan bay olmaz, günəş olmadan ay olaz.

dərin qazma quyu ayruq üçün,içində sən yatırsan biri gün.

dərin su bulanmaz.

dəriyə yenib birin vurmakdan, dəyənək yeyib təpəyə çıx.

dərsən biçərsən.

dərya yanında quyu qazma.

dəryada balıq, göydəki quş, meşədəki ayının dərisi satılmaz.

dərzi öz söküyün tikənməz.

dərzi ''tikənə'' yox, biçənə demişlər.

deşiğinə sığmır sıçan, quyruğa bağlır soğan.

deşik harda, sıçan orda.

deşik suda bəlgürür.

dəvə böyük ərsə, mayaqı böyüməz.
- dəvə böyüyür, poxu yox.


dəvə dağa çıxtı.

dəvə gördünmü desə kimsə sana, kössəyin belə de görmədim de ana.

dəvə minib qoyun ara, yaşmazlar.
- dəvə üstündə olsan, qoyun sürüsündə gizlənmək olmaz.


dəvə nə qədər uzaq gedsə, qatarın gözlər.

dəvə öz gəvşədiyin udar.

dəvə qayadan çıxınca, can təndən çıxar.

dəvə qulağından asılmaz.

dəvə silkinsə bir eşşəklik yük çıxar.

dəvə yükü aş olsa, aca az görünür.

dəvə, qara yerin, qayığıdır.

dəvəni dəpətsə yel.

dəvəni görən tanır, ağını udan.

dəvəni yel aparsa, geçini göydə gör.

dəvənin böyügü, köprüdə dayaqdı.

dəvənin quruğu yerə dəyməz.

dəvənində oynamağına az qalıb.

dəvəyə minib yaya pusma. (düzlükdə gizlənmək olmaz).

dəviyə bürç gərəkirsə boynun uzadar. bilə (bahəm) yaşamın dadın yalnız qalan bilər ölkə yağışdan çıxıp yağmıra düşüb.

dəviyə minib, dəvə izlə.

devlət uslunun nökəridir, yavanın ağası. (uslun: ağıllı).

devlətin qorumayan, elinin gününə qalar.

devlətlər dik gəlib, yan gedər.

devranın işini gör, aslanı ac, tülküsü tox.

deyəndən bir umarlar, dinləyəndən iki.

deyilən sirri biri diyər, mini basdırar, on mini açar.

deyilən söz, atılan oxa bənzər.

deyillər bəlanın min qapısı var, xeyrin (uğurun) bir. sən min bir qapını açıq qoy, uğur öz qapısında gələr.

deyingən dinə bilməz, dinməsə dözə bilməz.

deyiplər ''düz'' gedən ''duzağa''da düşər ''duzlağa''da.

deyirki dəliyəm dələcəm. (: dələciyəm)

dəyirman iki daşlı, məhəbbət iki başlı.

dəyirman öz səsin eşitməz.

dəyirmanda doğan sıçan, gurultudan qorxmaz.

dibin qazıb qaşa yaz, xoşun gəlsə daşa yaz.

dil ilən bağlanan, di ilə çözülməz.

dil istəyər, əl edər.

dil olmasa, yaşam bomboş, din olmasa yaşam bom boş.

dil sümüksüzdür, amma sümüyü sındırar.

dil tanrı qayrıdır kişiyə.

dil toxuşu, diş qırar.

dil toxuşun, diş açamaz.

dil var dişi qorur, diş var dili qorur. (dil var dişi saxlar, diş var dili saxlar).

dil, elin elçisidi.

dilab açıq, pişiyin qurası (həyası)nərdə.

dildən gələn əldən gəlsə, hər kimsə xanlıq edər. (dildən gələn əldən gəlsə, hər kimsə paşa olar).

dilək olsa, dağada aşar, dağdanda aşar.

dilək tap, tikin qal.

diləklə dirəş, birgə doğur, birgə ölur.

dilənçidən pay, həm çətin həmdə az olur.

dilənçinin dağarcığı dolmaz.

dilənçinin dosluğu gec olur, tez kəsilir.

dilənçiyə üz vermə, xəbərçiyə söz vermə.

dilənən tapar, tikilən qalar.

dili dişiynən tutma, dişi dil ilən tut.

dili doğru, yolu doğru.

dili ilən quş tutar.

dili kəsilmiş, həqqı kəsilmiş.

dili qorumaq təkərləməkdir tikrarlamaqdır

dilim var, elim var.

dilimi tüh görür, dilimi tükə bağlır.

dilin bəlası uzunluğundandı.

dilin bilən, elin bilər.

dilin bilməyən, anasın tanımaz.

dilin gücü dişdədir, dişin gücü dildədir.

dilin vur düğünü, dişin yazmaz.

dilini gör, elini gör.

dilli elin, özüdə var üzüdə var.

dilsiz elim var neyniyim, daşsız dağım var, neyniyim, amansız düşmanım var neyniyim, ağılsız başım var neyniyim.

dilsiz elin daşı çox, ürək kövrək dağı çox, öz dilini bilməsə, doğma elin yadı çox.

dilsiz elin sözü yox.

dilsiz millət, çəkər zillət.

dindirmə dəmirçini, qəm yeyibdi içini.

dinməz dilim yoldaşım, dinər dilim başdaşım.

dinsizin ağzın, imansız yumar.

dirək olmaz, dirəş olmaz. tikən olmaz, tikik qalmaz.

dirilərin ölümün nə olduğundan danışmaqlarına inanmıyın.

dirişgən tapır, daşa mıx təpir.

diş dilin qoruqudu.

dişsiz ağız, daşsız dəyirman.

dişsiz, dil yaramaz. dilsiz, diş azar.

diyən bilmir, bilən demir.

diz köçüp yaşayandan, dik durub ölən yaxşı.

dodula bazar, dosluğu pozar.

doğmadıq oğuldansa, doğan yad yaxşı.

doğru danışanın, papağı yırtıq olar.

doğru yolun əyrisin bilməyən düzə çatmaz.

doğruluq dos qalasıdır.

doğuzun acı, darıdan çıxma, ayının acı oynamaz.

dolmalar: -
yarpaqları bənzərdi dəriyə,
birini versəydin qoca qəriyə,
çeyniyərdi, yüz il başa dolmalar.
doldurdu gözümü yaşa dolmalar,
qazan qaynamadı, dolma pişməədi,
dolma qonaqlığı, bizə düşməədi,
hey utqunduq, boğazımdan keçməədi,
doldurdu gözümü yaşa dolmalar,
bənzərdi qayıya daşa dolmalar. nəxcüvan.


dolmuş tüfək birin qorxudar, dolmamış tüfək ikisin.

dolu küpün səsi çıxmaz.

dolum anıt, qutun bul, dolum unut, bulun bul.
- yaraqlı ol, yarıq tap, yaraqsız ol, qaruq tap.


dolun ay, barmaqla imlənməz (görsətilməz).
- ay dolunu barmaqla imlənməz.


dolunun ağzı ürəyindədir, dəlinin ürəyi ağzında.

dolur badələr o boyda ki dolmalıdır, içirsən o boyda ki dolmalısan.

doluya qoydum, almadı, boşa qoydum, doymadı.

donmasada, titrir.

donmuşa odun yaxdırma, acmışa qazan astırma.

doqquz at bir qazığa bağlanmaz.

doqquz don geyən doqquzuda qırmızı, bir donun ağdır sənin, biridə qara.

dos əkiz, düşman səkiz.

dos qazan, düşməni nənəmdə doğar.

dos yolunda başıvı ortaya qoy yindək yeri, yorğa (yeğrək) at min, quş kimi qaç yağu ilə var qovuş.

dosda alqış, çora qarqış. (çora: düşmana).

dosdum sevinsə, düşmanın gözü çıxar.

dosdun dosluğu gün (qın: korluq) düşəndə bəllənir. (gün: qın. korluq).

dosdun əsgisi, arvadın tazası.

dosdun könlü xoş olsun, düşman gözü kor olsun.

dosduva at vermə, verdinsə ''yavaş ged'' demə (at verməyin nə, yavaş ged deməyin nə?).

dosla dağı tez aşmaq olar.

dost çoxalsa, düşman ayağ altında (qalır).

dost çoxalsa, düşman ayağ altında.

dost ekiz, düşman sekiz (səkkiz).

dost olsa balteynən ərə, ağac kəsilib düşər yerə.

dost sözün deyər, ağladar. düşman gülər, söz diyər.

dosta tapdan, düşmana gülünc olma. (dosta: dosluğa\ tapdan: əzil, alçal).

dostla dostlaş, düşmana yanaş.

dostun gözündə yox, könlündə ol.

dostunla dost olduğuna sevin (öyün), düşmanınla dost olandan sağın (çəkin).

dovşan nə qədər arıq olsada, dərisindən çarıq çıxar.

dovşan, kölgəsindən qorxar.

dovşanı qamış öldürər, əri namus.

dovşanın boyunu gördə, ətindən vaz geç, qorxanın özün gördə, faydasından keç.

dovşanın iti qaçdığın, çox yatdığından gör.

dovşanın tayada balaladığı, tazının liskiliyindəndi (təmbəlliyindəndi).

dovşanın yatmasın gördün, qaçmasındanda de.

döğmə dəmirsə soyuq. (soyuq dəmiri döğmə).

dövlətlinin xoruzuda yumutlar. (dövlətlinin xoruzu banlarda yumurtarda!).

dözən, döl yığar. (döl: tuxum. fayda).

dözümüm dəmirdəndi, min yol öldürüblər yenə ölməyib.

dul arvad yuxuda, ikinci ərin görər.

dumanda, süpürgəlik, sayılmaz.

dumanlı dağlar, yağışsız qalmaz.

duran durmuş, gedəni tut.

duran öküz, yatan öküzün başına sıçar.

durmağın kefini yıxılmaq öyrədir.

durqun göldə, qurd olar.

dusdağın yekə tutan, azadlıq tapar.

duza gedənin, yükü ağır olar.

duzağın duzağına düşmə duzaq: gözəlin tələsinə düşmə gözəl.

duz-çörək deyiblər, düz çörək yeyiblər.

duzluğu sıdır, duzun atma.
- duz qabın qırdın, duzun atma.


duzun yeyib duzluğun oğma. (: uşatma. sındırma).

düğü döğülməsə, aş olmaz.

dün qonşuya qucaq açanlar, bu gün əl açır.

dünən yumurtadan çıxmış, bu gün bizə cip-cip öyrədir.

dünya bala dönsədə, ala qarğanın gözü poxdadı.

dünya bir holadır, gələn keçir, qonan köçür.

dünya bir pəncərədir, biri yenər, biri çıxar.

dünya dadımlığımış, doyumluq yox.

dünyada dinclik sevən, başa gələni, xoş görər.

dünyada ən çətin şey sözdür, anlamağıda çətin, anlatmağıda çətin.

dünyanın ucun (sonun) görməyən barsız gələr, varlansada, barsız gedər.

dünyanın zoru, anlamaz sözü.

dünyaya ''yalançı'' dünya deyənlər, yalançıların ən oğrəşidir.

düşdü ərənlər balığ (yaralı), indi ürək ağrınır.

düşənlərə çələb yarıcı, hamı azmış işlərə onarıcı.

düşənlərə çələb yarıcı, hamı azmış işlərə, onarıcı. (çələp: tanrı. həqq).

düşənlərə çələb yarıcı. (çələp: tanrı. həqq).

düşman ağzın qapıyanmasan (bağlıyanmasan), öz əlin uzun olsun.

düşman oldu yayını yasmaq gərək, iki dillinün dilin kəsmək gərək.

düşman, düşman halına qalmaz.

düşmana ılqar igidin yaraşıqıdı, düz söz, uz ilqar, onun yaraqıdı. (ılqarmaq: həmlə etmək\ uz ilqar: düz and\ yaraqıdır: hərbəsidir. silahidir. ).

düşmana sırr, dosta yalan söyləmə. (düşmana sirrivi, dosta yalanıvı söyləmə).

düşmana uyan, poxluğa cuman.

düşmandan pay uman dişisiz qalar.

düşmandan pay umanın dişi sınar.

düşmanı qovaram, dosdun dalında dururam.

düşmanın dalında olunca, içində ol.

düşmanın ingəlsin.

düşmanın yolları kəsilmiş olsun, gücləri kamanları yasılmış olsun.

düşmanın, ərkək - dişisi yoxdur.

düşmən yaxamdan tutur, it ətəyimdən.

düşsə qaranlıq gecə, qonmayanı qondurar, qanmayanı qandırar, yanmayanı, yandırar.

düşündəki doğru olmaz, gördüyün yuxu olmaz.

düşündürəndə baş, oynadanda baş.

düyün əl ilə, xırman yel ilə olur.

düz gözünən gir, əyri gözdən çıx.

düz səyasətçi, uğurlu oğru tapılmaz.

düz yolun yolçusu, azmaz.

düz, əyrini kəsər.

düz, işgələr, qırılmaz.

düzdə duz axdarma.

düzə dedilər nədən düz oldun. dedi: - əğriydim qala bilmədim. əğriyə dedilər: - nədən düz olmadın. dedi: - doğruydum, əğriliklərə dözə bilmədim.

düzələr süngü qılış yarası çox, düzəlmir dil yarası çarə yox.

düzgü (təğvim) işə gəlməz, əsgiyincə.

düzlüyə, - biləkdə, bilikdə gərək.

düzlüyün canı, insafdır. (düzlüyün canı, ruhu, özü insafdır).

düzlüyün dabanı toxluqdu.

düzümün ornayan (ölçüb, biçmək), dözümsüz qalmaz.

düzün duzuna baxma, duzsuz gördün çaşma.

əcəl gəlirkən cana, baş ağrısı bahana.

əcəl gəlməz, vax çatmasa.

edə bilmisən, qala bilmisən. qalısan edə bilmisən. ''edməginən'' ''qalmağın'' ortağı istəkdir, istək oğul.

edən qurtuldu, diyən tutuldu.

edqülük sanmaq, doğruluq etmək. (edqülük: iykülük).

əfəndilərdə çoxdur böylə işlər, kimi açuq boyur, kim gizli işlər.

əğrilik hər zaman zoru gəzər.

əkdiyin biçən, ağlamaz.

əkən biçər, qonan köçər.

əkən bilməz, biçən bilər.

əkəşik iş görənindi, kəsilən dil, deyənindi. (əsgik iş görənindi, kəsilən dil, deyənindi).

əkin əksən, yerə bax, eli sevsən, elə bax.

əkin olsa, əkmək olar.

əkinçi yerdən umar. balıqçı göldən umar.

əklənən bəklənir, özlənən gözlənir, sərilən dərilir.

əkmək yoxu yamandır, qar qurunu gəmdirir. qadın yoxu yamandır, qart qə. bəni köçtürür. (qə. bə: oruspu).

əkməmiş bitməz, dəlməmiş keçməz.

el ağzı, çuval ağzı, yel ağzı.

el ağzına baxan, qadının tez boşar.

el ağzına ''ələk'' tutulmaz.

el ağzında, bir söz əkən, yüzün dəyər.

el alır qız, ''quda'' qazanır, mən aldım qız, ''qada'' qazandım.

el atı tez yorular.

el çalışar, yer sevinər. yer barlanar, el sevinər.

el çarasız olmaz, mərd yarasız olmaz. (el çarasız, mərd yarasız olmaz).

əl çatmayan aş, ya qarın ağrıdar, ya baş.

əl çatmayan buğdadan, əlindəki saman yey.

el dediyin kimindir, dil dediyin elindi.

el düşmanına, gordan yeğrək, dusdax yoxdu. (yeğrək: yaxcı).

əl əl ilə, dəgirman yel ilə.

el elə sığar, ev evə sığmaz.

əl ələ su qoyuşar, əllə üz yuvuşar.

əl əli yumadı, əl üzü yumadı, qolu əlsiz qaldı, əli qolsuz qaldı, suyu üzsüz qaldı, üzü susuz qaldı, yaşı külsüz qaldı, külü odsuz qaldı.

əl əlin örtüyüdü.

el ərə sığınar, ərdə elə. (sığınar: ümidi var)

el eybin sənə deyən, sənin eybin elə deyər.

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin