Hazırda, müasir dövrün aparıcı aktoru kimi çıxış edən turizm siyasəti və miqrasiya prosesləri
Azərbaycan Respublikasının davamlı inkişaf siyasətində perspektiv sahələr sayılır. Azərbaycan son
illər xarici turizmə marağını artırmışdır. Beynəlxaq turizm xarici ölkələrə səyahət olub onun məqsədi
yaşayış yerindən uzaqlaşmanı nəzərdə tutur. Ölkədən kənarda beynəlxalq müqavilələr, prinsiplər,
dövlətlərarası iqtisadi və miqrasiya qaydaları əsasında qurulur [2, 203]. Ona görə də beynəlxalq turizm
əlaqələrini qiymətləndirmək, onun proqnozunu vermək və təşkilatı tədbirlər həyata keçirmək üçün
miqrasiyanı qiymətləndirmək onun respublikada daxili və xaricdə dinamikasını ölçmək vacibdir [3, 155].
Qeyd etmək lazımdır ki, Azərbaycanda beynəlxalq turizm və miqrasiya kimi mühüm sahələrdə əldə olunan
uğurlar, yuxarıda qeyd olunduğu kimi insan kapitalının və qeyri-neft sektorunun inkişafı baxımından ciddi
əhəmiyyəti ilə seçilir. Burada innovativ ideyalar, milli təhlükəsizlik, insan hüquqlarının müdafiəsi, sosial
inkişafın müzakirəsi mühüm olan məsələlərdir.
Azərbaycanın mövcud sahədə beynəlxalq əməkdaşlığa marağı dövrün sosial-iqtisadi çağırışları ilə
bağlıdır. Bu baxımdan, 16 noyabr 2011-ci ildə Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Taleb
Rifainin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində (DMX) keçirdiyi yüksəksəviyyəli
görüş bir daha onu göstərdi ki, Azərbaycan Respublikası sülhməramlı siyasətində turizm, miqrasiya və
mədəniyyətlərarası dialoqun inkişafında yaxından iştirak edən demokratik-hüquqi dövlətdir. Baş katib
Azərbaycanda turizm sektorunun dövlətin əsas prioritet sahələrindən biri olmaqla gələcəkdə daha da inkişaf
etdiriləcəyinə əminliyini ifadə etmişdir. T.Rifai miqrasiya ilə turizm sahələrinin sıx əlaqədə olduğunu
vurğulamış, Azərbaycanda miqrasiya sahəsində dövlət səlahiyyətlərini yerinə yetirən müstəqil qurumun
olmasını təqdir etmişdir [14]. Göründüyü kimi Azərbaycanın müasir turizm ölkəsi kimi tanınmasında
beynəlxalq əməkdaşlıq və təşkilatların rolu getdikcə artır.
Belə bir fikir var ki, miqrasiya fenomeninin tədqiqatı onun müxtəlif aspektlərinin öyrənilməsi ilə
birbaşa bağlıdır. Daha çox insanlar belə bir fikirə düşürlər ki, miqrasiya hər bir dövlətin həyatının vacib və
ayrılmaz sosial-iqtisadi komponentidir [10, 72]. Bu səbəbdən, Azərbaycan Respublikasında turizm,
miqrasiya idarəçiliyi və dövlətimizin tarixi keçmişi ilə sıx bağlı olan mədəniyyətlərarası dialoq ilə bağlı
maarifləndirici tədbirlərin keçirilməsi mövcud sahələrin ölkə ərazisində inkişaf tempini göstərir. Turizm
xidmət sahələrinin dünya standartlarına uyğunlaşdırılması kimi yüksək nailiyyətlər bu sahəyə miqrantları
cəlb edən müsbət amillərdən biridir. Bu isə öz növbəsində insanlar arasında mədəni münasibətlərin inkişafı,
fərqli sivilizasiyaların öyrənilməsi baxımından əhəmiyyət daşıyır. Maarifləndirici tədbirlərdən biri 17 may
2018-ci ildə Xaçmaz şəhərində keçirilmişdir.
Yerli səviyyədə turizmi inkişaf etdirərkən regional, milli və hətta beynəlxalq turizm nəzərə
alınmalıdır. Regional və milli səviyyədə siyasət, inkişafın plan və proqramları, qanun-qaydalar, habelə
marketinq strategiyası turizmin inkişafına təsir göstərir [11, 4]. Xüsusilə yaz-yay mövsümü ilə əlaqədar
turist və miqrantların daha aktiv olduğu aylarda turizm xidməti göstərən obyektlərin iş qrafiki, gündəlik
turist qəbulu, qanun çərçivəsində fəlaiyyət, yaxud yüksəksəviyyəli turizm obyektlərində ixtisaslı
miqrantların işə cəlb olunması hər iki sahədə yeni perspektiv imkanların dəyərləndirilməsinə şərait yaradır.
Hər iki halda ölkə ərazisinə əcnəbilərin daxil olması həmçinin yeni mədəniyyətlərin qəbul olunması və
öyrənilməsinə öz təsirini göstərir. Yay turizm mövsümünün başlanması ərəfəsində DMX-nin Xaçmaz
regional miqrasiya idarəsinin xidmət ərazisində fəaliyyət göstərən turizm obyektləri sahiblərinin, turizm
informasiya agentliklərinin və regional turizm idarəsinin nümayəndələrinin iştirakı ilə keçirilən
maarifləndirmə tədbiri bu baxımdan səmərə təşkil etmiş, yeni xidmət sahələrinin yaranması və
davamlılığına dəstək vermişdir [13]. Hal-hazırda demək olar ki, dünyanın bütün ölkələrində işçi qüvvəsinin
ixracı və idxalının tənzimlənməsi həyata keçirilir. Bu, yerli məşğulluq bazarını xarici işçi qüvvəsinin
axınından mühafizə edir, bir tərəfdən, yerli əhali arasında işsizlik probleminin aradan qaldırılmasına kömək
edir, digər tərəfdən isə xarici işçi qüvvəsinin əməyinin rasional istifadəsini təmin edir [12, 212]. Həmçinin,
qeyd etmək lazımdır ki, əmək haqqı iş miqrasiyasını formalaşdırır. Miqrasiya təkcə regionlarda deyil, həm
də ölkələrarası baş verir [4, 194]. Burada əldə olunan inkişafda turizm siyasətinin rolu danılmazdır.
Güzəştli paket turlarının təşkil olunması daha çox turist və miqrant deməkdir. Bu isə ölkəyə xarici
valyutanın cəlb olunmasında azda olsa dəstək ifadə edir.
Sonda, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş “Turizm
və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda IV beynəlxalq elmi-praktiki
konfransa təqdim olunan məqalədə sadalanan mühüm məqmları aşağıda göstərildiyi şəkildə sıralamaq
mümkündür:
Dostları ilə paylaş: