klasterinin bölmələri arasında əlaqələrin yaranmasına şərait yaradan əlverişli
biznes mühiti turizmin
inkişafını stimullaşdıran əsas amillərdəndir. 2009-cu ildə Kataneo araşdırmanın nəticəsində qeyd etmişdi
ki, hüquqların qorunması, stabillik və biznes mühitinin sabitliyi uğurlu turizmin inkişafının təminatçısıdır.
2008-ci ildə Dünya Bankı tərəfindən Karib hövzəsi ölkələrində kiçik və orta ölçülü yerli müəssisələrdə
turizmin əlaqələri sahəsində aparılmış tədqiqatın
nəticəsində bildirilmişdir ki, yüksək vergi dərəcələri,
qeyri-peşəkar işçi heyəti və makroiqtisadi sabitliyin pozulması turizm və
otelçilik biznesinin əsas
problemlərindəndir. Beləliklə də ölkədə əlverişli investisiya mühitinin mövcudluğu turizm sektoruna
birbaşa xarici investisiyaların cəlb edilməsində əhəmiyyətlidir (Demeritte 1998, Barouklaouf 2007, Tan və
başqaları 2007). Iqtisadi ədəbiyyatlarda vergi güzəştlərinin turizm investorlarına təsiri ilə əlaqədar müxtəlif
tədqiqatlar yer almışdır. Bəziləri vergi güzəştlərinin turizm sənayesinə investisiya yatırmaqla qarşılıqlı
əlaqəsinin az olduğunu qeyd etmiş, başqaları isə turizm inkişaf siyasətlərində vergi güzəştlərinin müstəsna
əhəmiyyətə malik olduğunu vurğulamışlar [6].
Eyni zamanda ticarət tənzimləmələri turizm xidmətləri ixracında əldə olunan
gəlirləri azaltmaq və
yaxud da artırmaq iqtidarındadır. Çen və Deverux 1999-cu ildə bu nəticəyə gəlmişdilər ki,
idxal
subsidiyaları və ixrac vergiləri tətbiq olunduğu halda turizmdən əldə olunan gəlirlər azalır. Habelə ölkəyə
gələn və ölkədən kənara gedən turistlər üzrə nəqliyyat xərclərinin artması turizmin inkişafına mənfi təsir
göstərir və turizmin tələbinin azalmasına səbəb olur [6].
Bütün qeyd edilənlərdən aydın olur ki, ölkədə turizmin inkişafı və turizm xidmətləri ixracının
artırılması ölkə iqtisadiyyatında geniş müsbət təsirlərə malik olduğundan, habelə Azərbaycanımızın iqtisadi
və sosial inkişafında, ixrac imkanlarının genişləndirilməsində və ixracının artırılmasında əhəmiyyətliliyinə
görə bu sahənin inkişafı aktual məsələdir. Bu səbəbdən də keçən müddət ərzində
ölkəmizdə bu sahənin
inkişafı məqsədilə çoxlu sayda işlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 27
avqust 2002-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin
inkişafına dair Dövlət Proqramı”, 6 aprel 2010-cu il tarixli Sərəncamla “Azərbaycan Respublikasında
2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın icrasını qeyd etmək olar. Eyni zamanda
ölkəmizin zəngin coğrafi landşafta malik olduğunu və xalqımızın qədim mədəni-tarixi irsinin tanıdılması
məqsədilə 15 fevral 2011-ci il tarixli Sərəncam ilə ölkəmizdə “Turizm ili” elan edilmişdir. Qeyd
edilənlərdən əlavə ölkə Prezidentinin 16 mart 2016-cı il tarixli Sərəncamına əsasən 11 prioritet istiqaməti
əhatə edən strateji yol xəritələrindən biri ölkədə turizmin inkişafına yönəlmişdir. Bu strateji yol xəritəsində
2020, 2025 və sonrakı dövrlər üzrə uzunmüddətli strategiya və tədbirlər planı nəzərdə tutulmuşdur. Qeyd
edilən tədbirlərin nəticəsində son illərdə ölkəmizdə bu sahədə müəyyən irəliləyişlər əldə edilmişdir.
Dostları ilə paylaş: