2016-cı ildə ölkəmizə gələn turistlərin sayında 11% artım olduğu qeyd olunmuşdur [1, s. 54].
2017-ci ildə BMÜTT-ün ST-EP Fondunun Direktorlarının 14-cü görüşü təşkil olunmuşdur.
Gürcüstanla Azərbaycan arasında intensiv mədəniyyətlərarası dialoqlar aparılması qərara alınmışdır.
Birləşmiş Millətlər Təşkilatının 70-ci Baş Assambleyası tərəfindən 2017-ci il «İnkişaf Naminə
Davamlı Turizm Beynəlxalq ili» elan edilmişdir [1, s.54].
Müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq
əlaqələrin güclənməsi, ölkələr
arasında kommunikasiyanın genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətlərində
ümumi elementlərin
artması ilə səciyyələnir. Eyni zamanda bu proseslərin gedişində daha çox Amerika və bir qədər zəif də olsa,
Qərbi Avropa elementlərinin üstünlük təşkil etdiyi transmilli mədəniyyətin mədəni-siyasi hegemonluğunun
özünü getdikcə daha bariz şəkildə göstərdiyini sezməmək mümkün deyildir. Bu hal bəzi tədqiqatçıları
mədəniyyətlərin inteqrasiyası, vahid dünya mədəniyyətinin təşəkkülü, millətlərin və xalqların qovuşaraq
«superetnos» yaradacağı barədə konsepsiyalar irəli sürməyə ruhlandırırsa,
digər mütəxəssisləri, əksinə,
sivilizasiyaların toqquşmasından, Şərq və Qərb mədəniyyətləri arasında dialoqun qeyri-mümkünlüyündən
danışmağa sövq edir. Hətta bəziləri belə hesab edirlər ki, hər bir sivilizasiyanın əsasında din durur, dini
etiqad və inanclar xalqların şüurunda dərin kök salmışdır və buna görə də sivilizasiyaların dialoqu mümkün
deyil [2, s. 159]. Bakı Humanitar forumunda yeni olan «Qloballaşmanın çağırışları» ənənə ilə
transformasiya arasında müzakirələri bu suallar ətrafında olan reallıqlar haqqında fikir mübadiləsinə təkan
verəcəkdir [2, s. 157].
Mədəniyyətdə, ədəbiyyatda,
incəsənətdə, hətta siyasətdə dinlərarası dialoqda qloballaşma çox
vacibdir.
Azərbaycanda mədəniyyətlərarası dialoq, qarşılıqlı əlaqələr və sintez də milli və mənəvi dəyərlərin
əsasında formalaşmışdır. Bu baxımdan turizm sahəsində səmərəli əməkdaşlığın qurulması,
Birləşmiş
Millətlər Təşkilatı və turizm sahəsində beynəlxalq əməkdaşlıq vacib mədəniyyətlərarası dialoqun
vasitəsidir.
FİTUR beynəlxalq turizm sərgisində Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyini və bu
təcavüzün hələ də davam etdiyini bir daha göstərərək, yenidən təxribata əl atmış, Ermənistana aid təqdimat
stendində Qarabağla bağlı şəkillər və materiallar yerləşdirmişdir.
Azərbaycanın ərazi bütövlüyünü
təsdiq edən sənədlərə, eləcə də 2015-ci ildə BMÜTT İcraiyyə
Şurasının 100-cü iclasında «Münaqişə zonalarının turizm məqsədilə qanunsuz təbliğinə dair» qərarına bir
daha istinad edilmişdir [1, s. 55]. Məsələ ilə bağlı BMTT-ün baş katibi Talıb Rifai ilə müzakirə aparılmış
və Ermənistan tərəfinin beynəlxalq hüquqa zidd olan bu hərəkətlərinin həm təşkilatın fəaliyyətinə və həm
də qəbul etdiyi qərarlara hörmətsizliyi diqqətə çatdırılmışdır [1, s. 55].
Son hadisə ilə bağlı müvafiq səviyyələrdə müzakirələr apararaq, lazımi ölçülər götürüləcəkdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində əldə
edilmiş beynəlxalq nüfuz bu təxribatların qarşısını alır.
BMÜT-də Ermənistanın təcavüzkar siyasəti və işğalçı fəaliyyətini beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılması baxımından Azərbaycan üçün əlavə beynəlxalq platformaya çevrilir.
«Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və qeyd-şərtsiz bərpa edilməlidir.
İşğaldan əziyyət çəkən, öz yerindən didərgin düşən soydaşlarımız doğma torpaqlarına qayıtmalıdırlar.
Baxmayaraq ki, o torpaqlarda artıq
həyat yoxdur, hər şey dağılıb. ATƏT-in formalaşdırıcı və
qiymətləndirmə missiyaları işğal edilmiş torpaqlara iki dəfə ezam olunmuşdur və onların məruzələrində
açıq-aydın göstərilir ki, hər şey dağıdılıb. Bizim məscidlərimiz, əcdadlarımızın qəbirləri, tarixi abidələrimiz
dağıdılıb, muzeylərimiz talan edilib. Yəni, bu böyük humanitar fəlakətdir və Azərbaycan təkbaşına, öz
gücü hesabına bu humanitar məsələnin həlli,
köçkünlərin yerləşdirilməsi, onları işlə təmin etmək üçün
böyük işlər görüb və hələ bu işlər davam edir» [2, s.8]. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev 2014-cü il oktyabrın 2-də Bakı Beynəlxalq Humanitar Forumunda çıxışında demişdir.
2017-ci il 10-13 may tarixində Birləşmiş Millətlərin Ümumdünya Turizm təşkilatının (BMÜTT) iclas-
larında Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən sənədlərə və 2015-ci ildə BMÜTT İcraiyyə Şurasının
100-cü iclasında «Münaqişə zonalarının turizm məqsədilə qanunsuz təbliğinə dair» qərarına bir daha
istinad edilmişdir. Müzakirələrdə Ermənistan tərəfinin beynəlxalq hüquqa zidd olan bu hərəkətlərinin həm
təşkilatın fəaliyyətinə və həm də qəbul etdiyi qərarlara hörmətsizliyi haqqında söylənilmişdir [1, s.55-56]
BMÜTT tərəfindən məlumat verilmişdir ki, məsələ ilə bağlı müvafiq səviyyələrdə müzakirə aparılmış,
lazımi ölçülər götürüləcəkdir.
Dostları ilə paylaş: