AZƏRBAYCANIN MACHU PICCHUSU ADLANDIRILAN
ƏLİNCƏQALAYA SƏYAHƏT EDƏN ƏCNƏBİ TURİSTLƏR
ÜÇÜN CAZİBƏ ELEMENTLƏRİ
Əli CABBAROV, i.f.d. dos.
“Naxçıvan” Universiteti
alijabbarov@yahoo.com
Günel İSAYEVA
Naxçıvan Dövlət Universiteti
i_gunel@yahoo.com
XÜLASƏ
Bu məqalədə Naxçıvan Muxtar Respublikasına səyahət edən turistlər tərəfindən Azərbaycanın
Machu Picchusu adlandırılan Əlincə qalasının cazibə elementləri araşdırılmışdır. Perudakı Machu
Picchu qala şəhəri ilə müqayisədə Əlincəqalanın daha fərqli turizm
cazibəsinin öyrənilməsi
mədəniyyətlərarası dialoq və turların təşkili baxımından faydalıdır.
Açar sözlər: Naxçıvan Muxtar Respublikası; Əlincə qala, Machu Picchu; turizm cazibəsi; zirvə
turizmi; fotoovçuluq
THE ATTRACTION ELEMENTS FOR FOREIGN TOURISTS VISITING ALINJA
CASTLE NAMED THE MACHU PICCHU OF AZERBAIJAN
SUMMARY
In this article was researched the attraction elements of Alinja Castle named the Machu Picchu of
Azerbaijan by tourists visiting Nakhchivan Autonomous Republic. The studying of more attarctivenes
of Alinja Castle than Machu Picchu fortress city in Pery is considered useful for the point of view
intercultural dialogue and organizational issues as well.
Key words; Nakhchivan Autonomous Republic; Alinja Castle, Machu Picchu; tourism
attarctivenes; rooftop tourism; photohunting
Qədim Azərbaycan torpağı Naxçıvan özünün təbii və tarixi zənginlikləri ilə güclü turizm potensialına
malikdir. Burada turistlərə təklif olunan turlar onlarda uzunmüddətə unudulmaz
təəssüratlar yaratmaqla
bərabər həm də regionun turizm-rekreasyia potensialının daha dərindən öyrənilməsi üçün təcrübə
formalaşdırır. Xüsusən, əcnəbi turistlərin Naxçıvana səyahətləri zamanı onların burada görüb-tanıdıdığı
yerlər və ya turizm ehtiyatları barədə fiikrləri bəlkə də yalnız turistlərin gözü ilə görüləbiləck səviyyədə
maraq doğurur.
Hər bir turistin səyahət səbəbləri arasında şübhəsiz onun səfər edəcəyi məkanın cazibə elementlərinin
yaratdığı motivlər ən əsas faktorlardandır. Bu mənada Naxçıvan Muxtar Respublikasına
səyahət edən
turistlərin, xüsusən əcnəbi turistlərin motivləri ilə tanış olduqda olduqca maraqlı məqamları görmək olar ki,
bunların təhlili də turizm fəaliyyəti təşkilatçıları və eləcə də ümumən turizmin inkişafı məsələləri
baxımından əhəmiyyətlidir.
Müasir turistlərin səyahət motivlərinin düzgün başa düşülməsi turların təşkili və turizmin daha kutləvi
hala gətirilməsi baxımından əhəmiyyətlidir. Turizmin inkişaf tarixi və turistlərlə aparılan iş zamanı əldə
olunan təcrübə göstərir ki, cəmiyyət həyatının digər sahələrində olduğu kimi turizmdə də modası keçmiş
olan servislərin yenilənməsi bu sahənin uğurunun əsasında dayanır. Şübhəsiz,
planet üzrə aktiv səyahət
edən 1,3 milyard nəfər turistin [1] artan tələbatlarına uyğunlaşmaq üçün müasr turizm biznesi də müvafiq
yenilənmədən keçməli, səyahətlərin təşkili üçün yeni cazibə elementləri tapılmalıdır. Bu prinsip isə ÜTT-
nun tövsiyələrinə [2] görə çox qiymətlidir. Əlincəqala və onun ətrafındakı turizm-rekreasiya cazibədarlığı
da bu baxımdan turistlər üçün çox maraqlıdır.
Naxçıvan şəhərindən şimal-şərq istiqamətində 30 kilometr məsafədə yerləşən Əlincəqala əcnəbi
turistlərin birgünlük ekskursiyası üçün çox əlverişlidir. Belə ki, Naxçıvan-Əlincə turizm marşrutu üzrə
səyahətin əsas motivləri turistlərin Naxçıvana gəlişindən xeyli əvvəl formalaşır. Turlar zamanı apardığımız
müşahidələrə əsasən deyə bilərik ki, alman, ingilis, yaxıd pribaltikalı turistlər kimi yaşadıqları yerdə sərt
qayalıqlı yerlərin çox az olduğu insanların Perudakı qədim İnk mədəniyyətinin çox nadir nümunəsi olan
Machu Picchu ilə müqayisədə Əlincə qala haqqındakı fikirləri bu baxımdan mühüm rol oynayır.
Çünki
Dostları ilə paylaş: