zərurətini də ortaya çıxarır. Bu səbəbdəndir ki, keçən dövr ərzində turizmin nümayiş obyekti kimi istifadə
olunması məqsədəuyğun hesab edilən bir sıra tarix-mədəniyyət abidələri bərpa edilmiş və turistlərin
istifadəsinə verilmişdir [4, s.34].
İki əsrdən artıqdır Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları
təkcə
soydaşlarımız deyil, həm də tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız və məbədlərimizdir.
Azərbaycanın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan ölkəmizin
ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış mədəniyyət abidələrinin mühafizəsi
beynəlxalq əhəmiyyət kəsb edən problem olaraq qalır. Çünki Ermənistan
işğal etdiyi Azərbaycan
ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda
bəşəri cinayət kimi qiymətləndirilən əməllər törədir.
Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən
mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv etmişlər. Ələ keçirdikləri ərazilərdə onlar 12 muzeyi
və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmışlar. Onlardan İbrahimxəlil
xan sarayı, Qarabağ xan sarayı, Qaraböyük xanım sarayı, Məhəmmədhəsən ağa sarayı, Həmzə Sultan
və Soltan Əhməd sarayları, Xurşud Banu Natəvanın
saray kompleksi, Məlik Əjdər türbəsi, Üzeyir
Hacıbəyovun və Bülbülün ev-muzeyləri,
Qurban Pirimovun xatirə muzeyi, Ağdam Şəkil Qalereyası və
s.in adlarını çəkmək olar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuş,
44 məbəd və 9 məscid təhqir edilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada 4 milyon 6 yüz min
kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir [5]. Ermənistan silahlı qüvvələrinin hərbi
təcavüzü nəticəsində ölkəyə dəymiş ziyan təxminən 500 milyard ABŞ dollarından çoxdur (bu rəqəm
Beynəlxalq Qiymətləndiricilər Assosiasiyası tərəfindən dəqiqləşdirilir) [5].
İşğal nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarda dağıdılan muzeylər, məscidlər, abidələr tək
Azərbaycan xalqının deyil, bütün İslam dünyasına, ümumilikdə isə bəşəriyyətə aiddir. Bu, bəşər
mədəniyyətinə qarşı təcavüzdür. 1994-cü ildə atəşkəsin əldə edilməsindən sonrakı 23 il ərzində işğal
altındakı ərazilərdə dağıdılan
mədəniyyət, tarixi-dini abidələrin sayı hərbi münaqişə zamanı dağıdılmış
abidələrin sayından çoxdur.
İşğal olunmuş ərazilərimizdə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin ümumi
sayı 900-dən çoxdur. Bəzi məlumatlara görə, dövlət qeydiyyatında olmayan abidələrin sayı 1500-dən
çox, beynəlxalq əhəmiyyətli abidələrin sayı onlarladır, qəbiristanların sayı isə 900-dən artıqdır. Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən işğal altındakı torpaqlarımızda təsbit edilmiş tarixi-dini
abidələrin təqribi sayı isə 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-i isə ziyarətgahdır.
Ermənilər tərəfindən bir çox nadir tarixi mədəniyyət abidələrinin dağıdılması, İslam dininə aid olan
nümunələrin məhv edilməsi və hətta tarixi abidələrin restavrasiyası adı altında Qafqaz Albaniyasına
aid mədəni irsin saxtalaşdırılması, erməniləşdirilməsi prosesi bu gün də davam edir [5].
Azərbaycanın digər bölgələrində də bəzi tarixi-mədəni abidələr mühafizə olunmadığından
dağılmaq təhlükəsi altındadır. Dağılmaq təhlükəsi ilə üzləşən belə abidələrdən biri unikal Dərvişlər
karvansarasıdır. Qaradağ rayonu ərazisində Miəcik deyilən ərazidə yerləşən bu karvansara XV əsrdə
inşa olunub: “Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə “Ölkə əhəmiyyətli daşınmaz
tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib. İnventar nömrəsi 106 olan abidə hazırda
qəzalı vəziyyətdədir. Divarlarda çatlar, dağıntılar var. Unikal tarixi abidə olan
bu karvansara da Dövlət
Xidmətinin nəzarətindədir. Karvansaranın bərpa olunması ilə bağlı məsələ diqqətdə saxlanılır. Abidə
Qobustan Milli Tarixi-Bədii Qoruğunun tərkibinə veriləcək. Xidmət rəsmisi qeyd edib ki, karvansara-
nın təmir-bərpa olunması istiqamətində sahibkarlarla danışıqlar aparılıb: “Yaxın vaxtlarda abidənin
turizm məqsədləri ilə istifadə olunması üçün təmir işlərinə başlanılacaq” [6].
Bakının ən qədim kəndlərindən olan Balaxanıda tarixi abidələrin bir çoxu baxımsız vəziyyətdədir.
Yolları uçuq-sökük kəndin qəbristanlığında yerləşən Hacı Şəhla məscidi isə tamamilə məhv olmaq
təhlükəsi ilə üz-üzədir. Hacı Şəhla məscidinin üstündə vaxtilə iki sətirlik kitabə olub. Həmin kitabədə
bu sözlər olub: “Bu imarət Hacı Şəhla bin Şakir bin Mustafa Köşkinindir. Yeddi yüz səksən yeddinci
il”. Bu kitabədən
bir az solda, qapı çərçivəsindən bir az aralı ərəbcə bir kitabə də olub ki, bu da imarəti
tikən ustaların adını bildirir. İki sətirlik bu kitabə belə oxunub: “Ustad Arif bin ustad Musa Cibalın
işidir”. Üzərində olan kitabələrdə məscid imarət adlandırılıb [7].
Ancaq bəzi məscidlərdə onları son imarət kimi qeyd olunmasına rast gəlinir. Məsciddə məzarlığa
təsadüf olunmadığı üçün məzarın harada yerləşməsi bu günə qədər bilinmir. Yəni məscid tədqiq
olunmadan tarixə qovuşmaq üzrədir.Tikili hazırda uçulmuş vəziyyətdədir.
Bir qədər əvvələ kimi
Dostları ilə paylaş: