qaldırmaq , öz ölkələrini orada təmsil edirlər . Lakin ölkədən çıxan turistlər öz ölkələrində olan pulları
başqa ölkədə xərcləməklə ölkəyə müəyyən
qədər zərər vurmuş olurlar
2
Ölkəyə gələn (İnbound)
- Dünyanın müxtəlif yerlərindən ölkəyə turist axınına deyilir . Müasir
dövrdə bütün ölkələr İnbound turizmi artırmaqla ölkədəki iqtisadiyyatın inkişafını təmin etməyə çalışırlar
3
Yerli Turizm
- Yerli əhalinin öz yaşadığı əraziyə yaxın yerlərdə istirahətə getməsidir . Adətən iş ,
əyləncə , istirahət məqsədli olur .
4
Turizm sektorları
- Turizm sənayəsinin bir çox sektorları vardır . Bu sektorların
əsas vəzifəsi
turistləri xidmətlərlə təmin etməkdir . Qloballaşma ,
miqrasiya , səyahət , turizm
və biznes son illərdə
iqtisadi debatlarda və diskussiyalarda ən çox işlənən sözlərdi . Səyahətin və turizm sənayesinin əsas
faydalarından biri də insanların dünyanın hər bir yeri ilə daha yaxından tanış olması və bir parçası olmasıdır
. Bu sektorun işçiləri də özləri özlərini inkişaf elətdirir və öz kariyeralarını həyatlarını qururlar .
Finlandiyada o ölkələrdəndir ki dünyanın hər yerindən işçilər buraya gəlir burda yaşayır və iş qururlar .
Buna səbəb təhlükəsizlik , yüksək texnologiya , infrastruktur və iş imkanlarıdır . 2013 cü ilin statistikasına
görə təkcə bu ildə 30300 insan müxtəlif ölkələrdən bura işləməyə gəlmişdir . Bu ölkənin turizm sənayesi
miqrantlara böyük bir biznes üçün imkanlar yaradır . Burada turizmin hər bir sahəsi sahibkarlıq
fəaliyyətinin qurulması üçün əlverişlidir . Yeni turizm biznesini qurmaq
və kareyiyar qurmaq turizm
tələbələrinin əsas hədəfidir . Onların bəziləri öz ambisiyalarına tez başlayaraq ev şəraiti üzərində öz
bizneslərini qururlar . Ümumiyyətlə turizm sənayesi dünyanın ən böyük sənayesi olmaqla yanaşı dünyada
ən sürətlə inkişaf edən sənayedir . Neft sənayesindən sonr ən çox gəlir gətirən ikinci sənayedir .
Baxmayaraq ki çox turizm və qonaqpərvərlik biznesi kiçikdir lakin o
sənaye özü özlüyündə böyük
sahibkarlıq aktivliyinə ehtiyac duyur . Asiyada sakit okean ətrafında olan adalarda ailə biznesi tipli turizm
müəssələrinin çoxluq təşkil etdiyini görürük . İlkin mərhələdə turizmin inkişafının sahibkarlıq fəaliyyətinin
inkişafı ilə birbaşa əlaqədə olduğunu görürük.
Dostları ilə paylaş: