Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə303/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   299   300   301   302   303   304   305   306   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
247
Baku, Azerbaijan


Zirvə turizmi kifayət qədər riskli və eyni zamanda prestijli turizm növlərindəndir. Müasir dünyada 
dünyanın damı adlandırılan Pamirə [7], Tibet dağlarına[8], yaxud Stokholmda [10] və ya yüksəkdən 
baxarkən hər tərəfdən gözəllik yağan Sankt-Peterburqdakı uca binaların damına qalxaraq bundan zövq 
duyan turistlərin profillərinə nəzər saldıqda bunların daha çox dünyanın bir çox yerlərinə ənənəvi səyahət 
təcrübələri olan insanlar olduğunu görürük. Ona görə də müasir dövrdə zirvə turizmi müasir turizmdə 
mövcud olan ənənəvi 
SSS
(Sea, Sand, Sun) və ya 
LLL
(Leisure, Lore, Landscape) formulu əvəzinə daha 
çox 
EEE
(Earth, Extreme, Enjoyment) formulu ilə səyahət edib az məsafə qət etməklə daha çox yeri 
görmək, daha çox həyəcan yaşamaq və səyahətindən daha çox ləzzət almaq imkanı yarada bilər. Bu 
mənada zirvə turizminə qatılan hər bir turistin qazandığı təəssüratın adi bir səyahətdən aldığı təəssüratla 
müqayisədə daha dərin və təsiredici gücü oluğunu deyə bilərik 
Turizm də digər sahələr kimi resurslardan daha rasional istfiadəyə çox həssas olan bir sahədir. Belə ki, 
turizm səyahətləri artıb, turistlərin sayı da çoxaldıqca, ətraf mühitə olan antorogen təsirlərin həcmi da artır 
ki, bu da dayanıqlılıq prinsiplərinə ziddir. Buna görə də Əlincəqala kimi uca bir zirvədən onlarla və hətta 
yüzərlə kilometr məsafəyə qədər ərazinin müşahidəsi, buradan edilən fotoovçuluq əsl dayanıqlılıq 
nümunəsi ola bilər[12]. Belə səyahətlər yığcam, kompakt turların ən yaxşı forması kimi izafi məsrəflərdən 
qaçınılmaqla turfirmaların mənfəət payının da artırılması üçün də əlverişlidir.
Əlincəqalada zirvə turizmin praktiki imkanları yüksəkdir. Naxçıvan Muxtar Respublikasının demək 
olar ki, bütün ərazisində olduğu kimi buraya gedən yollar da tam modernləşdirilib və təhlükəsizdir. Tur 
proqramlarda da gecikmə olmur. Naxçıvanda fəaliyyət göstərən gəlmə turizm operatorları və səyahət 
agentilklərində dillər bilən gənc və yetişmiş bələdçilər də tapmaq olar. Naxçıvandakı regional turizm və 
informasiya Mərkəzi də bu işdə turistlərə kömək edə bilər.
Turistlərin yaşına, cinsinə və qrup üzvlərinin sayına görə Əlincəqalaya dırmanış 2-6 saat arasında 
dəyişir. Burada gecə işıqlandırması olduğundan, xüsusən ilin isti və ilıq aylarında gecə turları da 
mümkündür. Ətraf mənzərə min il əvvəlki kimi toxunlmaz görünür. Qala zirvəsində çox tez-tez uçuşan 
qartallar və digər nadir quşlar fotoovçuluq həvəskarları üçün də ideal mənzərə açır. Çox zaman müşahidə 
olunan mənzərə buraya gəlmiş turistlərin ən çox xoşladığı selfi çəkdirmək istəyi ilə yanaşı, xüsusən 
müsəlman turistlərin qalxa bildiyi ən yüksək nöqtədə namaz qılmasıdır. Belə ki, İslam inancları ilə insanın 
qalxa bildiyi zirvələrdə namaz qılması motivi burada da özünü göstərir. Selfi və ya ümumilkdə şəkil çəkən 
turislər üçün Araz çayından Zəngəzur dağlarınadək yüz kilometrədək məsafədə geniş panorama vardır 
[Şəkil 3]. Əlincəqalanın quruluşu burada yüksəklik fobiyasının ən az yaranmasına səbəb olur. Qala 
haqqında məlumat alan turistlər eniş yolunda buranın restavrasiyasından sonra tapılmış eksponatların 
sərgiəndiyi muzeylə də tanış olub, Azərbaycan xalqının tarixi haqda zəngin məlumat əldə edə bilərlər.
Beləliklə, Naxçıvanın Əlincəqalası istiqamətində zirvə turizmi üzrə apardığımız araşdırmalar və 
prkatiki müşahidələr nəticəsində gəldiymiz nəticələr turizm motivinin reallaşdırılması və təşkilatçılıq 
baxımından aşağıdakı kimi sadalana bilər: 

Zirvə turizmi buraya səyahət edənlər arasında yaşlı və orta nəsil nümayəndələri ilə yanaşı gənclərin və 
xüsusən də tələbələrin səyahətlərini motivasiya edir;

Əlincəqalaya dırmanan turistlərin buradakı maraq obyektlərinin Perudakı Machi-Puchi ilə müqayisəsi 
min illər əvvəl bir-birindən xəbərsiz yaşamış iki sivilizasiyanın yaratdığı mədəniyyətin ortaq və fərqli 
cəhətlərinin öyrənilməsi baxımından maraq kəsb edir; 

Belə turizm növü turizm-ekskursiya xidmətlərinin diversifikasiyası baxımından çox yaxşı seçim ola 
bilər; 

Zirvə turizmi pedaqoji tərbiyə vasitəsi kimi də istifadə oluna bilər [Şəkil 4]. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   299   300   301   302   303   304   305   306   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin