Tourism and recreation in the XXI century: problems and prospects


Key words: United Nations, tourism, international, intercultural dialogue, Azerbaijan  Açar sözlər



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə306/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   302   303   304   305   306   307   308   309   ...   356
Kitab Turizm

Key words:
United Nations, tourism, international, intercultural dialogue, Azerbaijan 
Açar sözlər:
Birləşmiş Millətlər Təşkilatı, turizm, beynəlxalq mədəniyyətlərarası dialoq, Azərbaycan 
2018-ci il BMT tərəfindən «İnkişaf naminə Davamlı Turizm Beynəlxalq ili» elan olunmuşdur. 
Azərbaycan Respublikası nümayəndə heyəti BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) ST-EP 
Fondunun 2018-ci il yanvar ayının 17-19-da İspaniya Krallığının Madrid şəhərində keçirilən iclasında 
iştirak etmişdir. Görüşdə Azərbaycan Respublikası ilə əməkdaşlıq üçün davamlı turizm çərçivəsində 
tədbirlər keçirilmişdir. 
Bu baxımdan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda mədəniyyətlərarası dialoq vasitəsi 
kimi turizm sahəsinin strateji yol xəritəsinin təsdiqi çox vacibdir. Son illərdə Azərbaycanda bir neçə 
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları (I, II, III) keçirilmişdir. 
Artıq Azərbaycan IV foruma hazırlıq işləri aparır. Bu müsbət meyillərdən biridir. Müstəqillik illərində 
mədəniyyətlərarası dialoq daha da inkişaf edir və bu proses çox vacibdir. 
2019-cu il martın 14-də Azərbaycanın paytaxtı Bakı şəhərində VII Qlobal Bakı Forumu keçirilmişdir. 
Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təşkil edib. Forumda, Azərbaycan Respublikasının 
Prezidenti İlham Əliyev cənabları iştirak etmişdir. 
Forumda (14-16 mart 2019) 55 ölkənin 500-dən artıq nümayəndə heyəti (5 prezident, 1 baş nazir və 
s.) iştirak etmişdir. 
VII Qlobal Bakı Forumunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sədri İsmayıl Serageldin 
açmışdır. O, mədəniyyətlərarası dialoqu çox yüksək qiymətləndirmişdir.
BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) ST-EP Fondunun iclasında iştirak üçün 
Azərbaycan nümayəndəliyi yanvarın 17-19-da Madrid səfərində olmuş, orada görüşlər keçirmişdir. 
BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai [1, s.55] Azərbaycanla əməkdaşlıq 
çərçivəsində davamlı turizm, mədəniyyətlərarası dialoqlar, forumlar, məsələlər üzrə müzakirə aparmışdır. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin turizm sahəsi ilə bağlı imzaladığı vacib 
sərəncamlar, Azərbaycan Respublikasının Turizm Şurasının yaradılması, turizm sahəsinin inkişafı ilə bağlı 
strateji yol xəritəsi təsdiq edildi. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   302   303   304   305   306   307   308   309   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin