Zirvə turizmi kifayət qədər riskli və eyni zamanda prestijli turizm növlərindəndir.
Müasir dünyada
dünyanın damı adlandırılan Pamirə [7], Tibet dağlarına[8], yaxud Stokholmda [10] və ya yüksəkdən
baxarkən hər tərəfdən gözəllik yağan Sankt-Peterburqdakı uca binaların damına
qalxaraq bundan zövq
duyan turistlərin profillərinə nəzər saldıqda bunların daha çox dünyanın bir çox yerlərinə ənənəvi səyahət
təcrübələri olan insanlar olduğunu görürük. Ona görə də müasir dövrdə zirvə turizmi müasir turizmdə
mövcud olan ənənəvi
SSS
(Sea, Sand, Sun) və ya
LLL
(Leisure, Lore, Landscape) formulu əvəzinə daha
çox
EEE
(Earth, Extreme, Enjoyment) formulu ilə səyahət edib az məsafə
qət etməklə daha çox yeri
görmək, daha çox həyəcan yaşamaq və səyahətindən daha çox ləzzət almaq imkanı yarada bilər. Bu
mənada zirvə turizminə qatılan hər bir turistin qazandığı təəssüratın adi bir səyahətdən aldığı təəssüratla
müqayisədə daha dərin və təsiredici gücü oluğunu deyə bilərik
Turizm də digər sahələr kimi resurslardan daha rasional istfiadəyə çox həssas olan bir sahədir. Belə ki,
turizm səyahətləri artıb, turistlərin sayı da çoxaldıqca, ətraf mühitə olan antorogen təsirlərin həcmi da artır
ki, bu da dayanıqlılıq prinsiplərinə ziddir. Buna görə də Əlincəqala kimi uca bir zirvədən onlarla və hətta
yüzərlə kilometr məsafəyə
qədər ərazinin müşahidəsi, buradan edilən fotoovçuluq əsl dayanıqlılıq
nümunəsi ola bilər[12]. Belə səyahətlər yığcam, kompakt turların ən yaxşı forması kimi izafi məsrəflərdən
qaçınılmaqla turfirmaların mənfəət payının da artırılması üçün də əlverişlidir.
Əlincəqalada zirvə turizmin praktiki imkanları yüksəkdir. Naxçıvan Muxtar Respublikasının demək
olar ki, bütün ərazisində olduğu kimi buraya gedən yollar da tam modernləşdirilib və təhlükəsizdir. Tur
proqramlarda da gecikmə olmur. Naxçıvanda fəaliyyət göstərən gəlmə turizm operatorları və səyahət
agentilklərində dillər bilən gənc və yetişmiş bələdçilər də tapmaq olar. Naxçıvandakı
regional turizm və
informasiya Mərkəzi də bu işdə turistlərə kömək edə bilər.
Turistlərin yaşına, cinsinə və qrup üzvlərinin sayına görə Əlincəqalaya dırmanış 2-6 saat arasında
dəyişir. Burada gecə işıqlandırması olduğundan, xüsusən ilin isti və ilıq aylarında gecə turları da
mümkündür. Ətraf mənzərə min il əvvəlki kimi toxunlmaz görünür. Qala zirvəsində çox tez-tez uçuşan
qartallar və digər nadir quşlar fotoovçuluq həvəskarları üçün də ideal mənzərə açır. Çox zaman müşahidə
olunan mənzərə buraya gəlmiş turistlərin ən çox xoşladığı selfi çəkdirmək istəyi ilə yanaşı,
xüsusən
müsəlman turistlərin qalxa bildiyi ən yüksək nöqtədə namaz qılmasıdır. Belə ki, İslam inancları ilə insanın
qalxa bildiyi zirvələrdə namaz qılması motivi burada da özünü göstərir. Selfi və ya ümumilkdə şəkil çəkən
turislər üçün Araz çayından Zəngəzur dağlarınadək yüz kilometrədək məsafədə geniş panorama vardır
[Şəkil 3]. Əlincəqalanın quruluşu burada yüksəklik fobiyasının ən az yaranmasına səbəb olur. Qala
haqqında məlumat alan turistlər eniş yolunda buranın restavrasiyasından sonra tapılmış eksponatların
sərgiəndiyi muzeylə də tanış olub, Azərbaycan xalqının tarixi haqda zəngin məlumat əldə edə bilərlər.
Beləliklə, Naxçıvanın Əlincəqalası istiqamətində zirvə turizmi üzrə apardığımız araşdırmalar və
prkatiki müşahidələr nəticəsində gəldiymiz nəticələr turizm motivinin reallaşdırılması və təşkilatçılıq
baxımından aşağıdakı kimi sadalana bilər:
Zirvə turizmi buraya səyahət edənlər arasında yaşlı və orta nəsil nümayəndələri ilə yanaşı gənclərin və
xüsusən də tələbələrin səyahətlərini motivasiya edir;
Əlincəqalaya dırmanan turistlərin buradakı maraq obyektlərinin Perudakı Machi-Puchi ilə müqayisəsi
min illər əvvəl bir-birindən xəbərsiz yaşamış iki sivilizasiyanın yaratdığı mədəniyyətin ortaq və fərqli
cəhətlərinin öyrənilməsi baxımından maraq kəsb edir;
Belə turizm növü turizm-ekskursiya xidmətlərinin diversifikasiyası baxımından çox yaxşı seçim ola
bilər;
Zirvə turizmi pedaqoji tərbiyə vasitəsi kimi də istifadə oluna bilər [Şəkil 4].
Dostları ilə paylaş: