Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə298/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   294   295   296   297   298   299   300   301   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
243
Baku, Azerbaijan


Hazırda, müasir dövrün aparıcı aktoru kimi çıxış edən turizm siyasəti və miqrasiya prosesləri 
Azərbaycan Respublikasının davamlı inkişaf siyasətində perspektiv sahələr sayılır. Azərbaycan son 
illər xarici turizmə marağını artırmışdır. Beynəlxaq turizm xarici ölkələrə səyahət olub onun məqsədi 
yaşayış yerindən uzaqlaşmanı nəzərdə tutur. Ölkədən kənarda beynəlxalq müqavilələr, prinsiplər, 
dövlətlərarası iqtisadi və miqrasiya qaydaları əsasında qurulur [2, 203]. Ona görə də beynəlxalq turizm 
əlaqələrini qiymətləndirmək, onun proqnozunu vermək və təşkilatı tədbirlər həyata keçirmək üçün 
miqrasiyanı qiymətləndirmək onun respublikada daxili və xaricdə dinamikasını ölçmək vacibdir [3, 155]. 
Qeyd etmək lazımdır ki, Azərbaycanda beynəlxalq turizm və miqrasiya kimi mühüm sahələrdə əldə olunan 
uğurlar, yuxarıda qeyd olunduğu kimi insan kapitalının və qeyri-neft sektorunun inkişafı baxımından ciddi 
əhəmiyyəti ilə seçilir. Burada innovativ ideyalar, milli təhlükəsizlik, insan hüquqlarının müdafiəsi, sosial 
inkişafın müzakirəsi mühüm olan məsələlərdir.
Azərbaycanın mövcud sahədə beynəlxalq əməkdaşlığa marağı dövrün sosial-iqtisadi çağırışları ilə 
bağlıdır. Bu baxımdan, 16 noyabr 2011-ci ildə Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Taleb 
Rifainin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində (DMX) keçirdiyi yüksəksəviyyəli 
görüş bir daha onu göstərdi ki, Azərbaycan Respublikası sülhməramlı siyasətində turizm, miqrasiya və 
mədəniyyətlərarası dialoqun inkişafında yaxından iştirak edən demokratik-hüquqi dövlətdir. Baş katib 
Azərbaycanda turizm sektorunun dövlətin əsas prioritet sahələrindən biri olmaqla gələcəkdə daha da inkişaf 
etdiriləcəyinə əminliyini ifadə etmişdir. T.Rifai miqrasiya ilə turizm sahələrinin sıx əlaqədə olduğunu 
vurğulamış, Azərbaycanda miqrasiya sahəsində dövlət səlahiyyətlərini yerinə yetirən müstəqil qurumun 
olmasını təqdir etmişdir [14]. Göründüyü kimi Azərbaycanın müasir turizm ölkəsi kimi tanınmasında 
beynəlxalq əməkdaşlıq və təşkilatların rolu getdikcə artır.
Belə bir fikir var ki, miqrasiya fenomeninin tədqiqatı onun müxtəlif aspektlərinin öyrənilməsi ilə 
birbaşa bağlıdır. Daha çox insanlar belə bir fikirə düşürlər ki, miqrasiya hər bir dövlətin həyatının vacib və 
ayrılmaz sosial-iqtisadi komponentidir [10, 72]. Bu səbəbdən, Azərbaycan Respublikasında turizm, 
miqrasiya idarəçiliyi və dövlətimizin tarixi keçmişi ilə sıx bağlı olan mədəniyyətlərarası dialoq ilə bağlı 
maarifləndirici tədbirlərin keçirilməsi mövcud sahələrin ölkə ərazisində inkişaf tempini göstərir. Turizm 
xidmət sahələrinin dünya standartlarına uyğunlaşdırılması kimi yüksək nailiyyətlər bu sahəyə miqrantları 
cəlb edən müsbət amillərdən biridir. Bu isə öz növbəsində insanlar arasında mədəni münasibətlərin inkişafı, 
fərqli sivilizasiyaların öyrənilməsi baxımından əhəmiyyət daşıyır. Maarifləndirici tədbirlərdən biri 17 may 
2018-ci ildə Xaçmaz şəhərində keçirilmişdir.
Yerli səviyyədə turizmi inkişaf etdirərkən regional, milli və hətta beynəlxalq turizm nəzərə 
alınmalıdır. Regional və milli səviyyədə siyasət, inkişafın plan və proqramları, qanun-qaydalar, habelə 
marketinq strategiyası turizmin inkişafına təsir göstərir [11, 4]. Xüsusilə yaz-yay mövsümü ilə əlaqədar 
turist və miqrantların daha aktiv olduğu aylarda turizm xidməti göstərən obyektlərin iş qrafiki, gündəlik 
turist qəbulu, qanun çərçivəsində fəlaiyyət, yaxud yüksəksəviyyəli turizm obyektlərində ixtisaslı 
miqrantların işə cəlb olunması hər iki sahədə yeni perspektiv imkanların dəyərləndirilməsinə şərait yaradır. 
Hər iki halda ölkə ərazisinə əcnəbilərin daxil olması həmçinin yeni mədəniyyətlərin qəbul olunması və 
öyrənilməsinə öz təsirini göstərir. Yay turizm mövsümünün başlanması ərəfəsində DMX-nin Xaçmaz 
regional miqrasiya idarəsinin xidmət ərazisində fəaliyyət göstərən turizm obyektləri sahiblərinin, turizm 
informasiya agentliklərinin və regional turizm idarəsinin nümayəndələrinin iştirakı ilə keçirilən 
maarifləndirmə tədbiri bu baxımdan səmərə təşkil etmiş, yeni xidmət sahələrinin yaranması və 
davamlılığına dəstək vermişdir [13]. Hal-hazırda demək olar ki, dünyanın bütün ölkələrində işçi qüvvəsinin 
ixracı və idxalının tənzimlənməsi həyata keçirilir. Bu, yerli məşğulluq bazarını xarici işçi qüvvəsinin 
axınından mühafizə edir, bir tərəfdən, yerli əhali arasında işsizlik probleminin aradan qaldırılmasına kömək 
edir, digər tərəfdən isə xarici işçi qüvvəsinin əməyinin rasional istifadəsini təmin edir [12, 212]. Həmçinin, 
qeyd etmək lazımdır ki, əmək haqqı iş miqrasiyasını formalaşdırır. Miqrasiya təkcə regionlarda deyil, həm 
də ölkələrarası baş verir [4, 194]. Burada əldə olunan inkişafda turizm siyasətinin rolu danılmazdır. 
Güzəştli paket turlarının təşkil olunması daha çox turist və miqrant deməkdir. Bu isə ölkəyə xarici 
valyutanın cəlb olunmasında azda olsa dəstək ifadə edir.
Sonda, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş “Turizm 
və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda IV beynəlxalq elmi-praktiki 
konfransa təqdim olunan məqalədə sadalanan mühüm məqmları aşağıda göstərildiyi şəkildə sıralamaq 
mümkündür: 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   294   295   296   297   298   299   300   301   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin