Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə297/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   293   294   295   296   297   298   299   300   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
242
Baku, Azerbaijan


В статье изучается влияние туристической политики в развитию миграционных процессов 
и межкультурного диалога Азербайджанской Республики. 
Açar sözlər: 
turizm, miqrasiya, mədəniyyət, dialoq, əməkdaşlıq, inkişaf, siyasət 
Key words: 
tourism, migration, culture, dialogue, cooperation, development, policy 
Ключевые слова: 
туризм, миграция, культура, диалог, сотрудничество, развитие, 
политика 
Azərbaycan Respublikasında turizm siyasəti, miqrasiya prosesləri və mədəniyyətlərarası dialoq 
ilk baxışda fərqli mövzular sayılsalar da hər üç sahənin mərkəzində əcnəbi amili dayanır. Bu isə insan 
hüquq və azadlıqlarının qorunmasında respublikanın mütərəqqi dövlət idarəçiliyini göstərməklə 
yanaşı, müasir beynəlxalq münasibətlərdə tolerant, müstəqil və şəffaf siyasət yürütdüyünü əyani 
şəkildə əks etdirir. Daha dəqiq ifadə etsək hər iki halda ölkəyə daxil olan turist və miqrantlar öz 
mədəniyyətlərini də bərabərində gətirmiş olurlar. Nəticə etibarilə Azərbaycan Respublikası müasir 
mədəniyyətlərarası dialoqaun inkişafında öz rolunu göstərmiş olur.
Miqrasiya problemi dünyada ən aktual məsələlərdən biridir. Hərçənd demək olarki dünyada elə 
bir insan tapılmaz ki, miqrasiya ilə tanış olmasın [15, 5]. Miqrasiya bu gün istər-istəməz cəmiyyətlərə 
dəyişiklik gətirir, əhalinin etnik, mədəni və dini şaxələndirilməsinə, dünya ölkələrində yüksəlməsinə, 
əksər ölkələrdə özünüdərk məsələlərinə gətirib çıxarır [9, 28]. Son illərin təhlili göstərir ki, 
Azərbaycanda müşahidə olunan davamlı sosial-iqtisadi inkişaf, energetika və nəqliyyat sahələrində 
beynəlxalq kommunikasiyaların genişlənməsi, eyni zamanda ölkəmizin geosiyasi mövqeyi turizm 
sahəsinin inkişafına, həmçinin miqrasiya proseslərinin intensivləşməsinə müsbət təsir göstərmişdir [6, 
540]. Bu baxımdan çoxkonfensiyalı Azərbaycanda turizm siyasəti mədəniyyətlərarası dialoqa açıq 
olduğu üçün turist və miqrantların yerli dil, mədəniyyət və ölkənin tarixi keçmiş ilə maraqlanmaları, 
bu istiqamətdə maarifləndirci turlarda iştirak etmələri məhz turizmin siyasi və mədəni əhmiyyətini 
göstərir.
Xalqların bir-birinə yaxınlaşmasında, iqtisadi və mədəni əlaqələrin yaradılmasında və qarşılıqlı 
anlaşmada turizmin əvəzsiz rolu var. Ona görə də turizmin inkişafı inteqrasiya amili olaraq 
dövrümüzün vacib məsələlərindən biridir [8, 4]. Yəni, Azərbaycan Respublikasında həyata keçirilən 
uğurlu turizm siyasəti, zəngin multikultural keçmişə malik ölkənin müasir dövrdə ali dəyərləri 
yaşadaraq gələcəyə ötürməsi, mövzunun aktuallığını əsaslandırır və elmi-nəzəri, konseptual yanaşma 
tələb edir. Hazırda Azərbaycanda turizmin inkişafı istiqamətində atılan addımlar, bu sahəyə dövlət 
qayğısı respublikanı turistlər və əməkçi miqrantlar üçün cəlbedici ölkəyə çevirir.
Azərbaycan Respublikası tərəfindən 2009-cu ildə ratifikasiya edilmiş “Mədəni özünüifadə 
müxtəlifliyinin qorunması və təşviqinə dair konvensiya” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi 
tərəfindən “Mədəni müxtəlifliyimiz mədəni vəhdətimizdir” layihəsi həyata keçirilməkdədir [5, 40]. 
Layihə son illər əhəmiyyətli dərəcədə genişlənmiş və ölkənin bütün regionlarını əhatə etmişdir. 
Azərbaycanda müşahidə olunan yüksək inkişaf və mədəniyyət tempi, turizm sektorunun dünya 
standartları səviyyəsinə qaldırılması, bu baxımdan respublikada mədəniyyətlərarası dialoqun 
genişlənməsinə və miqrasiya idarəçiliyinə müsbət təsirini davam etdirir. Dövlət müstəqilliyinin 
bərpasından ötən dövr ərzində multikultural Azərbaycanda dini bayramlar və müqəddəs şəxsiyyətlərə 
həsr olunmuş mərasimlər, kütləvi ziyarət, dini turizm geniş vüsətlə inkişaf etməyə başlamışdır [1, 
231]. Respublikada həyata keçirilən sosial-iqtisadi layihələr, köklü islahatlar turizm siyasətinin 
bilavasitə miqrasiya proseslərinə və mədəniyyətlərarası dialoqun genişlənməsinə münbit şərait 
yaratmışdır. 
Azərbaycan Respublikası dünya miqyasında tanınan, seçilən ölkə olsa da təşkil olunmuş turizmin 
və səyahətlərin tarixi ötən əsrin 20-ci illərinin axırlarından başlayır [7, 466]. Hələ sovet dövründən 
Azərbaycanın səfalı guşələri – Kəlbəcərin müalicəvi isti suyu, Göygölün əsrarəngiz təbiəti, Naftalan, 
Bakı sanatoriyaları, qoruqlar və s. yaxşı tanınırdı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin istər 
SSRİ dövründə, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərliyi respublikada bir sıra sahələrlə 
yanaşı turizm sektorunun inkişafına əhəmiyyətli təsir göstərmişdir. Görkəmli dövlət xadiminin 
müdrük siyasəti həmçinin, ölkədə turizmlə yanaşı miqrasiya siyasətinin və multikultural dəyərlərin 
inkişafında həlledici rol oynamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin turizm və 
miqrasiya kimi mühüm sahələri diqqətdən kənarda qoymaması bir daha onu göstərir ki, ölkədə qeyri 
neft sektorunun, insan kapitalının inkişafı strateji sahə olaraq qalır.

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   293   294   295   296   297   298   299   300   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin