Komputer şəbəkələri - Verilənlərin ötürülmə vasitələri ilə öz aralarında birləşmiş komputerlər toplusudur.Şəbəkələr təsnifatına görə iki hissəyə bölünür :
Lokal(LAN) və Qlobal(WAN)
Qlobal şəbəkələr (Wide Area Networks, WAN) — Ərazi kompüter şəbəkələri də adlandırırlar. Onlar region,dövlətlər, kontinent və ya bütün Yer kürəsində yayılmış çoxlu sayda abonentlərə xidmət etmək üçün yaradılıb.
Lokal kompüter şəbəkələri yaxud LAN (Local Area Network) — eyni mühitdə və çox böyük olmayan ərazidə (bir otaq, bir bina, bir müəssisə və s. daxilində) qurulan şəbəkədir
Lokal kompüter şəbəkələri yaxud LAN
Local Area Network
Bu şəbəkələrdə kompüterlərarası məsafə adətən 1–2 km-dən çox olmur. Lokal kompüter şəbəkələri müxtəlif topologiya (struktur) üzrə qurulur.
Topologiyaların növləri
1 Şin topologiyası 2 Halqavari topologiya 3 Ulduzvari topologiyalı lokal şəbəkələr 4 Digər topologiyalar
Şin topologiyası
Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün kompüterlər paralel olaraq şinə qoşulurlar. Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir.
İnformasiya göndərmək istəyən kompüter (şəbəkə adapteri) şinin boş olub-olmamasını (yəni şinlə digər kompüterlərin informasiya göndərib-göndərməməsini) yoxlayır. Əgər şin boşdursa
İnformasiya göndərmək istəyən kompüter (şəbəkə adapteri) şinin boş olub-olmamasını (yəni şinlə digər kompüterlərin informasiya göndərib-göndərməməsini) yoxlayır. Əgər şin boşdursa
kompüter paketləri şinlə ötürür. Paket aşağıdakı hissələrdən ibarətdir:
Şəbəkəyə yeni kompüterlərin daxil edilməsi asandır;
Şəbəkə kartları (adapterləri) ucuzdur;
Halqavari topologiya
Halqavari topologiyalı lokal şəbəkələrdə hər bir kompüter(işçi stansiya) bir-biri ilə halqavari şəkildə, yəni birinci kompüter ikinci ilə, ikinci kompüter üçüncü ilə, üçüncü kompüter dördüncü kompüter ilə və s., sonuncu kompüter isə birinci kompüterlə birləşdirilir. Nəticədə halqavari topologiya əldə edilir. Bu topologiyalı şəbəkədə məlumatlar müəyyən bir istiqamətdə (məsələn, saat əqrəbi istiqamətində) bir kompüterdən qonşu kompüterə ötürülmək şərti ilə lazımi ünvana (kompüterə) çatdırılır
Bu tip şəbəkələrdə əsasən marker prinsipindən istifadə edilir. Markeri əldə edən kompüter məlumat göndərmək hüququna malik olur. Markeri əldə etmiş kompüterin, digər kompüterlərə göndərəcəyi məlumatı var isə, bu məlumatları markerə yerləşdirərək onu paket şəklinə çevirir, məlumatın gedəcəyi ünvanı və digər lazımi informasiyaları paketə qeyd edərək, qonşu kompüterə göndərir.
Bu tip şəbəkələrdə əsasən marker prinsipindən istifadə edilir. Markeri əldə edən kompüter məlumat göndərmək hüququna malik olur. Markeri əldə etmiş kompüterin, digər kompüterlərə göndərəcəyi məlumatı var isə, bu məlumatları markerə yerləşdirərək onu paket şəklinə çevirir, məlumatın gedəcəyi ünvanı və digər lazımi informasiyaları paketə qeyd edərək, qonşu kompüterə göndərir.
Əsas üstünlükləri :
Əsas üstünlükləri :
Hər bir kompüter yalnız qonşu kompüterlə birbaşa bağlıdır;
Hər bir kompüterin məlumat göndərə bilməsi üçün ona müəyyən vaxt verilir.
Çatışmayan cəhətləri :
Hər bir kompüter informasiyanın ötürülməsində iştirak edir. Buna görə də hər hansı bir kompüterin adapterinin sıradan çıxması şəbəkənin işini pozur;
Şəbəkə adapteri daima işçi vəziyyətdə olmalıdır;
Ulduzvari topologiyalı
Ulduzvari topologiyalı lokal şəbəkələr mərkəzi qovşaq üzərində qurulur. Hər bir kompüter mərkəzi qovşaq ilə ayrıca xətlə birləşdirilir. Kompüterlər arasında informasiya mübadiləsi mərkəzi qovşaq vasitəsi ilə həyata keçirilir.
Mərkəzi qovşaq kimi hub, kommutator və ya xüsusi server kompüteri istifadə oluna bilər.
Ulduzvari topologiyalı lokal şəbəkələrin əsas üstün cəhətləri kompüterlərarası mübadilənin sadə olmasıdır. Bu şəbəkələrin çatışmayan cəhəti isə şəbəkənin etibarlılığının mərkəzi qovşağın etibarlılığından asılı olmasıdır.