3,2%-i). Həmin ildə turizm və səyahət xidmətləri ixracının miqdarı 1492,2 milyard ABŞ dolları
olmaqla dünya ixracının 6.5%-ə bərabər olmuşdur. Bu sektorun ixracı dünya xidmət ixracının 30%-ə
yaxın olmuşdur [1].
Azərbaycan Respublikası müstəqillik əldə etdiyi zamandan başlayaraq xarici ticarət əlaqələrinə xüsusi
yer vermiş və bu sahənin inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirmişdir. Bunun nəticəsində qısa
müddət ərzində uğurlu neft strategiyamızın reallaşdırılması ilə ölkəmizin xarici ticarət əlaqələri genişlənmiş
və ixracımız istər dəyər və istərsə də miqdar baxımından böyük artımlar əldə edmişdir. Son illərdə
ölkəmizin qarşısında duran əsas məsələlərdən biri iqtisadiyyatın şaxələndirilməsi və ixrac məhsullarının
sayının artırılmasıdır. Son illərdə qeyri-neft sektoru üzrə ixracın artırılmasında müəyyən irəliləyişlərin əldə
edilməsinə baxmayaraq, hələ də neft ixracı ümumi ixracımızda yüksək paya malikdir. Fikrimizcə
ixracımızın diversifikasiyasında turizm xidmətlərinin ixracı əhəmiyyətli rola malik ola bilər. Bir sıra dünya
ölkələrində turizm xidmətlərinin ixracının ölkənin iqtisadi inkişafına təsiri ilə əlaqədar aparılmış
tədqiqatlardan aydın olur ki, turizm xidmətlərinin ixracı ölkə iqtisadiyyatına müxtəlif aspektlərdən müsbət
təsir göstərir.
Ümimilikdə qeyd etmək olar ki, xarici turistlərin ölkədə müəyyən məbləğdə maliyyə vəsaiti
xərcləməsilə turizm sektoru vasitəsilə ölkə iqtisadiyyatına xarici valyuta axınları artır. Turizm birbaşa və
dolayı yollarla iqtisadi artıma müsbət təsir edir. Turizmin iqtisadi artıma təsiri əsasən üç aspektdən təhlil
edilməlidir. Turizm fəaliyyətinin təşkili məqsədilə bir sıra iqtisadi tədbirlər həyata keçirilməlidir. Turizmin
normal fəaliyyətinin təmin edilməsi üçün tikinti məsələləri ilə əlaqədar infrastrukturu lazımi şəkildə
mövcud olmalıdır. Beləliklə də mühəndislərin bu sahədəki fəaliyyətləri turizm biznesindən gəlir əldə
etməklə stimullaşır. Belə olan təqdirdə dövlət turizm sektoru ilə birbaşa və dolayı əlaqəsi olan vətəndaşlara
vergi tətbiq etməklə mədaxilini artıra bilir [4].
Ölkənin təbii ehtiyatlarla zəngin olması və çoxlu sayda insan resurslarının mövcudluğu turizmin
inkişafının əsas amili hesab edilir. Lanza və Pigliaru 2000-ci ildə qeyd etmişdi ki, geniş təbii ehtiyatlara
malik olan ölkənin turizm sahəsində ixtisaslaşması həmin ölkənin iqtisadi artımına müsbət təsir göstərir.
2007-ci ildə 143 ölkə üzrə apardığı tədqiqatda Brau və başqaları bu nəticəyə gəlmişdilər ki, bir milyondan
az əhalisi olan ölkənin turizm sahəsində ixtisaslaşması başqa ölkələrə nisbətən daha çox uğur əldə edir [6].
Sayman və başqa tədqiqatçılar bildirmişlər ki, dünyanın sürətli inkişaf sektoru olan turizmin ölkədə
infrastrukturun yaxşılaşdırılması və investisiyanın artırılmasında müsbət təsiri vardır. Turizmin fəaliyyəti
üçün əlverişli infrastrukturun yaradılması və bu sahəyə zəruri investisiyaların yatırılmasından turizm ilə
bərabər başqa sahələr də yararlanır. Misal üçün, kənd təsərrüfatı sahəsi ilə əlaqədar qeyd etmək olar ki,
turistlər üçün nəzərdə tutulan infrastruktur regionların bir-biri ilə əlaqələrinin yaradılmasında və
məhsulların daşınmasında istifadə olunur. Hernandez bildirmişdir ki, turizm məqsədilə tikinti işlərinin
reallaşdırılması yeni iş yerlərinin açılmasına və gəlirlərin yaranmasına səbəb olur. Bu yeni iş yerləri
qısamüddətli olmasına rəğmən, insanların həyat səviyyəsinin yaxşılaşmasına və ərazidə pul dövriyyəsinin
artmasına səbəb olur. Turistlərin səfərlərinin artması regionlarda daha çox maliyyə vəsaitinin
xərclənməsinə səbəb olur ki, bu da öz növbəsində iqtisadi artıma müsbət təsir edir [4].
Turizmin iqtisadiyyata təsiri turistlərin tələb etdikləri məhsulların miqdarından (qalmaq üçün yerlər,
ərzaq, nəqliyyat və əyləncə mərkəzləri) asılıdır. Bu məhsullara və xidmətlərə olan tələb turizm ilə əlaqədar
sahələrin inkişafına müsbət təsir edir. Turistlərin tələblərinin artması nəticəsində qeyd edilən sahələrin
istehsalı və gəlirləri də artır, nəticədə turizmin induksiya edilmiş təsirləri genişlənir. Gəlirlərin artımı öz
növbəsində birbaşa və dolayı vergi, habelə gömrük rüsumları vasitəsilə dövlət büdcəsinə mədaxilin
artmasına səbəb olur [4].
Xarici ticarət baxımından bir sıra inkişaf etməkdə olan ölkələrdə turizm sektoru başqa sahələrə
nisbətən xarici valyuta mədaxilində daha çox paya malik olduğundan ixracyönümlü sektor hesab edilir.
Eyni zamanda turizm sektoru başqa ixracyönümlü sektorlardan fərqli olaraq ən az ticari məhdudiyyətlərlə
üzləşir. Çünki turizm ilə əlaqədar əmtəə və xidmətlər əsasən ölkə daxilində istehsal olunur [4].
Hər bir ölkə iqtisadiyyatının ixracdan asılılığını nəzərə alaraq, qeyd etmək lazımdır ki, turizm
ölkənin xammal ixracından asılılığını azaltmaq gücündədir. Belə ki, əgər ölkə əsasən kənd təsərrüfatı
məhsulları və təbii ehtiyatların ixracından asılıdırsa, turizmin inkişafı ölkənin valyuta gəlirlərini
artırmaqla yanaşı, xammal məhsullarına mənfi təsir göstərən qiymət dəyişikliklərini sabitləşdirə bilir.
Turizm də daxil olmaqla iqtisadi sektorların qarşılıqlı olaraq xammal və hazır məhsullar üzrə alqı-
satqıları inkişaf etdikcə yerli sektorların turistlər və daxili bazar üçün məhsul istehsalı və xidmət
göstərmək məqsədilə istifadə olunan kapital məhsullarının idxalından asılılıqları azalır. Beləliklə də
Dostları ilə paylaş: