dünyadakı muasir informasyia bolluğu şəraitində Əlincə qalası haqqında kifayət qədər virtual məlumat alan
turistlərin bu yerlərə gəlməsyilə bu təsəvvürlərin real olması mümkün olur.
Əlincəqala Perudakı Machu Picchu qala şəhəri ilə müqayisədə daha qədim tarixə malikdir [4].
Əgər Machu Picchunun tarixi yalnız XV əsrədək [3] gedib çatırsa, Əlincəqalanın sübut olunmuş tarixi
eramızın V-VI əsrlərədək çatır. Əlincəqala haqqında tarixçilərdən Stepanos Orbeliani (1258-1304),
Nəsəvi (13-cü əsr), Şərafəddin Əli Yəzdi (15-ci əsr), İspaniya səfiri Klavixo (15-ci əsr), türk səyyahı
Övliya Çələbi (17-ci əsr) məlumat vermişlər. Əlincəqala monqolların və teymurilərin zamanında
xüsusilə dağıntıya uğramış və yenidən bərpa olunmuşdur. Əlincəqalanın Əmir Teymurun ordusuna
qarşı on dörd il (1387-1401) müqavimət göstərməsi Azərbaycan tarixinin şanlı səhifələrindən biridir.
XVI-XVII əsrlərədək Əlincə qala bu torpaqda mövcud olmuş Azərbaycan hökmdarlarının
müdafiə istehkamı və xəzinə mühafizəsi üçün istifadə olunub.
Bütün bunlar çox güman ki,
Əlincəqalanın sərt sıldırılmlı qayalar üzərində yerləşməsi, oraya gedən yolların çox çətin keçilən
olması və burada möhkəmlənmiş müdafiəçilərinin özlərini qorumaq üçün çox böyük üstünlüyə malik
olması ilə əlaqədər olub.
Buna görə də Əlincəqala, ətrafındakı yaşayış məntəqələri və eləcə də
buradakı tarixi abidələr tarix və mədəniyyət və eləcə də dırmanma həvəskarları olan turistlər üçün
sevimli yerləridir. Naxçıvan Muxtar Respublikasına xarici turistlərin səyahətlərinin artması ilə hazırda
Əlincəqala da çox cazibədar turizm destinasyiası halına gəlib. Hazırda hər il Naxçıvana səyahət edən
təqribən 400 minə yaxın turistin mühüm bir hissəsini təşkil edən əcnəbi turistlər bu qalaya da səfərlər
edərək dərin təəssürat əldə edirlər.
Əlincəqalaya müxtəlif ölkələrdən və müxtəlif kateqoryialardan olan turistlərin səyahətləri zamanı
qazandığı təəssüratların
təhlili də göstərir ki, müasir turislər arasında zirvə turizmi motivi kifayət qədər
yüksəkdir. Bunu göstərə bilmək üçün yaşı 70-dən ötmüş bir Avropalının Əlincəqala kimi dəniz
səviyyəsindən təqribən 1500 m. və ətraf platformadan 500 metr yüksəklikdə [Şəkil 1] olan bir şiş
zirvəyə dırmanaraq sanki dünyanı necə yenidən kəşf etdiyini yaxşıca başa düşmək lazımdır.
Hesab
edirik ki, belə bir emosional və psixoloji rekreasiya tələbatının qiymətləndirilməsi metologiyasının
işlənib hazırlanması zirvə turizmi kimi turizm növlərinin daha yaxşı inkişafına səbəb olur ki, bu da
turizmin kütləviləşdirilməsi kimi ali tələblərə xidmət edir.
Zirvə turizmi üzrə turistlərin səyahət motivasiyasının öyrənilməsi praktiki olaraq Əlincəqala kimi
yüksək qayalıq yerlərə dırmanaraq burada adi düzənlik ərazilərdə, yaxud mürəkkəb relyefli yerlərdən
fərqli olan geniş panoramalı mənzərə ilə rastlaşması zamanı göstərdiyi davranışların müşahidəsi ilə
başlayır. İnsanların təbii instinkt
olaraq yüksəkliyə meyli, yaxud səmaya daha yaxın olmaqla özünü
Uca Yaradana daha yaxın hiss etməsi və ya yaşlı yaxud şişman adamların onlara əngəl olan manelərə
qarşı qalib gəlmək hissi ilə yüksəkliyə dırmanması istəyi bu zaman açıq görünən motivasiyaedici
amillərdəndirr.
Bundan əlavə, Naxçıvana səyahət edən, ancaq Əlincəqala haqqında heç bir məlumatı
olmayan turistlərə buraya səyahət etmək təklif olunanda qalanın tarixi ilə tanış olmaqdan əlavə sadəcə
yüksəkliyə dırmanmaq kimi motvlərin də olduğunu görməkdəyik. Xüsusən, ən qısa
yolu belə
avtomobillərlə getməyə çalışan şəhərli turistlərin qalaya dırmanması zamanı müşahidə olunan davranış
formaları daha maraqlıdır. Qeyd edək ki, qalaya gedən yolun mürəkkəb olması onun Əmir Teymur
ordularının hücumu zamanı müdafiəçilərinin işini asanlaşdıran
fakt olubsa, bu daha sonra buraya
qalxmaq istəyən ekskursantlar üçün əngəl törədib. 2013-cü ildə isə qalanın restavrasiya olunması və
buraya gedən yolun qaydaya salınması Əlincəqalya qalxmaq istəyənlərin işini asanlaşıdırıb. Başqa
sözlə, əgər 700 il əvvəl Orta Asiyadan Bağdada qədər böyük bir ərazini lişğal etmiş Əmir Teymurun
ordularının 14 il ərzində qalxa bilmədiyi 500 metr məsafəyi 35-40 dəqiqəyə qalxan turistlərin [Şəkil 2]
bundan zövq alması zirvə turizm üzrə səyahət edənlərin sayının artmasına səbəb olan amillərdəndir.
Əslində isə müşahidə gösətrir ki, ətrafdakılara yuxarıdan baxmaq, bunu eqoizm kimi deyil, təbii zirvə
mövqeyindən edə bilmək insana cəsarət verən duyğulardandır.
Bəlkə də bu cəsarət, və yaxud sağ
qalmaq instinkti o zamankı Əlincəqala müdafiəçilərinin qurduqları və indiyə qədər gəlib çatmış
derivasiya tipli su hovuzlarının, buradakı qayaüstü əkinçiliyinin, yaxud düşmən hücumlarına dözmüş
möhkəm divarların yaranmasının əsas amillərindəndir. Odur ki, Əlincə qala timsalında zirvə
turizminin perspektivlərini öyrəndikdə dünyanın başqa yerində buna bənzər səyahətlərin praktikasını
nəzərə almaqla yanaşı Əlincə qalanın unikal yerləşmə mövqeyini və buranın zirvəsindən açılan cazibə
elementəlrini hökmən nəzərə almaq lazımdır. Bundan əlavə, göydələnləri və ya ətraf mənəzərə ilə
tanış olmaq üçün damına qalxması mümkün olan uca binaları olan bir çox dünya şəhərlərində zirvə
turizminin populyar olması bu barədə fikirlərimizi təsdiq edir.
Dostları ilə paylaş: