Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə58/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   54   55   56   57   58   59   60   61   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
42
Baku, Azerbaijan


Yuxarı Ərəgit məscidləri, İsmayıllı, Diyallı, Topçu, Yeniyol, Mican, Tağlabiyan, Gilyan və 
Aşıqbayram kəndləri ərazisində yerləşən XIX-XX əsrlərə aid olan məscidlər rayonda dini və dərketmə 
turizminin inkişafına təkan verən maraqlı tarixi-mədəni rekreasiya ehtiyatlarıdır. 
Bildiyimiz kimi İsmayıllı uzun müddət Qafqaz Albaniyasının tərkibində olmuşdur və bu 
səbəbdən rayonda həmin dövrə aid tarixi-memarlıq abidələrinə rast gəlmək mümkündür. Bu növ tarixi 
abidələrdən biri də Mehranilər sülaləsindən olan Albaniya hökmdarı Cavanşir tərəfindən inşa etdirilən 
Cavanşir qalasıdır. Talıstan kəndindən 4 km şimalda yerləşən, inzibati mərkəz və müdafiə istehkamı 
kimi istifadə olunmuş qala eramızın VII əsrində tikilmişdir. Sahəsi təqribən 2 ha olan qala cənub 
divarlarının qalınlığı 2 metr, hündürlüyü isə 10 metr olan əsas və “içqala” olmaqla iki hissədən 
ibarətdir. “İçqala” dağın ən hündür hissəsində yerləşir. Qalanın şimal ucunda silindirvari bürclə 
tamamlanmış eni 2 metr, uzunluğu isə 50 metr olan divar çıxıntı vardır. Burada eyni zamanda diametri 
8 metr olan 6 bürc də var. Həyətində çox nadir hallarda rast gəlinən gül və ağacların bitdiyi qaladan 7 
km aralıda Xanəgah kəndində yerləşən Qız qalasına yeraltı yolun olması ilə bağlı fərziyyələr 
mövcuddur. 
Yerli əhali tərəfindən Qırxotaq və Qırxqız da adlandırlan Haram qalası Sulut kəndi ərazisində, 
Haram çayının sağ sahilində, mənzərəli bir ərazidə yerləşir. Adından göründüyü kimi qalada 40-dan 
çox otaq var. Rəvayətə görə, Şirvan xanları hər otaqda bir qız saxlamış və bura Hərəmxana kimi 
istifadə olunmuşdur. Qalanın adı da məhz bundan qaynaqlanır. Həmin kənd ərazisində XVIII əsrə aid 
edilən Fitdağ qülləsi də yerləşir. Deyilən rəvayətə görə, Makedoniyalı İsgəndər Midiyadan keçərkən 
Şirvanda düşərgə salmışdır. Müharibədən sonra istirahətə buraxılmış yorğun olan əsgərlər şərab içərək 
gəzmiş və təyin olunmuş vaxtda düşərgəyə gəlib çıxmamışdır. Bundan narahat olan İsgəndər dağda 
şeypurların çalınmasını əmr etmiş və güclü şeypur sədalarını eşidən əsgərlə geri qayıtmışdır. 
Yüksəklikdən ətrafa aramsız fit səsi yayıdığına görə bura “Fit dağı” adlanmışdır [2, s.281] 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin