Torpaqəmələgətirən amillər. Plan


İnsanın istehsalat fəaliyyəti torpaqəmələgətirən amil kimi



Yüklə 31,24 Kb.
səhifə7/9
tarix02.01.2022
ölçüsü31,24 Kb.
#39333
1   2   3   4   5   6   7   8   9
1 torpaqəmələ gətirən amillər

6. İnsanın istehsalat fəaliyyəti torpaqəmələgətirən amil kimi

İnsanların istehsal fəaliyyəti torpağa bilavasitə edilən spesifik amildir. Bu torpağa istiqamətlənmiş güclü şüurlu amil olub ictimai qruluşun xarakteri elmin və texnikanın inkişaf səviyyəsi ilə qırılmaz bağlıdır.



Torpaqəmələgətirən amillərin qarşılıqlı əlaqəsi

Torpaqəmələgəlmə amilləri torpaqların yaranmasına spesifik təsir gosterirlər və bir- birilə əvəz oluna bilməzlər. Onlar eyni qiymətə malikdirlər. Hər biri torpaqla və onu əhatə edən ətraf mühit arasında maddi və enerji mübadiləsində öz rolunu oynayır. Torpaq günəş şüalanmasından istilik enerjisini, atmosferdən suyu və oksigeni alır. Yamacların müxtəlif ekspozisiyalılığı nəticəsində relyef günəş enerjisini dəyişdirir və ağırlıq qüvvəsinin təsiri altında rütubətin paylanmasını və torpaq məhsullarının yerdəyişməsini müəyyən edir.

Torpaqəmələgətirən süxurlar torpağın inkişafının ilk mərhələsində onun mineral kütləsini müəyyən edir.

Bioloji amillər torpağa məhsullu üzvi birləşmələr daxil edirlər. Su, qaz, istilik rejimlərinə təsir edirlər və onda mürəkkəb bioloji proseslərin gedişini müəyyən edirlər. Bu mənada torpaqəmələgəlməsində münbitliyin yaranmasında bioloji proseslərin xüsusi və heç bir şeylə müqayisə edə bilməyəcək rolu var.

Müasir təsəvvürlərə görə təbiətdə torpaqəmələgəlmə amilləri bir- birilə sıx əlaqədardır. Onların ayrılıqda nəzərdən keçirilməsi müəyyən dərəcədə torpaqəmələgəlməsinin sadə hadisələrini başa düşmək zəruri elmi mücərrədlikdir.

Həqiqətdə isə onlar yanaşı inkişafında bioloji və biogeomorfoloji kimi 2 əsas amil kompleksi vardır. Bioloji inkişaf tsiklində ümumplanetar yaxud kosmik səbəbləri müəyyən olunur. Bu tsikldə bitki- torpaq iqlimlə birlikdə təkamül edir.

Biogeomorfolji inkişaf tsikli geoloji proseslərlə əlaqədardır, onda bitkilər və torpaqlar relyeflə birlikdə təkamülə uğrayırlar.


Yüklə 31,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin