В статье изучается влияние туристической политики в развитию миграционных процессов
и межкультурного диалога Азербайджанской Республики.
Açar sözlər:
turizm, miqrasiya, mədəniyyət, dialoq, əməkdaşlıq, inkişaf, siyasət
Key words:
tourism, migration, culture, dialogue, cooperation, development, policy
Ключевые слова:
туризм, миграция, культура, диалог, сотрудничество, развитие,
политика
Azərbaycan Respublikasında
turizm siyasəti, miqrasiya prosesləri və mədəniyyətlərarası dialoq
ilk baxışda fərqli mövzular sayılsalar da hər üç sahənin mərkəzində əcnəbi amili dayanır. Bu isə insan
hüquq və azadlıqlarının qorunmasında respublikanın mütərəqqi dövlət idarəçiliyini göstərməklə
yanaşı, müasir beynəlxalq münasibətlərdə tolerant, müstəqil və şəffaf siyasət yürütdüyünü əyani
şəkildə əks etdirir. Daha dəqiq ifadə etsək hər iki halda ölkəyə daxil olan
turist və miqrantlar öz
mədəniyyətlərini də bərabərində gətirmiş olurlar. Nəticə etibarilə Azərbaycan Respublikası müasir
mədəniyyətlərarası dialoqaun inkişafında öz rolunu göstərmiş olur.
Miqrasiya problemi dünyada ən aktual məsələlərdən biridir. Hərçənd demək olarki dünyada elə
bir insan tapılmaz ki, miqrasiya ilə tanış olmasın [15, 5]. Miqrasiya bu gün istər-istəməz cəmiyyətlərə
dəyişiklik gətirir, əhalinin etnik, mədəni və dini şaxələndirilməsinə, dünya ölkələrində yüksəlməsinə,
əksər ölkələrdə özünüdərk məsələlərinə gətirib çıxarır [9, 28]. Son illərin təhlili göstərir ki,
Azərbaycanda müşahidə olunan davamlı sosial-iqtisadi inkişaf, energetika
və nəqliyyat sahələrində
beynəlxalq kommunikasiyaların genişlənməsi, eyni zamanda ölkəmizin geosiyasi mövqeyi turizm
sahəsinin inkişafına, həmçinin miqrasiya proseslərinin intensivləşməsinə müsbət təsir göstərmişdir [6,
540]. Bu baxımdan çoxkonfensiyalı Azərbaycanda turizm siyasəti mədəniyyətlərarası dialoqa açıq
olduğu üçün turist və miqrantların yerli dil, mədəniyyət və ölkənin tarixi keçmiş ilə maraqlanmaları,
bu istiqamətdə maarifləndirci turlarda iştirak etmələri məhz turizmin siyasi və mədəni əhmiyyətini
göstərir.
Xalqların bir-birinə yaxınlaşmasında, iqtisadi və mədəni əlaqələrin yaradılmasında və qarşılıqlı
anlaşmada turizmin əvəzsiz rolu var. Ona görə də turizmin inkişafı inteqrasiya amili olaraq
dövrümüzün vacib məsələlərindən biridir [8, 4]. Yəni, Azərbaycan Respublikasında
həyata keçirilən
uğurlu turizm siyasəti, zəngin multikultural keçmişə malik ölkənin müasir dövrdə ali dəyərləri
yaşadaraq gələcəyə ötürməsi, mövzunun aktuallığını əsaslandırır və elmi-nəzəri, konseptual yanaşma
tələb edir. Hazırda Azərbaycanda turizmin inkişafı istiqamətində atılan addımlar, bu sahəyə dövlət
qayğısı respublikanı turistlər və əməkçi miqrantlar üçün cəlbedici ölkəyə çevirir.
Azərbaycan Respublikası tərəfindən 2009-cu ildə ratifikasiya edilmiş “Mədəni özünüifadə
müxtəlifliyinin qorunması və təşviqinə dair konvensiya” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi
tərəfindən “Mədəni müxtəlifliyimiz mədəni vəhdətimizdir” layihəsi həyata keçirilməkdədir [5, 40].
Layihə son illər əhəmiyyətli dərəcədə genişlənmiş və ölkənin bütün regionlarını əhatə etmişdir.
Azərbaycanda müşahidə olunan yüksək
inkişaf və mədəniyyət tempi, turizm sektorunun dünya
standartları səviyyəsinə qaldırılması, bu baxımdan respublikada mədəniyyətlərarası dialoqun
genişlənməsinə və miqrasiya idarəçiliyinə müsbət təsirini davam etdirir. Dövlət müstəqilliyinin
bərpasından ötən dövr ərzində multikultural Azərbaycanda dini bayramlar və müqəddəs şəxsiyyətlərə
həsr olunmuş mərasimlər,
kütləvi ziyarət, dini turizm geniş vüsətlə inkişaf etməyə başlamışdır [1,
231]. Respublikada həyata keçirilən sosial-iqtisadi layihələr, köklü islahatlar turizm siyasətinin
bilavasitə miqrasiya proseslərinə və mədəniyyətlərarası dialoqun genişlənməsinə münbit şərait
yaratmışdır.
Azərbaycan Respublikası dünya miqyasında tanınan, seçilən ölkə olsa da təşkil olunmuş turizmin
və səyahətlərin tarixi ötən əsrin 20-ci illərinin axırlarından başlayır [7, 466]. Hələ sovet dövründən
Azərbaycanın səfalı guşələri – Kəlbəcərin müalicəvi isti suyu, Göygölün əsrarəngiz təbiəti, Naftalan,
Bakı sanatoriyaları, qoruqlar və s. yaxşı tanınırdı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin istər
SSRİ dövründə, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərliyi respublikada bir sıra sahələrlə
yanaşı turizm sektorunun inkişafına əhəmiyyətli təsir göstərmişdir.
Görkəmli dövlət xadiminin
müdrük siyasəti həmçinin, ölkədə turizmlə yanaşı miqrasiya siyasətinin və multikultural dəyərlərin
inkişafında həlledici rol oynamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin turizm və
miqrasiya kimi mühüm sahələri diqqətdən kənarda qoymaması bir daha onu göstərir ki, ölkədə qeyri
neft sektorunun, insan kapitalının inkişafı strateji sahə olaraq qalır.
Dostları ilə paylaş: