Azərbaycanda turizm sektorunun mövcud vəziyyəti Azərbaycanın yerləşdiyi əlverişli coğrafi, mövqeyi və təbiət şəraiti, zəngin yeraltı və yerüstü
sərvətləri burada xalq təsərrüfatının istənilən sahəsinin for-malaşdırılması və inkişafına geniş zəmin
yaradır. Hazırda mütəxəssislər tərəfindən Azərbaycanın inkişafına daha çox diqqət yetirilməli, prioritet
sahələrinin sənaye, informasiya texnologiyaları, aqrar sektor, ticarət və xidmət, tikinti, nəqliyyat,
rabitə sahələri kimi təsnifləşdirilməsi heç də təsadüfi deyildir.Azərbaycanda turizm sektoru üçün lazımi
iqlim, təbii gözəlliklər, tarixi və arxeolojik əsər potansialı qısaca təbii, tarixi və mədəni sərvətlər
mövcuddur. Azərbaycanda təbii imkanlar arasında əksər ərazisi subtropik iqlim qurşağında,
yalnız Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında olmaqla iki iqlim qurşağı və 9-
iqlim tipinin mövcud olması, Xəzər dənizinin sahilləri, Xaçmaz-Lənkəran-Astara regionundakı meşəlik
sahələr və müalicə məqsədiylə də faydalanıla biləcək potansialdakı qaynaq suları diqqət çəkir
Azərbaycanda turizm sektorunu əmələ gətirən sahələr aşağıdaki alt başlıq-lar altında cəmlənə
bilər;
Tətil Turizmi : Xüsusilə yaz aylarında tətil etməyə ən uyğun regionlar Zaqatala, Şəki, Quba,Qusar,
Xaçmaz , Gəncə, Qazax və Lənkərandır.
Yayla və Dağ Turizmi : Azərbaycanda yayla və dağ turizmi üçün əlverişli bölgələr; Zaqatala
meşəlikləri, Şəki Gələrsən Görərsən qalası, Başdaşagıl, Quba meşəlikləri, İsmayıllı, Lahıç, Qəbələ,
Ağdaş meşələri, Gəncə, Hacıkənd, Göygöl olaraq sıralana bilər.
Çimərlik Turizmi : Şərqdən Xəzər dənizi tərəfindən əhatə olunan Azərbay-can plyaj turizmi
baxımından da əlverişlidir. Bilgəh və ətrafı kilometrlərcə uzanan plyajlara sahibdir.
Ov Turizmi : Azərbaycanda cəmi 97 növ məməli heyvan, 346 növ quş və 95 növ balıq var. Fərqli
regionların ov turizminə əlverişli olduğu ölkədə ov tü-fəngi istifadə etmək üçün icazə alınmalıdır. Eyni
zamanda hər tüfəng sahibinin ovçular cəmiyyətinə üzvülüyü məcburidir.
Mədəniyyət Turizmi : Azərbaycan çox zəngin bir mədəniyyət və tarix xəzi-nəsinə sahibdir.
Ölkədəki qədim abidə,məzar, türbə, bina və digər tarixi əsər-ləri qorumaq, bərpa etmək üçün müxtəlif
təşkilatlar qurulmuşdur.
Təbii zənginlikləri səbəbiylə turizmin Quba-Xaçmaz, Astara-Lənkəran, Şəki-Zaqatala, Gəncə-
Xanlar, Şəmkir-İsmayıllı, Siyəzən-Xızı regionlarında in-kişaf etəsi daha uyğundur.
Gələn turist sayı diqqətə alındıqda inkişaf etmiş ölkələrdən çox az sayıda turistin gəldiyi, MDB
ölkələrindən gələn tursitlərin üstünlük təşkil etdiyi görülür.