Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə299/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   295   296   297   298   299   300   301   302   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
244
Baku, Azerbaijan



Azərbaycan Respublikasında həyata keçirilən davamlı inkişaf siyasəti müxtəlif sahələrlə yanaşı 
ölkə turizminin beynəlxalq qəbul olunmuş standartlar səviyyəsinə qaldırılmasında mühüm 
əhəmiyyət kəsb edir; 

Respublikada davam edən uğurlu turizm idarəçiliyi, həmçinin miqrasiya proseslərinin pozitiv 
istiqamətdə irəliləməsinə yol açır və əməkçi miqrantların hüquqlarının müdafiəsində insan hüquq 
və azadlıalarının səmərə təşkil etdiyini göstərir; 

Azərbaycanda hər iki sahənin yüksək templə inkişafı fərqli mədəniyyətləri bir araya gətirməklə, 
mədəniyyətlərarası dialoqun genişlənməsinə və ölkənin tolerantlıq mərkəzinə çevrilməsinə diqqət 
çəkir; 

Mövcud sahələrdə əldə olunan müsbət təcrübə Azərbaycanda həyata keçirilən təməlli siyasətə 
söykənir. Xalqımızın görkəmli, dahi rəhbəri Heydər Əliyevin müəyyən etdiyi iqtisadi tərəqqi yolu 
hazırda Prezident İlham Əliyevin praqmatik siyasəti ilə daha da yüksəklərə qalxmışdır; 

İlham Əliyevin ölkəyə rəhbərliyinin ilk illərindən bir sıra perspektiv sahələrlə yanaşı, turizm 
sektorunun inkişafı və miqrasiya proseslərinin tənzimlənməsi kimi mühüm sahələrə qayğı 
göstərilmiş, bu isə öz növbəsində çoxmədəniyyətli cəmiyyətə malik Azərbaycanın 
multikulturalizm siyasətinin tanınmasında həlledici rol oynamışdır; 

Azərbaycanın mövcud sahələrdə beynəlxalq təcrübəni öyrənməsi və milli qanunvericiliyə 
uyğunlaşdırması turizm, miqrasiya və mədəniyyətlərarası dialqoun inkişafında əməkdaşlığın, 
siyasi dialoqun səmərə təşkil etdiyini əks etdirir; 

Nəticə etibarilə tolerant dövlət kimi tanınan Azərbaycanın milli təhlükəsizliyinin təmin 
olunmasında turizm və miqrasiyanın ölkə qanunları, yəni hüquqi çərçivədə tənzimlənməsi də 
mövzunun müasir dövrdə kifayət qədər aktual olduğunu göstərir; 

Azərbaycan hazırda Cənubi Qafqazın aparıcı dövlətidir, bölgədə Azərbaycanın iradəsi olmadan 
heç bir beynəlxalq layihənin reallaşması mümkün deyil. Baş tutan nəhəng sosial-iqtisadi 
müqavilələr isə bütövlükdə regionun turizm və miqrasiya potensialının yüksəlməsinə öz töhfəsini 
verməkdə davam edir. Bu isə bölgənin mədəniyyətlərarası dialoqda yaxından iştirak etməsinə 
şərait yaradır və Azərbaycanın müsbət təcrübəsini əks etdirir.

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   295   296   297   298   299   300   301   302   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin