1. Avtomorf torpaqlar- düzən səthlərdə və yamaclarda, suların səthilə sərbəst axmaları şəraitində, qrunt suları dərində yerləşdikdə əmələ gəlirlər.
2. Yarım hidromorf torpaqlar- səth sularının qısa müddət dayanması yaxud qrunt suları 3-6 m dərinlikdə yerləşdikdə əmələ gəlir.
3. Hidromorf torpaqlar- suların səth üzərində uzun müddət dayanması yaxud qurunt suları 3 m – dən dayaz dərinlikdə yerləşdiyi şəraitdə əmələ gəlir.
Bu bölgülər torpaqların meliorasiyasında çox mühüm olub, torpaqların təsnifatında nəzərə alınır.
3. Torpaqəmələgətirən süxurlar torpaqəmələgəlmə amili kimi
Torpaq əmələgətirən süxurların əsas qrupları fənnin I hissəsində araşdırılmışdır. Burada biz torpaqəmələgətirən süxurların elə xassələrini nəzərdən keçirəcəyik ki, onlar torpaq əmələgəlmə prosesinin inkişafına xeyli təsir edir. Torpaqların aqronomiki, kimyəvi və mineroloji tərkibi, onların inkişafının ilk mərhələsində torpaqəmələgətirən süxurların tərkibi ilə müəyyən olunur, yalnız sonralar torpaq profili yarandıqca torpağın müxtəlif genetik qatlarında onları başlanğıc süxurdan xeyli fərqləndirən fərqli süxurlar yaranır.
Ona görə də süxurlar torpaqəmələgətirən amil kimi torpaq kütləsinin tərkibinə və fiziki- kimyəvi xassələrinə torpaqların su, hava və istilik rejimlərinin formalaşmasına, torpaq proeslərinin sürətinə və intensivliyinə çox böyük təsir göstərir. Torpaqəmələgətirən süxurların torpaqəmələgəlmə prosesinə təsirini müəyyən etmək üçün onların qruplarını fərqləndirmək zəruridir.
I. Kimyəvi tərkibinə görə torpaq əmələgətirən süxurlar a) ferrallit, sialit, b) silikatlı c) karbonatlı d) xloridli- sulfatlı e) orqanogen qruplarına malikdirlər.
Torpaqəmələgəlməsinin əsas prosesləri- humus toplanması, yuyulma, podzollaşma məhz bu qruplardan çox asılıdır.
II. Yatma vəziyyətinə görə torpaq əmələgətirən süxurlar kip və yumşaq olurlar ki, onlar torpaqəmələgəlməsinin başdan- başa, yaxud hissə- hissə getməsini müəyyən edirlər.
III. Qranulometrik tərkibindən asılı olaraq başlıca su- fiziki xassələrinə görə eyni dərəcədə su keçiriciliyi olmayan və müxtəlif dərəcədə rütubət tutumu olan suxurlar vardır ki, torpaqların inkişaf prosesində nəinki yalniz onların su, hətta istilik və hava rejimlərini əvvəlcədən müəyyən edilir.
IV. Quruluşuna görə torpaqəmələgətirən süxurlar bir üzvlü və çox üzvlü olurlar ki, bu da torpaqların su rejiminə güclü təsir edir və rütubəti süxurların birləşdirdiyi yerlərdə dayandırmaqla, toxunma, qleyləşməsinin yaranmasına səbəb olur.
Dostları ilə paylaş: |