kompyuter, hotel, horoskop , kimi sözlərin
orfoqrfiyasındakı ikili vəziyyəti eyni sözün izahlı və orfoqrafiya lüğətlərində müxtəlif cür yazılması
ciddi orfoqrafik və orfoepik problemlər yaradır.
Ciddi nöqsanlardan biri də alınma sözlərə dilimizdə uyğun ekvivalent sözlərin tapılmaması və ya
özləşmiş sözlərin fəal lüğətdə kifayyət qədər möhkəmlənməməsidir.
Plyaj əvəzinə
çimərlik , stoyanka əvəzinə
dayanacaq , əsr əvəzinə
yüzillik , kameraxraneniya
əvəzinə
saxlanc , tormoz əvəzinə
əyləc , mərhələ əvəzinə
dönəm, fortoçka əvəzinə
nəfəslik , otkrıtka
əvəzinə
açıqca , rajok əvəzinə
dabankeş , genosid əvəzinə
soyqrım , svarka əvəzinə
qaynaq (qaynaqçı),
familiya əvəzinə
soyad, vəziyyət əvəzinə
durum , cəmiyyət əvəzinə
toplum , təyyarə əvəzinə
uçaq kimi sözlərin işlədilməsinə nə qədər nail olmuşuq!?
Dilimizi xoşagəlməz vəziyyətə salan məsələlərdən biri də reklam işinin düzgün qurulmaması və
ona nəzarətin zəifliyidir. Bunun nəticəsidir ki, şəhər başdan ayğa anlaşılmaz reklam lövhələri ilə
“zəngindir”.
Son dövrlər yerli-yersiz rus dilində danışığa qayıdış meyli, ingilis dilinə supermarağın yaranması
da ana dilinin inkişafına müəyyən əngəl törədən amillərdən birinə çevrilir. Bu heç də o demək deyil ki,
ingilis və ya digər dillər öyrənilməməlidir? Əslində insan nə qədər çox dil bilsə, (xüsusilə ingilis və
rus dillərini) o qədər də xeyrinədir. Lakin uşağın ingilis və ya rus dilli bağçaya, sonra da orta məktəbə
getməsi, daha sonra isə xarici dövlətlərin birində ali təhsil alması gələcəkdə vətəndaşlıq borclarının
tamlığı ilə bağlı problem yaradır.
Ana dilimiz bizim milli sərvətimizdir.Ana dilimizi bilməyən və ya pis bilən kəsin vətən sevgisi də
tam olmaz. Hər birimiz ana dilimizi sevməli, onun inkişafına qayğı ilə yanaşmalıyıq.