Qrafik 1. Azərbaycanın xarici turistlərdən əldə olunan gəlir (milyon ABŞ dolları ilə)
Mənbə: Tourism Highlights 2017, 2018 Edition, UNWTO
Yuxarıda qeyd etdiyimiz kimi turizm xidmətləri ixracı ölkəmiz üçün prioritet sahədir. Bunun əsas
səbəbi bu sahə üzrə ixracımızın ümumi xidmətlər ixracında böyük paya sahib olması ilə əlaqədardır.
Cədvəl 3. Azərbaycanın xidmətlər ixracı (milyon ABŞ dolları ilə)
2010
2011
2012
2013
2014
2015
2016
2017
Bütün növ xidmələrin ixracı
2,49
3,04
4,81
4,13
4,29
4,44
4,36
4,69
Kommersiya xidmətləri ixracı
2,39
2,93
4,68
4,11
4,28
4,42
4,34
4,66
Səyahət xidmətləri ixracı
0,65
1,28
2,43
2,36
2,43
2,3
2,71
3,01
Mənbə: https://www.trademap.org
Bir
daha qeyd etmək istəyirik ki, ölkəmizin qeyri-neft sektorunun inkişafında, ixracın
diversifikasiyasında, valyuta gəlirlərinin artmasında, yeni iş yerlərinin yaradılmasında və ümumilikdə
iqtisadi inkişafın stimullaşdırılmasında turizm sektorunun rolu böyükdür. Bu səbəbdən də həmin sektorun
inkişafı böyük önəm daşıyır. Mövcud şəraitdə qlobal miqyasda
güclü rəqiblərin mövcudluğu, böyük
miqdarda investisiya tələbatını, habelə yalnız bir sahəni deyil, ölkə iqtisadiyyatının bir çox sahələrini əhatə
etdiyindən dövlətin birbaşa və yaxud da dolayı iştirakını
zəruri bilib, vergi güzəştləri və subsidiyalardan
istifadəni məqsədəuyğun hesab edirik. Belə ki,
ətraf mühitin keyfiyyəti, infrastukturun gücləndirilməsi,
ətraf mühitin qorunması, turizm sektoru və əlaqədar sektorlar arasında əlaqələrin
genişləndirilməsi
nəticəsində yaranan yüksək keyfiyyətli turizm xidmətləri turizm məqsədlərinin seçilməsinə təsir edən əsas
amil olduğuna görə təkcə yerli cəmiyyət üçün əhəmiyyətli deyildir. Bu işdə dövlətin, firmaların və ictimai
təşkilatların müştərək maraqları vardır. Bu səbəbdən də maraqlı tərəflərdən ibarət klasterləşdirmə qeyd
edilən məqsədlərin əldə edilməsində daha effektiv iştirak etmək (bu sahədə qanunların
tətbiqi
istiqamətində), miqyas effektindən faydalanmaq (yolların çəkilişi və təmiri məqsədilə xərclərin bölümü) və
ictimai təşkilatlar üçün faydaların arıtırlması (tullantıların idarəedilməsi sistemi vasitəsilə) kimi üstünlüyü
vardır. Bu da klaster tərkibində rəqabət mühitini gücləndirmək qabiliyyətindədir. Əlbəttə ki,
belə növ
klasterlərin yaradılması dövlətin stimullaşdırıcı tədbirləri sayəsində daha effektli ola bilər.
Dostları ilə paylaş: