Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə307/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   303   304   305   306   307   308   309   310   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
250
Baku, Azerbaijan


2016-cı ildə ölkəmizə gələn turistlərin sayında 11% artım olduğu qeyd olunmuşdur [1, s. 54]. 
2017-ci ildə BMÜTT-ün ST-EP Fondunun Direktorlarının 14-cü görüşü təşkil olunmuşdur. 
Gürcüstanla Azərbaycan arasında intensiv mədəniyyətlərarası dialoqlar aparılması qərara alınmışdır. 
Birləşmiş Millətlər Təşkilatının 70-ci Baş Assambleyası tərəfindən 2017-ci il «İnkişaf Naminə 
Davamlı Turizm Beynəlxalq ili» elan edilmişdir [1, s.54]. 
Müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq əlaqələrin güclənməsi, ölkələr 
arasında kommunikasiyanın genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətlərində ümumi elementlərin 
artması ilə səciyyələnir. Eyni zamanda bu proseslərin gedişində daha çox Amerika və bir qədər zəif də olsa, 
Qərbi Avropa elementlərinin üstünlük təşkil etdiyi transmilli mədəniyyətin mədəni-siyasi hegemonluğunun 
özünü getdikcə daha bariz şəkildə göstərdiyini sezməmək mümkün deyildir. Bu hal bəzi tədqiqatçıları 
mədəniyyətlərin inteqrasiyası, vahid dünya mədəniyyətinin təşəkkülü, millətlərin və xalqların qovuşaraq 
«superetnos» yaradacağı barədə konsepsiyalar irəli sürməyə ruhlandırırsa, digər mütəxəssisləri, əksinə, 
sivilizasiyaların toqquşmasından, Şərq və Qərb mədəniyyətləri arasında dialoqun qeyri-mümkünlüyündən 
danışmağa sövq edir. Hətta bəziləri belə hesab edirlər ki, hər bir sivilizasiyanın əsasında din durur, dini 
etiqad və inanclar xalqların şüurunda dərin kök salmışdır və buna görə də sivilizasiyaların dialoqu mümkün 
deyil [2, s. 159]. Bakı Humanitar forumunda yeni olan «Qloballaşmanın çağırışları» ənənə ilə 
transformasiya arasında müzakirələri bu suallar ətrafında olan reallıqlar haqqında fikir mübadiləsinə təkan 
verəcəkdir [2, s. 157].
Mədəniyyətdə, ədəbiyyatda, incəsənətdə, hətta siyasətdə dinlərarası dialoqda qloballaşma çox 
vacibdir. 
Azərbaycanda mədəniyyətlərarası dialoq, qarşılıqlı əlaqələr və sintez də milli və mənəvi dəyərlərin 
əsasında formalaşmışdır. Bu baxımdan turizm sahəsində səmərəli əməkdaşlığın qurulması, Birləşmiş 
Millətlər Təşkilatı və turizm sahəsində beynəlxalq əməkdaşlıq vacib mədəniyyətlərarası dialoqun 
vasitəsidir. 
FİTUR beynəlxalq turizm sərgisində Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyini və bu 
təcavüzün hələ də davam etdiyini bir daha göstərərək, yenidən təxribata əl atmış, Ermənistana aid təqdimat 
stendində Qarabağla bağlı şəkillər və materiallar yerləşdirmişdir. 
Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən sənədlərə, eləcə də 2015-ci ildə BMÜTT İcraiyyə 
Şurasının 100-cü iclasında «Münaqişə zonalarının turizm məqsədilə qanunsuz təbliğinə dair» qərarına bir 
daha istinad edilmişdir [1, s. 55]. Məsələ ilə bağlı BMTT-ün baş katibi Talıb Rifai ilə müzakirə aparılmış 
və Ermənistan tərəfinin beynəlxalq hüquqa zidd olan bu hərəkətlərinin həm təşkilatın fəaliyyətinə və həm 
də qəbul etdiyi qərarlara hörmətsizliyi diqqətə çatdırılmışdır [1, s. 55]. 
Son hadisə ilə bağlı müvafiq səviyyələrdə müzakirələr apararaq, lazımi ölçülər götürüləcəkdir. 
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində əldə 
edilmiş beynəlxalq nüfuz bu təxribatların qarşısını alır. 
BMÜT-də Ermənistanın təcavüzkar siyasəti və işğalçı fəaliyyətini beynəlxalq ictimaiyyətin diqqətinə 
çatdırılması baxımından Azərbaycan üçün əlavə beynəlxalq platformaya çevrilir. 
«Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və qeyd-şərtsiz bərpa edilməlidir. 
İşğaldan əziyyət çəkən, öz yerindən didərgin düşən soydaşlarımız doğma torpaqlarına qayıtmalıdırlar. 
Baxmayaraq ki, o torpaqlarda artıq həyat yoxdur, hər şey dağılıb. ATƏT-in formalaşdırıcı və 
qiymətləndirmə missiyaları işğal edilmiş torpaqlara iki dəfə ezam olunmuşdur və onların məruzələrində 
açıq-aydın göstərilir ki, hər şey dağıdılıb. Bizim məscidlərimiz, əcdadlarımızın qəbirləri, tarixi abidələrimiz 
dağıdılıb, muzeylərimiz talan edilib. Yəni, bu böyük humanitar fəlakətdir və Azərbaycan təkbaşına, öz 
gücü hesabına bu humanitar məsələnin həlli, köçkünlərin yerləşdirilməsi, onları işlə təmin etmək üçün 
böyük işlər görüb və hələ bu işlər davam edir» [2, s.8]. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham 
Əliyev 2014-cü il oktyabrın 2-də Bakı Beynəlxalq Humanitar Forumunda çıxışında demişdir. 
2017-ci il 10-13 may tarixində Birləşmiş Millətlərin Ümumdünya Turizm təşkilatının (BMÜTT) iclas-
larında Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən sənədlərə və 2015-ci ildə BMÜTT İcraiyyə Şurasının 
100-cü iclasında «Münaqişə zonalarının turizm məqsədilə qanunsuz təbliğinə dair» qərarına bir daha 
istinad edilmişdir. Müzakirələrdə Ermənistan tərəfinin beynəlxalq hüquqa zidd olan bu hərəkətlərinin həm 
təşkilatın fəaliyyətinə və həm də qəbul etdiyi qərarlara hörmətsizliyi haqqında söylənilmişdir [1, s.55-56] 
BMÜTT tərəfindən məlumat verilmişdir ki, məsələ ilə bağlı müvafiq səviyyələrdə müzakirə aparılmış, 
lazımi ölçülər götürüləcəkdir. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   303   304   305   306   307   308   309   310   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin