Toplayan və TƏRTİb edəN: K. HÜSeyn



Yüklə 5,74 Mb.
səhifə3/50
tarix18.04.2017
ölçüsü5,74 Mb.
#14373
1   2   3   4   5   6   7   8   9   ...   50

TƏKFIR VƏ HICRƏT CƏMAATI



Ötən əsrdə meydana gəlmiş müasir zəlalət firqələrindən biri də, özünü Müsəlman camaatı adlandıran «Təkfir və hicrət cəmaatıdır». Böyük günah sahiblərini kafir hesab etməklə Xəvariclərin minhəcinə (yəni üslubuna, metoduna) əsaslanmış bu hizb, Misirin həbsxanalarından birində yatan məhbuslar tərəfindən təsis edilmişdir. 1965-ci ildə Misirdə keçirilən kütləvi həbslərdən bir müddət sonra hizbin azadlığa buraxılmış bəzi üzvləri öz çirkin fikirlərini müsəlmanlar arasında yaymağa başladı. Təkfir və hicrət cəmaatının Misir torpağında artan tərəfdarları arasında universitet tələbələri xüsusilə nəzərə çarpırdı. 1967-ci ildə Əli İsmayılın rəhbərliyi altında həbsxanadakı gənclərdən ibarət kiçik bir dəstə, Misirin dövlət başçısı Camal AbdunNasiri, onun idarəçiliyini və eləcə də hizblə razılaşmayan bütün ölkə vətəndaşlarını kafir elan etdi. əl-Əzhər universitetinin keçmiş məzunu Əli İsmayıl, Seyyid Qutubla birgə edam edilmiş altı nəfərdən birinin, AbdulFəttah İsmayılın doğma qardaşı idi. O, hizbin təsisi zamanı təkfir və hicrət məsələləri ilə əlaqədar Qurana, Hədislərə və Peyğəmbərin Məkkə və Mədinə dövründəki həyat yoluna əsaslandığını iddia edərək, təsirləndiyi Xəvaric fikirlərini gizlətməyə çalışırdı. Lakin bir müddət sonra onun bu saxta əməllərinin üstü açılmış və o öz səhvlərini etiraf edərək doğru yola qayıtdığını bəyan etmişdir. Təkfir və hicrət cəmaatı fəallarından biri də, 1965-ci ildə «İxvan əl-Muslimin» hizbinin üzvü kimi həbs olunmuş iyirmi üç yaşlı Əbu Səəd Şükri Əhməd Mustafa idi. Əli İsmayılın öz yanlış fikirlərindən dönməsindən sonra Şükri Əhməd hizbə rəhbərliyi həbsxana daxilindən öz üzərinə götürdü. O, 1971-ci ildən başlayaraq hizbin qarşısına məqsəd qoyduğu planları tətbiqi şəkildə həyata keçirməyə başladı. Birinci mərhələdə ona Əmir əl-Möminin və Təkfir və hicrət cəmaatının rəhbəri kimi beyət edildi. Bunun ardınca tərəfdarları arasında vəzifə bölgüsü apararaq, onları müxtəlif ərazilərə təyin etdi. 1973-cü ilin Sentyabrında isə hizbin üzvlərinə özləri ilə ərzaq və silah götürərək dağlara çəkilmək və mağaralarda sığınacaq tapmaq əmrini verdi. 1973-cü il Oktyabr ayının 26-sında onların bu işindən xəbər tutan Misir dövləti hizbin üzvlərini cinayət məsuliyyətinə cəlb etdi. 1974-cü il aprelin 21-də, ötən ilin Oktyabrında baş vermiş toqquşmalarda iştirak edən Şükri Əhməd Mustafa və onun camaatı hökümət tərəfindən əfv edildi. Lakin o, tutduğu bu işdən əl çəkməyərək hizbin fəaliyyətini yenidən bərpa etmək qərarına gəldi. Ötən hadisələrdən sonra öz çirkin işlərində müəyyən qədər təcrübə əldə etmiş Şükri bu dəfə daha ehtiyatlı addımlar atdı. O, hizbin nizamnaməsində bəzi dəyişiklər apararaq yeni üzvlərdən ibarət heyət topladı. Qonşu dövlətlərdə təbliğat aparmaq üçün müəyyən şəxslərin seçilib göndərilməsi isə Təkfir və hicrət cəmatının yanlış fikirlərinin Misir hüdudları kənarlarında yayılmasına səbəb oldu. Artıq bir müddət sonra öz azğın niyyətlərini nəzərə çarpacaq dərəcədə həyata keçirən Təkfir və hicrət cəmaatı ölkə daxilində çox saylı iğtişaş və qarşıdurmalar törətməsi nəticəsində onun yüzlərlə üzvü həbs edildi. 1977-ci ildə Şükri Mustafaya və eləcədə hizbin beş fəal üzvünə edam hökmü oxundu. 1978-ci ilin mart ayında isə əmrin icrasına fərman verildi.

Əqidə və fikirlərində təkfir məsələsinə əsas önəm verən Təkfir və hicrət cəmaatı davamlı olaraq böyük günah edən və tövbə etmədən ölən hər bir kəsi, Allahın nazil etdiyi ilə hökm etməyən hakimləri və onların tabeçiliyində olan rəiyyəti heç bir təfsilata varmadan bir mənalı şəkildə kafir hesab edirlər. Alimlərə gəlincə, onları da yuxarıda qeyd olunan insanları təkfir etmədikləri üçün kafir adlandırırlar. Həmçinin hizbi qəbul etməyən və ya qəbul edərək ona qoşulmayan və başçısına beyət etməyən şəxslər də kafirlikdə ittiham edilirdi.



Həmçinin elmi dərəcəsi ilə tanınmış alimlərin sözlərinin, mötəbər və təfsir və əqidə kitablarının heç bir faydası yoxdur. Çünkü hizbə görə İslam ümmətinin qədim və müasir zəmanədə yaşayan böyük alimlərinin hamısı dindən dönmüş mürtədlərdir. Hizbin fikrinə görə 4 məscid - Haram, Nəvəvi, Quba və əl-Aqsa məscidlərindən başqa məscidlərdə qılınan cümə və cəmaat namazları onların Zərər Məscidi kimi olduğu üçün tərk olunmalıdır. Lakin bu 4 məscidin özündə belə imamın hizbin üzvlərindən biri olması şərtilə namaz qılına bilər. Həmçinin onlar insanları kütləvi savadsızlığa çağırırlar. Elm almaq olmaz, elm tələbələrindən dərs alınmaz və s. Bu təkfirçilər Şükri Mustafanı ümmətin gözlədiyi Mehdi olmasına da inanırlar. Bu haqda hada geniş Təkfir və hicrət cəmaatının keçmiş üzvü AbdurRahman Əbul Xeyrin yazdığı «Ziyarəti məə Cəmaa əl-Muslimin» kitabına baxa bilər. Məəni b. Həmməd əl-Cuhəni «Məvsua əl-Muyəssira fil Ədyən vəl Məzəhib vəl Əhzəb əl-Muasira».

Hizbut Təhrir – cəmaatının banisi Təqyiddin Nəbhanidir. 1909-cu ildə İczim (Fələstin) doğulmuşdur. Yusuf İbn İsmail ən-Nəbhəninin nəvəsidir. əl-Əzhar universitetini bitirmiş, bundan sonra Livana, sonra da İordaniyaya gedərək İslam kollecində oxumuşdur. Bir müddətdən sonra Hizbut Təhrir cəmaatını qurur. 1977-ci ildə isə dünyasını dəyişir. Kitablarından: “Risalatul Arab”. Əqidəsi Mətrudi və Əşari olub. İxvanul Muslimin banisi: Həsən əl-Bənna. Liderləri: Seyyid Qutb, Muhəmməd Qutb, əl-Mavdudi, Yusuf Qardavi, ət-Turabi. Cəmaat əl-Cihad banisi: Abd əs-Sələm Fərac. Cəmaat ət-Təkfir Vəl Hicra banisi: Şükri Mustafa, tələbəsi: Seyyid Qutb. əl-Vai №75, 1993-cü il səh: 23 jurnalında qeyd edilir ki: “Hənəfilər ilə Şəfiilər arasında heç bir fərq yoxdur, necə ki Cəfərilər ilə Zeydilər kimi”. əl-Xilafət qəzetində çıxan məqalədə “Hizb ət-Təhrir vəl İmam Xomeyni” №18, 1410-cu il 2 Yanvar buraxılışında deyirlər ki: “İrana getdik ki, İmam Xomeynini müsəlman ümməti üçün imam seçək və deyirlər ki: Ən yaxşı kitab siyasət barəsində yazılmış Xomeyninin “əl-Hukumat əl-İsləmiyyə”.
ALİMLƏRİN CƏSƏDLƏRİ ZƏHƏRLİDİR
İmam Məlik rahmətullahi aleyhi - deyir ki: “Şəhərdə insanlar gördüm ki, onların nöqsanlıqları yox idi. Onlar başqlarının naqislikləri barəsində danışmağa başladılar özlərində naqisliklər əmələ gəldi. Sonra naqisliklərlə insanlar gördüm onlar başqalarının nöqsanları barəsində susdular. Hamı onların nöqsanlarını unutdu”. Çox qədim zamanlardan İslam düşmənləri bidət, zəlalət əhli müsəlmanların alimlərini pisləmək, onları nüfuzdan salmaq üçün çalışmışlar. O alimlər ki, bu ümmətin Peyğəmbərlərinin - sallallahu aleyhi və səlləm varisləri və doğru yolu göstərən Mayakdırlar. Valideynlər bizim dünyamız üçün çalışırlar, lakin alimlər isə axirətimiz üçün çalışan kimsələrdir. Heç bir şübhə yoxdur ki, alimlərin qeybətini etmək adi müsəlmanların qeybətini etməkdən daha təhlükəlidir. İmam Əhməd rahmətullahi aleyhi - deyir ki: “Həqiqətən alimlərin ətləri zəhərlidir! Kim onun iyisini hiss edərsə xəstələnər, kim də dad etsə - ölər”60. İbn Əsakir rahmətullahi aleyhi - deyir ki: “Həqiqətən də alimlərin bədənləri zəhərlidir, onların pisləyənləri nə gözləyirsə bu aydındır. Allah o, kimsənin qəlbini özü ölməmişdən öncə öldürər kim ki, alimlər barəsində pis danışırsa”61. Yəni: adi müsəlmanın qeybətini edən ölmüş qardaşının ətini yemək deməkdir: Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir. (əl-Hucurat 12). Alimlərə qarşı bunu edən isə tək ət yemir, zəhərli əti yeyir ki, bu da ölümdür. İmam əs-Safarani rahmətullahi aleyhi - deyir ki: “Həqiqətən də, alimlərin xidmətləri və onların fəzilətləri böyükdür. Kim onların hörmətini salmağa çalışarsa, o kimsə ən alçaq (rəzil) insandır, onlara nifrət edən isə Şeytanın partiyasındandır”62. İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: “Müsəlman alimlərini küfrdə ittiham etmək ən pis qınanınan əməllərdən biridir. Bunun başlanğıcını isə Xəvaric və Rafizilər qoymuşlar. Öz ideyalarına əsaslanaraq zənn edirlər ki, mbütün müsəlman imamları kafirdilər dində səhv buraxdıqları üçün”63. Beləliklə də bu Sitat: “Alimlərin cəzədləri zəhərlidir” Sələflər arasında məşhurlaşdı. Ubeyd əl-Cabiri “Alilərin Cəsədləri Zəhərlidir” məqaləsində deyir ki: “Rahmən və Rahim olan Allahın adı ilə! O, ki qaldı bidət və zəlalət əhlinin qeybətini etmək: İmam Əbu Zamani rahmətullahi aleyhi - deir ki: “Sünnə əhli, hava və bidət əhlini məzəmmət etməkdən (pisləməkdən) heç bir zaman əl çəkməmişlər. Onlarla oturmağı qadağan edər, onların fitnəsindən çəkindirər, hallarını açıqlayar və bunu nə qeybətə, nə də böhtan saymazdılar”64. Əbu Hureyrə - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: “Son zamanlardan mənim ümmətimdən elə bir kimsələr çıxacaqdır ki, sizlərə nə atalarınızın nə də sizlərin eşitmədiyiniz şeyləri danışacalar. Onlardan qorunun!”65. Peyğəmbər - sallallahu aleyhi və səlləm həmçinin bu ümmətdə çıxan Qədərilərdən çəkindirib, bu ümmətdə çıxan Xəvariclərdən çəkindirib. Peyğəmbərin - sallallahu aleyhi və səlləm ölümündən sonra bu işi onun səhabələri v ardıcılları davam etdirdi! İbn Abbas - radıyallahu anhu - deyir ki: “Allaha and olsun ki, yer üzündə elə bir insan yoxdur ki, Şeytan onun ölümünü mənim ölümümdən daha çox arzulasın”. Ondan: “Nə üçün?”. O: “Nə zaman ki, şərqdə, qərbdə bidət ortaya çıxdığı zaman və onlardan kimsə bidəti ilə mənim yanıma gəldiyi zaman mən onu Sünnə ilə dağıdıram”66. Musab İbn Sad deyir ki: “Öz nəfsi istəkləri ilə azmış kimsələrlə oturub durma. Yoxsa mütləq səni iki bəladan biri tutar: Ya o səni azdırar və sən onun ardınca gedərsən, ya da onu tərk edənə qədər sənə zərər verər”. İbn Teymiyyə rahmətullahi aleyhi - Həsənul Bəsrinin rahmətullahi aleyhi - sözlərini zikr edərək deyir ki: “Məgər sizlər fasiq bir kimsə haqqında danışmaq istəmirsiniz? Onların səhvlərini söyləyin ki, insanlar onlardan uzaq olsunlar. Bir kimsənin fasiqliyini və bidətlərini əgər insan bunları açıq aydın edirsə söyləməkdə qeybətə aid edilməz, necə bunu İmam Həsənul Basri rahmətullahi aleyhi - və digərləri söyləmişlər. Belə bir insan cəzaya layiqdir. Ən azından isə tənbehə. İnsanlar ondan uzaq olsunlar, Əgər onun bidət və fasiqliyi deyilməzsə, bəyan edilməzsə insanlar onun ardınca gedə bilərlər”67. Asim İbn Əhval rahmətullahi aleyhi - deyir ki: “Bir gün Qatadə ilə oturmuşduq. Onun yanında Umara İbn Ubeyd (Qədəri, Mötəzilə) əqidəsində olan biri barəsində söz etdilər. O, onun barəsində pis səsləndi. Mən: “Mən bilməzdim ki, elm əhli rədd edər bir-birini”. Qatadə: “Ey Əhvəl! Məgər sən bilmirsən əgər insan bidət ortaya atarsa digərləri bilsin deyə bu barədə demək vacibdir”68. Yəhyə İbn Yəhyə rahmətullahi aleyhi - deyir ki: “Sünnəti müdafiə etmək Allah yolunda Cihad etməkdən daha yaxşıdır”69. İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: “Bidət əhlinə qarşı mücadilə aparan mucahiddir”70. İbn Bazz rahmətullahi aleyhi - deyir ki: “Əgər Sünnə əhli susarsa Quran və Sünnətə müxalif olanlara cavab verməsə bu zaman onlar qəzəbə və əzaba düçar olmuş Kitab əhlinə oxşarlar”71. AbdurRahman İbn Həsən rahmətullahi aleyhi - deyir ki: “Quran və Sünnətə müxalif olanı rədd etmək vacibdir necə ki bunu İbn Abbas, İmam Şəfii, İmam Məlik, İmam Əhməd söyləmişlər. Bu məsələdə onlar həmfikir idilər”72. Şeyx Useymin rahmətullahi aleyhi - deyir ki: “İnsanlar Peyğəmbərlərə də zərər vurmuşlar. Lakin onlar səbr edirdilər. Hətta bizim Peyğəmbərimiz Muhəmmədədə - sallallahu aleyhi və səlləm deyilmişdir ki, o qəniməti ədalətsiz və Allahın rızası olmadan bölmüşdür. Bu sözlər onun barəsində hirətin 8-ci ilində, Peyğəmbərliyinin ilk günlərində deyilməmişdir. Bu sözlər Peyğəmbərimizə Allah onu doğruluğunu təsdiq etdikdən, onun möcüzələrini hamıya bəyan etdikdən sonra deyilmişdir. Bu sözlər Peyğəmbərimizə - sallallahu aleyhi və səlləm səhabələrdən olan bir nəfər tərəfindən deyilmişdirsə onda sən bu günlərdə alimlər barəsində: Filan alim belədir və ya onda belə-belə şeylər vardır” sözlərinə təəccüblənmə. Bu şeytandır, belə bir kimsələri bu addımı atmağa yönəldir, yönəldir ki, alimləri təhqir etsinlər. Çünki onlar alimləri gözdən salsalar, onların sözlərinin insanlar arasında dəyəri olmayacaqdı və insanların Allahın kitabına dəvət edən qalmayacaqdır. Kim onda insanları Allahın kitabına dəvət edəcəkdir əgər onların sözlərini dəyəri qalmayacaqsa? İnsanlar şeytan və onun partiyasının dedikləri ilə mariflənəcəklər. Buna görə də alimlərin qeybətini etmək digər insanların qeybətini etməkdən qorxuludur, şiddətlidir. Fərdi bir insanın qeybətini etmək – şəxsidir. Bu qeybət zərər gətirdiyi zaman yalnız qeybət edən və edilənə olur. Lakin alimlərin qeybəti İslama zərərdir, çünki alimlər islamın bayrağının daşıcısıdırlar. Onların nüfuz və hörmətləri düşərsə İslamın bayrağı da düşər bu da bütün İslam ümmətinə zərər gətirər”73. Şeyx Saleh əl-Fovzandan soruşurlar: “Hörmətli Şeyx! Biz kafirlərin diyarında yaşayırıq, bizdə qeybət çoxalmışdır. Açıq-aydın eşidirik necə Səudiyyə Ərəbistanı alimlərini pisləyirlər. Biz eşidirik necə onlar böyük alimlər barəsində: “Bunlar Kibərul Uləma deyil – Kibərul Umala muzdla tutulmuş işçidirlər. Onları yaltaqlıqda ittiham edirlər. Bəziləri həddi aşaraq deyirlər ki, onlar küfr etmişlər çünki Tiranları himayə edirlər. Biz belə kimsələri necə düzəldək, onlara necə rədd edək”. Cavab: “Bu cür kəlimələr bu ölkənin alimlərinə heç bir zərər vermir. Bunlar yalnız bu kəliməni söyləyən kəslərə zərərdir. Onların günah və böhtanları özlərinə qarşıdır. Onlara görə pis olmayın, Allahın Rəsulu - sallallahu aleyhi və səlləm barəsində bundan da pis sözlər deyilmişdir. Deyirdilər ki: O, sehrbazdır, Məcnundur, yalançıdır və s. Ona görə də belə sözlər qəribə deyildir, heç vaxt da bu ölkənin alimlərinə zərər verməyəcəkdir. Əlhəmdulilləh! Bu sözlər sahiblərinə günah və zərər olaraq qayıdacaqlar, sizlər isə buna görə qəmgin olmayın”.

Tələsmə, elmsiz, cahilcəsinə, emosiyalara qapanaraq hərəkət etmə. Məsləhət al, elm əhlindən soruş. Elm tələb edən də olsan səndən də elmlilərdən soruş. Tələsmə qərar verməyə. Fitnələr baş verdikdə həmişə qaranlıq və bilinməz olar. Gedişatı zamanı hamıya aydın olur kim düzdür, kim də səhv. Fitnə varsa hər kəsə aydın deyildir. Aydındır Alimlərə. Allahın açıqladığı kimsələrə aydındır. Fitnədən qabaq alim olan elə fitnə vaxtı da alimdir. Onlara müraciət et. Fitnə zamanı belə natiqlər çox çıxır. Daha yaxşıdır sən sıravi kiminsə ardına gedən müsəlmanlardan olasan, nə inki zəlalətdə, fitnə zamanı başçı olasan. Vallahi ki, bu nəsihətlərdə böyük faydalar vardır. Düşünən çoxlu faydalar çıxarar buradan.


ALİMLƏRİN ŞEYX RABİ ƏL-MƏDXƏLİ hafizahullah - BARƏSİNDƏ SÖZLƏRİ
Şeyx Ubeydullah əl-MubarəkFuri rahmətullahi aleyhi deyir ki: “Mən Rabi əl-Mədxəlini Hafizahullah - dərin elmə sahib, böyük dəyərə və doğru bir helmə sahib bir kimsə olaraq bilirəm. O, həm etiqadda həm də əməldə Sələflərin mənhəci üzərədir, Quran və Sünnə ilə gedən və onun keşiyində durandır. Bidət əhlinə və nəfsi istəklərinə tabe olanlara qarşı isə çox sərtdir”74.

Şeyx İbn Bazz rahmətullahi aleyhi deyir ki: “Şeyx Rabi əl-Mədxəli Hafizahullah - Əhli Sünnənin ən yaxşı tərəfdarlarından biridir. Bizə də öz kitabları və mühazirələri ilə tanışdır. Quran və Sünnəyə bağlı olan və buna müxalif olanlardan çəkindirən bir kimsədir. Ey Şeyx! Azmış hər bir kəsi təkzib et! İbn Bazz da səhf etsə onu da düzəlt, Muhəmməd İbn İbrahim də səhv etsə onun da səhvini düzəlt”75.



Seyyid Qutub Haqqında Alimlərin Sözləri Seyyid Qutub 1906-cı ildə Misirin Asyut qəsəbəsinə bağlı Kalia kəndində dünyaya gəlmişdir. Özündən başqa iki bacısı: Həmidə və Əminə, bir də qardaşı Muhəmməd Qutub vardır. Əslən ərəbdir. Babası Şeyx Vakur Ərəbistandan Misirə köç etmişdir. Təhsilini əl-Əhzar Universitetində almışdır. Sonra isə “Darul Ulum” fakultəsini bitirir. 1954-cü ildə tutularaq həbs edilir. 15 illik cəzadan 10 ilini yataraq evinə dönür. 1965-ci ildə “Yoldakı işarələr” adlı kitabına görə yenidən həbs edilir. Seyyid Qutubun Əsli Sünnətə müxalif olan bir çox etiqadi xətaları vardır. Onun xətaları barəsində Rabi əl-Mədxəli Allah onu qorusun - ayrıca kitab toplamışdır. İstəyənlər ora baxa bilərlər. Onun Xətalarından bəziləri: Seyyid Qutub «Təsvir əl-Fənn» 1/200, 201, 203, «Ziləlul-Qurаn» 4/2280, 2347, 2348 kitablarında Musa əsəbiliyə qаpаnаn (əsəb хəstəliyinə tutulаn), sərt, hiddət və qоrхаqlıq kimi bаşqа sifətləri аid etməklə özünə zülm etmiş və həddini аşmışdır? Bu sözlər İbn Bаzzа rahmətullahi aleyhi охunduğu zаmаn: “Peyğəmbərlərə istehzа etmək əsl mürtədlikdir” – demişdir76. Həmçinin - Seyyid Qutub «Lə İləhə İlləllаh» kəlməsinin təfsirində mötəbər tövhid, təfsir, fiqh və dil аlimlərinə müхаlif оlmuşdur. О, “Həqiqətən, ilаh hər şeyi öz hökmü аltınа аlаn hаkimdir” - deyərkən, Mаududinin keçdiyi yоlu izləmişdir. Mаududi də bu fikri аlmаn filоsоfu Hegelin «Hökumətu əl-Kulliyyаt» kitаbındаn əхz etmişdir. Seyyid «Ədаlətu əl-İctimаiyyə» kitаbındа deyir: “Həqiqətən, dində qəti bir şəkildə məlumdur ki, qəlblərdə və insаnın həyаtındа əqidəsi bərqərаr оlmаsı üçün «Lə iləhə illəllаh» kəlməsini şəhаdət etməsidir, yəni Аllаhdаn bаşqа hаkim yохdur. Hаkimlik оnun qədərində və əmrlərində təmsil оlunur77.78 «(Yа Peyğəmbər!) De: Pənаh аpаrırаm insаnlаrın Rəbbinə, İnsаnlаrın iхtiyаr sаhibinə, İnsаnlаrın tаnrısınа» («ən-Nəs» 1-3). Bu üç аyənin təfsirində Seyyid deyir: “İlаh hаkimiyyəti əlində оlаn, hаkimiyyətə sаhib оlаn deməkdir”79. Seyyid deyir: “Ərəblər öz lüğəti dillərində «İləh» və «Lə İləhə İlləllаh» kəlməsinin mənаlаrını çох yахşı bilirdilər. Оnu dа bilirdilər ki, üluhiyyət ucа hаkimiyyət deməkdir.”80 О həmçinin deyir ki: “Öz dilinin dəlаlətini аnlаyаn ərəb «lə iləhə illəllаh» kəlməsinin «Аllаhdаn bаşqа hаkimiyyət sаhibi yохdur» mənаsını verdiyini bilir”81. Əsrimizə qədər hədis, fiqh, təfsir аlimləri bu kəlməyə «Аllаhdаn bаşqа ibаdətə lаyiq hаqq məbud yохdur» mənаsını vermişdilər. Аmmа Seyyid Qutub bütün İslam аlimlərinə müхаlif оlаrаq «Аllаhdаn bаşqа hаkim yохdur» mənаsını vermişdir. Həmçinin - Аllаhın Musа - əleyhissəlam - ilə dаnışdığı mövzu bаrəsində Seyyid Qutub deyir: “Biz bunun keyfiyyətini bilmirik. Аllаhın Musа ilə dаnışdığının keyfiyyətini bilmirik82 və bilmirik ki, Musа Аllаhdаn Оnun dаnışdığını hаnsı ədаtlа, hаnsı üzvlə qəbul etdi. Bunun həqiqətən оlduğunu təsəvvür etmək biz bəşər üçün imkаnsızdır”83. Həmçinin - «О gün neçə-neçə üzlər sevinib güləcək, öz Rəbbinə bахаcаqdır!» (əl-Qiyаmə 22-23). аyələrini təfsir edərkən demişdir: “Möminlər necə bахаcаqlаr, hаnsı üzvlə bахаcаqlаr, hаrаdа və hаnsı vаsitə ilə bахаcаqlаr, bunu heç bir insаn qəlbi düşünə bilməz”84. Seyyid Qutub heç özüdə bilmir ki, bu məsələ аrtıq bаtil mötəzilə firqəsinə mənsub оlmuşdur. Qurаni-Kərim möminlərin öz Rəbbinə gözləri ilə bахаcаqlаrını müəyyənləşdirmiş, səhih hədislər isə bunu təsdiq etmiş, sələf-sаleh bunа imаn gətirmişdir. Bu məsələni Seyyid Qutub «Məşəhid Qiyаmə fi əl-Qurаn» kitаbındа dаhа аçıq şəkildə inkаr etmişdir. «Хeyr! О gün оnlаrlа (kаfirlərlə) Rəbbi аrаsındа pərdə оlаcаqdır (öz Rəbbini görməkdən məhrum оlаcаqldаr)». (əl-Mutaffifin 15). аyəsini təfsir edərkən Seyyid Qutub demişdir: “Kаfirlərlə Аllаh аrаsındа pərdə vаrdır, Оnu görmürlər, heç bir insаn Аllаhı görə bilməz”. Burаdа Seyyid Qutub аçıq şəkildə möminlərin qiyаmət günü Аllаhı görmələrini inkаr edir. Həmçinin - «Sur bircə dəfə üfürüləcəyi, yer və dаğlаr bircə dəfə bir - birinə çırpılаcаğı zаmаn məhz о gün qiyаmət qоpаcаqdır! Və (göy) süst düşüb pаrçаlаnаcаqdır! Mələklər də оnun (göyün) ətrаfındа оlаcаq və həmin gün (Yа Peyğəmbər!) Sənin Rəbbinin ərşini оnlаrın (bаşı) üstündə səkkiz mələk dаşıyаcаqdır!». (əl-Haqqa 13-17). аyələri təfsir edərkən, Seyyid Qutub demişdir: “Qurаni Kərimdə bu ləfzlə gələn səmаdаn nəyin qəsd edildiyini, səmаnın ətrаfındа оlаn mələklərin, ərşi (bаşı) üstündə dаşıyаn səkkiz mələyin, bunlаr dоğurdаndа səkkiz mələkdir, yохsа səkkiz səfmi, yа dа səkkiz təbəqə və səkkizin nə оlduğunu аncаq Аllаh bilir. Оnlаrın kim оlduğunu və yа оlmаdığnı, ərş nədir və оnlаr оnu necə dаşıyırlаr, insаnlаr öz əməl kitаblаrını sаğ və yа sоl əli ilə аlаcаqlаrı оlа bilsin ki, həqiqətdir, оlа bilsin yох”. Аllаhın kəlаmını (dаnışmаsını) inkаr etmək və Qurаni Kərimə məхluq demək ən böyük bidətlərdəndir ki, Sələf Sаleh bu etiqаddа оlаnlаrı kаfir аdlаndırır. İmаm Əhməd və Əhli Sünnə аlimlərinin Məmun və Mutаsimin хilаfəti zаmаnı cəhmilər və mötəzililərin tərəfindən düçаr оlduqlаrı fitnə bаrəsində yəqin ki, Seyyid Qutub çох yахşı bilirdi. О, «Zilаlül Qurаn» kitаbındа deyir: “Оnlаr Qurаnın mislində оnа bənzər kitаb təltif edə bilməzlər. Çünki bu Qurаn insаnlаrın deyil, Аllаhın yаrаtdıqlаrın-dаndır”85. «(Yа peyğəmbər!) De: Əgər insаnlаr və cinlər bir yerə yığşıb bu Qurаnа bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də оnа bənzərini gətirə bilməzlər» («İsrа» 88). Seyyid Qutub demişdir: “Ruh Аllаhın sirlərindəndir ki, bu sirr Аllаhа məхsusdur. Həmçinin Qurаni Kərim də Аllаhın yаrаtdıqlаrındаndır ki, cinlər və insаnlаr bir yerə yığışıb köməkləşərək Qurаnın bənzərini gətirə bilməzlər…”86. İmаm Buхаri «Хаlqu Əfаlul-İbаd» kitаbındа demişdir: “Yəzid İbn Hərun tək, şəriki оlmаyаn Аllаhın аdınа аnd verərək “Kim Qurаnа məхluq (yəni yаrаdılаn) deyərsə, о kаfirdir” – demişdir87. Əbu Bəkr İbn Iyаşа, “Bаğdаddа bir qrup vаrdır ki, Qurаnа məхluq deyir” – deyildiyi zаmаn о demişdir: “Qurаnа məхluq deyənə Аllаhın lənəti оlsun və о kаfirdir, оnunlа оturmаyın”88. İmаm Buхаri rahmətullahi aleyhi demişdir: “İbn Üyeynə, Muаz, Həccаc İbn Muhəmməd Yəzid İbn Nərun, Həşim İbn Qаsim, Rаbi İbn Nəfi’ əl-Hələbi, Muhəmməd İbn Yusif, Аsim İbn Əli İbn Аsim və bаşqа elm əhli Qurаnа məхluq deyəni kаfir аdlаndırmışdır”89. Həmçinin - «Əvvəl də, Ахır dа, Zаhir də, Bаtin də Оdur. О hər şeyi Biləndir!». (əl-Hədid» 3). Seyyid Qutub bu аyəni təfsir edərkən demişdir: “Bu böyük həqiqəti təsəvvür edərkən аz qаlır ki, insаn аyılа bilməsin. Hаnsı ki, bu həqiqəti təsəvvür etmək bəşərin оlduğunu bildirir. Bundаn bаşqа dаhа böyük həqiqət vаrdır: həqiqi оlаrаq bu аləmdə Оndаn (Аllаhdаn) bаşqа həqiqi vаrlıq yохdur, həqiqi tək vаrlıq Аllаh üçündür, О hər şeyi Öz əhаtəsinə аlmış və hər şeyi də bilir. Əgər bu böyük həqiqət insаnın qəlbində bərqərаr оlаrsа, bu аləmdə оnun qəlbində Аllаhdаn bаşqа heç bir şey yer tаpmаz. Аllаhdаn bаşqа hər şeyin, həttа insаnın qəlbinin də nə həqiqəti, nə də ki vаrlığı, vücudu vаrdır. Əgər о böyük həqiqətdən təlim edilməsə оnun dа nə həqiqəti, nə də ki vаrlığı vаrdır. Beləliklə, sufilər bu əsаs böyük həqiqətə sаrılmışlаr. Həttа bəziləri demişdir: «О vаr оlаn hər şeydə Аllаhı görür». Bəziləri isə о аləmdə vаr оlаn hər şeyin аrхаsındа dа Оndаn bаşqа heç nə görmədiyini demişdir. Bu sözlərin hаmısı həqiqətə işаrədir… İslam dini öz mаhiyyəti etibаrilə bəşərdən bu həqiqəti idrаk etməyi və bu həqiqətlə yаşаmаğı istəyir”90. Bununlа dа Seyyid Qutub Vəhdətul-Vucud91 (vücudlаrın, yəni nəfslərin birliyi) və hüluliyyə92 (vücudlаrın bir-birində həll оlmаsı) əqidəsini iqrаr edir və sufiləri tərifləyir. Seyyid Qutub bu bаtil əqidəyə çаğırаrаq deyir: “İslam dini öz etibаrilə bəşərdən bu həqiqəti idrаk etməyi və bu həqiqətlə yаşаmаğı tələb edir”. Seyyid Qutub «əl-İхlаs» surəsinin təfsirində demişdir: “Həqiqətən, О, tək vаrlıqdır. Оnun həqiqətindən bаşqа həqiqət yохdur. Həttа оnun həqiqi vücudundаn bаşqа həqiqi vücud yохdur. Bütün vücudlаr Оnun vücudundаn təхmin оlunur”93. Vəhdətul-Vucud əqidəsi İslam əqidəsinə müхаlif bir əqidədir. Bu əqidənin qаynаğı Yunаn fəlsəfəsi və pаnteist sufilər tərəfindən İslam dininə sоnrаdаn dахil edilmiş bаtil, çirkin etiqаddır. Vəhdətül-vücud etiqаdı Аllаh ilə Оnun yаrаtdıqlаrının eyni оlduğunu iddiа etməkdədir. Аllаhdаn bаşqа müşаhidə etdiyimiz məхluqun əslində bir görünüldüyünü iddiа edən bаtil etiqаddır. Həmçinin - 1. Оsmаnın radıyallahu anhu - хilаfətini etibаrsız sаymаq və əksiltmək. Seyyid Qutub demişdir: “Biz iki şeyхin (Əbu Bəkr və Ömər - rаdıyааllаhu аnhum -) хəlifəliyindən sоnrа Əlinin хilаfətinə etibаr və meyl edirik, çünki Оsmаnın хilаfəti iki şeyхin хilаfətindən sоnrа bоş bir хilаfət оlmuşdur”94. 2. Seyyid Qutub demişdir: “Tаle elə gətirdi ki, Оsmаn - rаdıyааllаhu аnhu - хəlifə seçiləndə аrtıq qоcаlmışdı, Mərvаn və Ümeyyə qəbiləsinin hiyləsini dəf etmək üçün irаdəsi zəifləmişdi”95. 3. “Оsmаn - rаdıyааllаhu аnhu - elə zənn edirdi ki, imаm оlduğu üçün müsəlmаnlаrın mаlındаn istədiyi fоrmаdа hədiyyə vermək səlаhiyətində аzаddır. Bu işə görə оnu tənqid edənlərə о: “Bəs mən nəyə görə imаmаm?” - deyərək rəd edirdi”96. 4. “Хəlifə оlduğu zаmаn öz qızının evləndiyi gün, Оsmаn - rаdıyааllаhu аnhu - qızının əri Hаris bin əl-Həkəmə beytul-mаldаn 100 min dirhəm bаğşlаmışdır. Səhər аçıldıqdа beytül-mаlın хəzinədаrı Zeyd İbn Ərqəm gözündən yаş tökə tökə Оsmаnın - rаdıyааllаhu аnhu - yаnınа gəlir və оnu vəzifəsindən аzаd etməsini tələb edir. Оsmаn, bunun səbəbini kürəkəninə verdiyi hədiyyəyə görə оlduğunu bilən kimi, təəccüblənib demişdir: “Ey ibn Ərqəm! Mən əqrаbаmа yахşılıq etdiyim üçünmü аğlаyırsаn?!”. Qəlbində İslam duyğulаrını dаşıyаn İbn Ərqаm cаvаb vermişdir: “Ey möminlərin əmiri! Mən bunun üçün аğlаmırаm. Оnа görə аğlаyırаm ki, sənin beytül-mаldаn götürdüyün bu mаl Аllаh elçisinin zаmаnındа sənin Аllаh üçün verdiyin mаlın əvəzi оlduğunu zən edirəm. Sən kürəkəninə 100 dirhəm də versəydin, yenədə çох оlаrdı”. Bunu eşidən Оsmаn - rаdıyааllаhu аnhu - qəzəblənir və deyir: “Ey ibn Ərqəm! Beytul-mаlın аçаrlаrını geri ver! Biz bu vəzifə üçün bаşqаsını tаpаrıq”97. 5. Seyyid Qutub Оsmаnа - rаdıyааllаhu аnhu - qаrşı inqilаbı tərifləyir və dəstəkləyir. Bu inqilаbı edənlərin Оsmаnın ətrаfındа оlаnlаrdаn dаhа çох İslam düşüncəsinə yахın оlduğunu qeyd edir98. 6. Seyyid Qutub Оsmаnı - rаdıyааllаhu аnhu - və səhаbələri öz mənfəətlərini güdən kimi qələmə verir. Həttа səhаbələri öz mənfəətinin nаminə Müаviyənin - rаdıyааllаhu аnhu - tərəfinə keçdiklərini söyləmişdir99. Şeyхulİslam İbn Teymiyyə - rahmətullahi aleyhi - səhаbələr hаqqındа demişdir: “Əhli Sünnə vəl Cəmааtın etiqаd əsаslаrındаndır ki, Peyğəmbərin səhаbələrinə qаrşı qəlblər və dillər təmiz оlmаlıdır, necə ki, Ucа Аllаh öz kitаbındа buyurmuşdur: «Оnlаrdаn (mühаcirlərdən və ənsаrdаn) sоnrа gələnlər (tаbiin) belə deyirlər: Ey Rəbbimiz! Bizi və bizdən əvvəl imаn gətirmiş (din) qаrdаşlаrımızı bаğşlа. Bizim qəlblərimizdə imаn gətirənlərə qаrşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən». (əl-Həşr 10). Peyğəmbərə isə itаət edib оnun buyurduğunа tаbe оlаq: “Mənim səhаbələrimi söyməyin! Həqiqətən, sizdən biriniz Uhud dаğ bоydа qızıl sədəqə versə belə, оnlаrdаn birinin verdiyi bir оvucа (sədəqəyə) həttа yаrısınа belə çаtа bilməz”100. İmаm Əhməd - rahmətullahi aleyhi - demişdir: “Əgər görsən ki, bir kəs Аllаh elçisinin səhаbələrini pisləyir, оnun İslamdа оlduğunа şübhə et”101. İmаm Yаhyə İbn Məin - rahmətullahi aleyhi - demişdir: “Təlid yаlаnçıdır. О, Оsmаnı - rаdıyааllаhu аnhu - söyür. Kim Оsmаnı - rаdıyааllаhu аnhu -, Təlhəni və Аllаh elçisinin səhаbələrindən birini söyərsə, о dəccаldır, о kəsdən hədis götürülməz. Оnа Аllаhın, mələklərin və bütün insаnlаrın lənəti оlsun”102. Həmçinin - «Rəhmаn ərşə istivа103 etdi». (Tа Hа 5). Bu аyəni təfsir edərək Seyyid Qutub demişdir: “Burаdа ərşə istivа (yəni ərşə ucаlmаsı) etməsindən məqsəd Аllаhın məхluqаt üzərində hökmrаnlığdır, hаkimliyidir”104. Seyyid Qutubun bu tərbiyəsizliyinə, görəsən оnu müdаfiə edən, özünün Sələf Sаlehin yоlunu izləyən kimi qələmə verməyə çаlışаn əsrimizin хаriciləri, Səfər Hаvаlı, Sаlmаn Ovdаt, Yаhyə əl-Yаhyə, İbrаhim Düveyş, Аidul Qаrni və s. оnlаrın həmfikirliləri nə deyirlər? Seyyid Qutubun kitаblаrınа, əlbəttə, öz mənаfelərinə qulluq etdiyi üçün bunа göz yumur və həyаsızcаsınа оnu müdаfiə edirlər. Şeyх İbn Bаzz - rəhmətullаhi аleyhi - Seyyid Qutubu təkzib edərək demişdir: “Bu bаtil sözdür. Burаdа Seyyid Qutub Аllаhın ərşə istivа etməsini inkаr edir. Bu оnun təfsir elmində cаhil оlduğunu göstərir”.

əl-Albani rahmətullahi aleyhi Rabi əl-Mədxəlinin Seyyid Qutubu tənqid etməsi barədə demişdir: "Ey Şeyx! Seyyid Qutub haqqında yazdığın rəddiyyənin hamısı haqdır. Bununla İslam haqqında az da olsa elmi olan hər oxucuya bəlli olacaq ki, Seyyid Qutubun İslam dini və onun əsasları haqqında elmi yoxdur. Ey qardaşım, Rabi bu vacib əməli yerinə yetirərək Seyyid Qutubun cahil olduğunu, İslamdan uzaqlaşdığını bəyan etdiyin üçün Allah səndən razı olsun".

Şeyx Useyminə rahmətullahi aleyhi sual verirlər: "Seyyid Qutubun kitablarının gənclərə oxunmasını tövsiyə edənlərə nə deyə bilərsiniz?" Cavab: "Mən deyirəm ki, əgər bir kəs nəsihət edirsə, əvvəlkilərin kitablarının oxunmasını tövsiyə etsin. O, daha faydalıdır. O ki qaldı Seyyid Qutubun təfsirinə, o çox böyük xətalara yol verib. Allah onu bağışlasın, əfv etsin. İstiva məsələsində və İxlas surəsinin təfsirində çox böyük xətalara yol verib. Həmçinin Allah elçilərinə onların layiq olmadığı şeyləri deməsi xətadır".

Şeyx Həmməd əl-Ənsari rahmətullahi aleyhi deyir: "Əgər bilsəydik ki, Seyyid Qutub cahil olmayıb, ona haqqı kimsə çatdırıb biz ona kafir hökmü verərdik".

İbn Bazzdən rahmətullahi aleyhi soruşurlar: “Seyyid Qutub "Ziləlul Quran" kitabında: "Rahmən olan Allah ərşə istiva etdi"- ayəsini təfsir edərkən İstiva etməkdə məqsəd Allahın məxluqat üzərindəki hökmranlığıdır"- demişdir. Cavab: "Bu batil bir kəlamdır. Burada Seyyid Qutub Allahın Ərşə İstiva etməsini inkar edir. Bu onun təfsir elmində cahil olmasını göstərir".

İbn Bazzdən rahmətullahi aleyhi : "Seyyid Qutub Muaviyə və Amr ibn əl-As - radıyallahu anhu - haqqında: Onların ikisində də münafiqlik var"- sözü barəsində soruşdular. Cavab: "Bu xətadır. Lakin o, kafir olmur. Səhabələrin birini söymək fasiqlikdir. Əgər səhabələrin çoxunu söymüş olarsa və ya onlar fasiqdir deyərsə, o kəs mürtəddir". Seyyid Qutub – cahilliyindən Allahı Muhəndis adlandırıb.

Şeyx Saleh əl-Fovzandan - Allah onu qorusun - soruşurlar: Sual: Biz Universitetin sonuncu kursunda oxuyan tələbələrik. Bizim bir müəllimiz var tələbələrə Seyyid Qutbun kitablarını oxumağı tövsiyə edir və onun kitablarından dərs zamanı sitatlar gətirir. Dərs zamanı Seyyid Qutba rədd edən bir şeyxin adını zikr edərək deyir: “Bu Şeyxin Seyyid Qutbdan başqa dərdi yoxdur. İşi-gücü yalnız onun barəsində danışmaqdır. Ətrafında olan bidət əhlinə qarşı indiyə kimi nə edib? Şeyx deyir: “Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Bu heç bir çəkisi (dəyəri) olmayan boş sözlərdir. Nə üçün o müəllim öz tələbələrinə Saleh Sələflərin kitablarını oxumağı nəsihət etmir. Elm tərəfdən bu kitablar daha faydalıdır. Əgər belə yaxşı nəsihətçidirsə, qoy Salehləri və onların yolunu gedənlərin kitablarını nəsihət etsin oxumağa. Nə üçün bunu etmir? Onun bu kitabları nəsihət etməsi görsənir ki, onun savadsız olmasına dəlildir. Əgər o, tələbələrinə xeyir diləyirsə qoy İbn Teymiyyə, İbn Qeyyimin rahmətullahi aleyhi - kitablarını oxumağı tövsiyə etsin. Özündə Tövhid elmini, Şirk barəsində olan dəlliləri, ibadət və fiqhin əsaslarını daşıyan elm əhlinin kitablarını. Əgər biz Seyyid Qutbun kitablarını oxumağa başlasaq, oradan hansı faydanı əldə edə bilərik? Məgər o kitablardan Tövhid barəsində elmi, Şirk barəsində dəlilləri, ibadətin növlərini, fiqhin əsaslarını öyrənə bilərikmi? Onun kitablarında yalnız müsəlmanların ümumi bir şəkildə təkfir edilməsi, partlayışlar və s. Barəsində məlumat əldə etmək olar. Qoy kim ki, tələbələrə nəsihət edirsə, onlara əqidəni öyrədən, ibadətin növlərini öyrədən kitabları tövsiyə etsin”105.

Həsən əl-Bənna Barədə - “Muzəkkəratu Dauva və Daiyə”də (səh. 19-23-27) kitabında özü barədə deyir: “Mən əs-Safiyyə camaatından olan bir qrup qardaşları məsciddə görmüşdüm. Hər gün İşa namazından sonra Allahı zikr edərdilər. Onların gözəl səsləri, nəşidləri məni cəlb etdi”. “Mənim qəlbim həmişə şeyx ilə bağlı idi. Damanhur şəhərində mədrəsəyə girdim. O mədrəsədə şeyxin qəbri var idi və mən hər gün oranı ziyarət edirdim. Bir gün soruşdum ki, sizin imamınız kimdir? Allahdan qorxan mənə dedi ki: “Bizim şeyximiz Basyuni”. Mən də ona yaxınlaşıb beyət etdim. O da mənə icazə verdi. Bu da əgər sərf etmirəmsə bazar günü idi. Mən bu təriqəti qəbul etdim. Kitablarını oxuyur, onlarla olurdum”. “Dincəlmək istədikdə ölmüş şeyxi həmin şəhərdə ziyarətə gedərdik. Hərdən piyada gedirdik. Ziyarət etmək üçün 20 kilometr gedirdik”. Muhəmməd əs-Saff “İmam Şəhid Həsənul-Bənna” (səh. 29) deyir ki: “Baş ofisə bir neçə baş xristianlar gəldilər. Adları - Duz Başa, Yunus, Butrus Qali. Tələb etdilər ki, imamdan onlar üçün xristian qardaşlar – deyə adlanan bir qrup açsınlar. Nə üçün? Müsəlman qardaşlara Allaha imanı yaymaq üçün kömək etsinlər. Həsənul-Bənna dedi: “Bu gözəl fikirdir”.

Şeyx Useymin rahmətullahi aleyhi deyir ki: “Şeyx Rabi – Sünnə əhlinin alimlərindəndir və böyük xeyrin sahibidir. Əqidəsi doğru mənhəci isə düzdür”106.

Şeyx Useymindən rahmətullahi aleyhi soruşurlar: “Bizim sualımız Şeyx Mədxəlinin kitabları barəsindədir?”. Cavab: “Bu sualın mənim cavabıma ehtiyacı yoxdur. Bu ona bənzəyir ki, İmam Əhməddən İshaq İbn Rahaveyh rahmətullahi aleyhi haqqında soruşdulr. İmam Əhməd rahmətullahi aleyhi dedi: “İshaqdan mənim kimilər barəsində soruşulur, məndən isə İshaq barəsində soruşulmaz”107.

Şeyx Muqbil rahmətullahi aleyhi deyir ki: “Mən öz qardaşlarıma Şeyx Mədxəlinin kitablarını oxumağı və onlardan fayda almağı tövsiyə edirəm. Xeyir isə bu kitablarda çoxdur”108.

Şeyx əl-Albani rahmətullahi aleyhi deyir ki: “Cərh və Tədil elminin bayrağını daşıyan günümüzdə qardaşımız Rabi əl-Mədxəlidir. Kim çalışsa ki, onu təkzib etsin elmlə belə bunu edə bilməzlər, çünki elm onunladır”109.

Şeyx Saleh əl-Luheydana: “Mən İnternet səhifələrinin birində oxudum ki, bir nəfər Saleh əl-Fovzan və Şeyx Rabi əl-Mədxəlini Allah onlardan razı olsun - İrcalıqda ittiham edir”. Şeyx deyir: “Bu cür ittihamlar bəşəriyyətin ən xeyirliləri olan Peyğəmbərlərə də yönəlmişdir. Onları sehirbaz, məcnun və s. adlarla adlandırmışlar. Kiçik bir şübhədə də yoxdur ki, bu iki şeyx İrcalıqdan uzaqdırlar. Bu iki şeyxi İrcalıqda ittiham edən kəsi bu əməlindən çəkindirmək lazımdır”.

Şeyx Albanidən rahmətullahi aleyhi Şeyx Muqbil və Şeyx Rabi Hafizahullah - barəsində soruşurlar. Cavab: “Onlar Quran və Sünnəyə. Sələfin yoluna çağıran, bu doğru mənhəcə zidd olan hər bir kəslə mübarizə aparan kimsələrdir. Kim onları gözdən salmağa çalışarsa o ya cahil, ya da öz nəfsinə uyanlardandır. Əgər cahildirsə onu öyrətmək, nəfsinə uyandırsa bu zaman şərrindən Allaha sığınmaq lazımdır. Allaha dua edirik ki, ya onu doğru yola yönəltsin, ya da belini qırsın”110.
ALİMLƏRİN ŞEYX ƏL-ALBANİ Rahmətullahi Aleyhi BARƏSİNDƏ SÖZLƏRİ
Şeyx Useymindən rahmətullahi aleyhi əl-Albaninin rahmətullahi aleyhi Murciyə ilə ittiham olunması barəsində soruşulduqda o dedi: “Kim Şeyx əl-Albanini rahmətullahi aleyhi İrcalıqda ittiham edirsə yanılmışdır. O, ya şeyx əl-Albanini tanımır, ya da İrcalığın nə olduğunu bilmir. Şeyx əl-Albani rahmətullahi aleyhi Əhli Sünnədən olan bir kimsədir, Sünnəni müdafiə edən, Hədis elmində İmam və biz zəmanəmizdə onunla müqayisə ediləcək bir kimsə tanımırıq. Lakin bəzi insanların qəlblərində kin (nifrət, ədavət) gizlənmişdir nə zaman ki, onlar (Şeyx əl-Albani) kimi insanların bacarıq və qabiliyyətlərini görürlər. Bu zaman onlar onun barəsində nəlayiq (pis) şeylər danışmağa başlayır, necə ki, bunu müafiqlər möminləri istehza edərək edirdilər. Biz bu insanı onun kitablarından tanıyırıq və mən onu şəxsən keçirdiyi məclislərindən tanıyıram. O, əqidədə Sələfidir, doğru mənhəc üzərə gedən birisidir. Bəzi insanlar Allahın kafir saymadığı qullarını təkfir edir və onlarla Təkfir məsələsində razılaşmayan kimsələri isə İrcalıqda ittiham edirlər. Bu böyük yalan və böhtandır, belə kimsələrin sözlərini nə dinləyin, nə də qəbul edin”111.

Şeyx AbdulMuhsi əl-Abbaddan Hafizahullah - Şeyx əl-Albanidən rahmətullahi aleyhi çəkindirən kimsələr barəsində soruşulduqda o dedi: “Həqiqətən bu çox qəribə (təəccüb) doğuran bir haldır ki, Şeyx əl-Albanidən çəkindirmək (insanları). Sünnətin yayılmasına xidmət göstərən, öz həyatını Peyğəmbərin - sallallahu aleyhi və səlləm Sünnətini araşdıran və (insanları) səhih və zəif hədislərlə tanış edən bir kimsədən (insanları) çəkindirmək! İnsanların üzərinə düşən onun üçün dua etmək, onu tərif etmək və elmindən faydalar götürməkdir. İnsanların bu günkü halı ondan ibarətdir ki, istənilən insan hansı ki, hədis elmi ilə məşğuldur, bu iki şəxsə müraciət etməməsi mümkün deyildir: İbn Həcər və Şeyx əl-Albani rahmətullahi aleyhi . İbn Həcərdən hədis elmi üçün gələn xeyir böyük olduğu kimi Şeyx əl-Albanidən gələn fayda böyükdür. Ona görə də Şeyx əl-Albanidən çəkindirən kimsə elə bil ki, haqqı başa düşməkdən və sünnəti anlamaqdan çəkindirmişdir. O, tərf edilməyə və onun üçün dua edilməyə layiq bir kimsədir”112.

Şeyx Muhəmməd İbn İbrahim rahmətullahi aleyhi deyir ki: “Şeyx əl-Albani rahmətullahi aleyhi Sünnətə bağlı, haqqın tərəfdarı və bidət əhlinə qarşı mübarizə aparan bir kimsədir”113.

Şeyx İbn Bazz rahmətullahi aleyhi deyir ki: “Mən dövrümüzdə Səma altında Şeyx əl-Albanidən rahmətullahi aleyhi daha elmimli bir kimsə tanımıram”114.

Şeyx İbn Bazza rahmətullahi aleyhi bu hədisi oxuyaraq: “Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Heç şübhəsiz ki, Allah bu ümmət üçün hər yüz ilin başlanğıcında dinini qoruyan kimsələr göndərəcəkdir»115. dedilər: “Bu əsrin Mücəddidi kimdir?”. İbn Bazz: “Şeyx Muhəmməd Nasıraddin əl-Albani, bu mənim fikrimdir”116.

Şeyx AbduƏziz Əli Şeyx və Saleh əl-Fovzan Hafizahullah - deyirlər ki: “Günümzdə Sünnənin müdafiəçisidir”117.

Şeyx Abdullah İbn AbdurRahman əl-Bassam Hafizahullah - deyir ki: Şeyx əl-Albani rahmətullahi aleyhi dövrümüzün Sünnənin müdafiəsində canı və malı ilə əsirgəmədən xidmət göstərən böyük imamlarından biridir”118.

Şeyx AbdulMuhsin əl-Abbad Hafizahullah - deyir ki: “Şeyx əl-Albani Allah ona rəhmət etsin öz həyatının illərini Sünnətə xidmət etmək, kitabların yazılmasına, Allaha dəvət, Sələfi dəvətinin qalib gəlməsinə və bidətə qarşı mübarizə aparmasına həsr edən məşhur Sələfi alimlərindəndir. Peyğəmbərin sallallahu aleyhi və səlləm Sünnətinin qoruyucusudur. Belə bir alimin itkisi sözsüz ki, böyük itkidir müsəlmanlar üçün. Allah onu etdiyi bütün bu əməllərinə görə xeyirlə mükafatlandırsın və onu Cənnətinə daxil etsin”119.

Şeyx Abdullah əl-Ubeylan Hafizahullah - deyir ki: “Mən və dünya müsəlmanları böyük imam, alim, mühəddis, Muhəmməd Nəsıraddin əl-Albaninin rahmətullahi aleyhi həyatdan köçməsinə görə çox kədərlənirik. Hqəiqətdə sözlə onun dəyər və qiymətini çatdırmaq olmaz. Onun Sələfi dəvətini dirçəltməyindən başqa heç bir əməyi olmasaydı belə, bu onun üçün (Allahın dini) üçün əlçatmaz bir xidmət olardı. Lakin buna baxmayaraq Sünnə üzərində yaşayan və bidətlərdən çəkindirən Sələfiliyə dəvət edən görkəmli xatib idi. Şeyximiz Abdullah əd-Duveyş deyir ki: “Artıq neçə əsrlərdir ki, (ümmət) Şeyx Nasır kimisini hədislərin təhqiqi ilə məşğul olan görməmişdir. İmam Suyutinin rahmətullahi aleyhi ölümündən ta günümüzə qədər Şeyx əl-Albani kimi hədis elmini geniş şəkildə öyrənib araşdıran olmamışdır”120.

Şeyx Saleh Əli Şeyx Hafizahullah - deyir ki: “Muhəmməd Nəsıraddin əl-Albani rahmətullahi aleyhi kimi bir alimi itirmək böyük bir itkidir. Bu alim İslam ümmətinin alimlərindən, muhəddislərdən bir muhəddis, hansı ki Allah onun səbəbilə dinini qoruyur və Sünnəsini yayır”121.

İbn Bazz rahmətullahi aleyhi deyir ki: “Şeyx əl-Albani rahmətullahi aleyhi bizim qardaşlarımızdan biridir. Əhli Sünnətin mühəddislərindəndir. Allahdan özümüz və onun üçün dində sabitlik və xeyirdə yardım diləyirik. Hər bir müsəlmana vacibdir ki, alimlər barəsində Allahdan qorxsunlar, elmsiz heç bir şey danışmasınlar”122.

Şeyx əl-Albanini rahmətullahi aleyhi ilk olaaq İrcalıqda ittiham edən Səfər Həvəli olmuşdur. O, “Zahiratul İrca” 2/651, 657 kitabında deyir ki: “Namazı tərk edənin kafir olmadığını yalnız İrcalıqdan təsirlənən bir kimsə deyə bilər”. Sonra: “İlk olaraq İslamın dayaqlarını tərk edənin təkfir olunmaması fikrini ortaya – Murciyələr atmışlar”. Şeyx əl-Albani rahmətullahi aleyhi deyir ki: “O (Səfər Həvəli “Zahiratul İrca”), məni ittiham edir, halbuki mən ən kiçik bir məsələdə belə İrca əhlinə müxalifəm. Mən deyirəm ki: İman – artır və azalır, saleh əməllər imandandır. Deyirəm ki, icazəlidir demək: İnşəallah mən möminəm!”. Baxmayaraq ki, bütün bu deyilənlər İrca əhlinə ziddir, lakin o məni İrcalıqda ittiham etmişdir. Mən deyirəm: Necə də dünənki gün bu günə bənzəyir. Bir dəfə bir nəfər İbn Mubaraka dedi: İçki içən və zina edən kimsə barəsində nə deyə bilərsən? O, mömindirmi?”. İbn Mubarak: “Mən onu iman dairəsindən çıxarmıram”. Adam: “Qoca yaşında deyəsən Murciyə olmusan”. İbn Mubarak: “Həqiqətən İrca əhli mənim dediyimi demir: Mən deyirəm ki, iman artar və azalar. İrca əhli isə: Belə demə deyirlər. Onlar deyirlər ki, onların saleh əməlləri qəbuldur. Lakin mən saleh əməllərimin qəbul olub olmadığını bilmirəm. Sənin isə əlinə qələm kağız götürüb alimlərin yanında oturmağına ehtiyacın vardır”123.

Şeyx Useymindən rahmətullahi aleyhi souşurlar: “Bəzi insanlar iddia edirlər ki, Şeyx əl-Albaninin rahmətullahi aleyhi iman məsələsində dedikləri İrca əhlinin sözləridir? Buna cavabınız nədir? Şeyx: “Əvəllər qeyd etdiyim kimi indi də deyirəm: “əl-Albani rahmətullahi aleyhi alimdir, muhəddisdir, fəqihdir. Baxmayaraq ki, muhəddis kimi o fəqihdən daha güclüdür. Mən ondan elə bir söz bilmirəm (eşitməmişəm) ki, ircalığa aid olsun. Heç vaxt! İnsanları təkfir edənlər əl-Albani rahmətullahi aleyhi və digərləri barəsində deyirlər ki, onlar Murciədir. Bu insanları pis bir adla çağırmağın hökmündədir. Mən şahidlik edirəm ki, əl-Albani rahmətullahi aleyhi doğru yolda və doğru etiqad üzərədir. Bununla bərabər mən onun xətasız (məsum) olduğunu da söyləmirəm. Çünki Peyğəmbərlərdən başqa heç kəs xətadan sığortalanmamışdır”124.

AbdusSalam İbn Barcisdən soruşurlar: “Şeyx əl-Albani rahmətullahi aleyhi Murciyədirmi?”. O: “Şeyx əl-Albani rahmətullahi aleyhi Sünnəni bilən, Sünnə əhlinin Şamda şeyxi, necə ki, Şeyx İbn Bazz Hicazda Sünnə əhlinin şeyxi oldğu kimi. O, ki qaldı şeyxi İrcalıqda ittiham edənlərə bu iki haldan biridir: Ya onlar Xəvaricdirlər, ya da İrcalıqdan heç bir anlayışı olmayan cahildirlər”125.

Şeyx İbrahim ər-Ruheyli hafizahullah - deyir ki: “Təkfir əhlinin İrcalıqda ittiham etdikləri alimlərdən biri də Muhəddis, görkəmli alim Muhəmməd Nasıraddin əl-Albanidir rahmətullahi aleyhi . İlk olaraq Şeyxi ircalıqda ittiham edən “İxvanul Muslimin” cəmaatının ideyalarını daşıyan Səfər Həvəli olmuşdur. O, “Zahiratul İrca” adlı kitabında Seyid Qutbu tərif etmiş və Şeyx əl-Albanini ircalıqda ittiham edərək pisləmişdir. Ona görə də deyilir ki: Bu kitabın bir hissəsi Seyid Qutbu tərif etməkdən, digər hissəsi isə Şeyx əl-Albanini pisləməkdən ibarətdir”126.

Şeyx Əhməd Nəcmidən soruşular: “Hizbiçilərin kitablarından bəhrələnən bəzi kimsələr - İbn Bazz, İbn Useymin və əl-Albanini rahmətullahi aleyhi İrcalıqda ittiham edilər. Səbəb isə müsəlman hakimləri kafir görmədikləri üçündür”. Şeyx deyir: “Bu zəlalətdir, azğınlıqdır. Bu bidət əhli hər gün bir çıxışnan çıxış edir. Əgər əl-Albani, İbn Bazz və Useymin rahmətullahi aleyhi bu ümmətin xeyirliləri, bu ümmətin alimləri Murciyə oldusa, onda kim qaldı? Kim qaldı onda! Biz Allaha məxsusuq və Onun hüzuruna da qayıdacağıq! Bu bəla və müsibətdir. Belə kimsələri həps edib, lazım gəlsə cəzalandırmaq ki, bu sözləri tərk etsinlər”. “Tabria Kibarul Ulama Lil Albani Minal İrca”.


YUSUF QARDAVİNİN XƏTALARINA RƏDDİYƏ
Yusuf Qardavi 1926-cı ildə Misirin əl-Ğarbiyyə vilayətinin Sift kəndində dünyaya gəlmiş, kiçik yaşlarında atasını itirmişdir. Tərbiyəsi ilə anası məşğul olmuşdur. 10 yaşında ikən Quranı əzbərləmiş, əl-Əzhar Universitetinin məzunu olmuşdur. Həsən əl-Bənnanın rəhbərlik etdiyi “İxvanul Muslimin” cəmaatının fəal üzvlərindən olmuşdur. Bir neçə dəfə həbsdə olmuşdur. Misir kralı Camal AbdunNasrin hakimiyətində həbs olunmuşdur. 1961-ci ildə Qatrara köç etmiş və oranın Universitetinə daxil olaraq orada çalışmışdır. 1977-ci ildə Qatar Universitetinin “Şəriət və İslam araşdırmaları” bölümünü (fakultəsini) quraraq Dekan olmuşdur. Həmçinin orada “Sünnət və Peyğəmbərin həyatını araşdırma” mərkəzinin müdiri olmuşdur. Həmçinin əl-Cəzirə kanalı ilə yayımlanan “Şəriət və Həyat” adlı proqramda çıxışları olmuşdur.

Bir kimsənin səhvlərini və xətalarını bəyan etmək elm əhlinin işidir. Hər bir kəs bunu edə bilməz. Yusuf Qardaviyə rədd edən alimlər içərsində Şeyx əl-Albani, Şeyx Saleh əl-Fovzan, Şeyx Muqbil, Suleyman əl-Xaraşi Allah onlardan razı olsun - və s. alimlər olmuşlar. Şeyx Muqbil, Yusuf Qardavi barəsində yazdığı kitabının adını: “Hürən it olan Yusuf Qardavinin ağzının bağlanması”. Bunu isə Allahın ayəsinə əsaslanaraq söyləmişdir: Onlara ayələrimizi verdiyimiz kimsənin əhvalatını oxu. O, ayələrdən kənara çıxdı, şeytanın təqibinə məruz qaldı, axırda da azanlardan oldu. Biz istəsəydik, bunun (həmin ayələrin) sayəsində onu ucaldardıq. Lakin o, dünyaya meyl saldı və öz istəyinə uydu. Onun məsəli itin məsəlinə bənzəyir; onu qovsan da dilini çıxardıb ləhləyər, qovmasan da. Ayələrimizi yalan hesab edənlərin məsəli belədir. Bu əhvalatları onlara danış ki, bəlkə fikirləşələr. (əl-Əraf 175-176). AbdurRahman əs-Sədi rahmətullahi aleyhi - bu ayənin təfsirində deyir ki: “Allahın elm bəxş etdiyi bir alimdən söhbət gedir, hansıki buna uyğun yaşamırdı”127. İbn Əbu Aufə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Xəvariclər - Cəhənnəmin köpəkləridir»128.



Şeyx əl-Albani rahmətullahi aleyhi - isə Yusuf Qardaviyə gözəl xasiyyətnamə verərək demişdir: “Yusuf Qardavinin təhsili əl-Əzhar təhsilidir və o da Quran və Sünnə mənhəci üzərində deyildir. O, insanlara elə bir fəvalar verir ki, şəriətə ziddir. Bir çox fəlsəfi görüşləri də vardır. Şəriətdən hər hansı bir qadağa gəldiyi zaman sözləriylə bu qadağanı zəiflədərək: “Burada qadağan olunası qəti bir şey yoxdur” deyər. Bu əsasla da Musiqini halal görmüşdür. Bu isə icmanın rəyinə ziddir. Həmçinin Qardavi deyir ki: “Dəlil Quran, Sünnə, İcma və Qiyasdır”. Lakin Qiyas dəlil ola bilməz, çünki İctihadidir. Bu əsasla da o, bir çox şeyləri icazəli bilmiş və şəriət hökmlərini yüngülləşdirmişdir”129. Şeyx Cibrindən rahmətullahi aleyhi - şəriətə zidd olan Yusuf Qardavinin fətvaları barəsində soruşurlar o: “Heç şübhə yoxdur ki, Yusuf Qardavi Allahın dinində (hökmləri) yüngülləşdirir. Bunun səbəbi isə insanların sevimlisi olmaqdır. Buna görə də şəriəti onlar üçün yüngülləşdirir. Məs: “Çox İnsanların musiqini dinlədiyini gördüyü zaman o dedi: “Musiqi qadağan deyildir”. Biz deyirik: “Onun fətvalarına qulaq asmayın, insanları da bu kimi kimsələrdən çəkindirin”130. İnsanlar üçün asanlaşdırmağı (yüngülləşdirməyi) Qardavi özü də inkar etmir. O, deyir: “Mənim qayəm – insanlar üçün asanlaşdırmaqdır”131. Əsl olan isə Allahn dininin insanlar üçün asan olmasıdır. Şəriətimizdə çətin olası heç nə yoxdur. Allahın əmr və qadağaları insanın güc və qüvvəsinə görədir. Şəriəti yüngülləşdirməyə ehtiyac yoxdur. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. (əl-Bəqərə 185). Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). (əl-Bəqərə 285).

Xətaları - 1) Onun xətalarının hamısını burada bəyan etməyə vaxt olmaz. Lakin əsaslarını qeyd etməklə kifayətlənək. Başlayaq ki, Yusuf Qardavi “İxvanul Muslimin” cəmaatının xadimlərindəndir. Özü isə Əşari əqidəsindədir necə bunu “Risələtul Əzhər” 105 söyləmişdir. Onun sözlərinə əsaslansaq belə çıxır ki, Əşarilər, Mətrudilər Əhli Sünnətdəndirlər, baxmayaraq ki, Allahın İsim və Sifətlərini təhrif edrək Saleh Sələflərin yoluna zidd gedirlər132. Əşari etiqadının əsasıdır ki, Qardavinin etiqadında bir çox izlər buraxmışdır. Məs: O, möminlərin Cənnətdə Rəblərini görmələrini inkar edir”133. Bu cür yalnız zəlalət əhli olan firqələr söyləmişlər. Onlar Allaın ayələrini təhrif edərək Möminlərin Qiyamət günü Rəbblərini görmələrini inkar etmişlər. O gün neçə-neçə üzlər nurlanacaq, və öz Rəbbinə baxacaqdır. (əl-Qiyamə 22-23) və Hədisi və alimlərin bu barədə olan sözləri buna dəlildir. İbn Xuzeymə rahmətullahi aleyhi - deyir ki: “Bütün müsəlmanlar, səhabələr, tabiinlər və onların ardıcılları, həmçinin bizim dövrün alimləri möminlərin Qiyamət günü öz Rəblərini görmələri barədə heç bir ixtilaf etməyiblər, hətta şübhə də etməyiblər”134.

2) İslamda olan Vələ vəl Bəra Dost və Düşmən məsələsini inkar edir və buna dəvət edənləri də pisləyərək deyir: “Bu dəvət – yalandır”135. Allah Qurani Kərimdə bu məsələni zikr etdiyi halda o, buna zidd getmişdir. (Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. (əl-Mucadələ 22). Sən onların bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Nəfslərinin onlar üçün hazırladığı şey necə də pisdir. Buna görə də Allah onlara qəzəblənmişdir və onlar əzab içində əbədi qalacaqlar, Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil olana iman gətirsəydilər, müşrikləri özlərinə dost tutmazdılar. Lakin onların çoxu günahkarlardır, Yəhudiləri və müşrikləri iman gətirənlərə qarşı düşmənçilik edən insanların ən pisi olduğunu görəcəksən. "Biz xaçpərəstik!" deyənləri isə dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər. (əl-Maidə 80-82). «Ey iman gətirənlər! Yəhudi və Xaçpərəstləri özünüzə dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz». (əl-Maidə 51). «Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun». (əl-Mumtəhinə 1). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İmanın ən sağlam qulpu (təzahürü) Allah üçün dostluq, Allah üçün düşmənçilik, Allah üçün sevmək, Allah üçün nifrət etməkdir»136. Əbu Musa əl-Əşari radıyallahu anhu dan rəvayət etdiyinə görə o, demişdir: «Bir gün Ömər radıyallahu anhu ya dedim: Mənim bir Xristian katibim var. Mənə: Vay sənin halına. Kimi sən yanında saxlayırsan. Məgər sən Allahın bu ayəsini eşitməmisən: «Ey iman gətirənlər! Yəhudi və Xaçpərəstləri özünüzə dost tutmayın! Onlar bir-birinin dostudurlar». (əl-Maidə 51). Hənif137 olan birisini tapsaydın nə olardı? dedi. Mən: Ey möminlərin əmiri! O, mənə yalnız yazmaq üçün lazımdır. Yazması mənə, dini isə özünə aiddir. Ömər: Allah onlara nifrət etmişkən mən onlara ikram etmərəm, Allah onları zəlil etmişkən mən onları necə ucaldım, Allah onları özündən uzaqlaşdırmış-kən mən onları necə (özümə) yaxınlaşdırım!»138. İmam Qurtubi rahmətullahi aleyhi - deyir ki: “Kafirin küfrü onlara qarşı ədalətli olmağa maneə deyildir”139.

Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin