məscidin tam yarısı, cənubdan-şimal tərəfə dağınıq vəziyyətdə olsa da qalırdı. Yəni portal hissəsinin
yarısı, qərb divarı salamat idi. Hazırda isə həmin tikilinin qalan divarları da tamamilə dağılmaq
ərəfəsindədir.
Ümimiyyətlə, Balaxanı qəsəbəsindəki tarixi abidələrin hər birinin durumu acınacaqlıdır. Şirvanşah
əmiri Xacə Zeynəddinin göstərişi ilə XIV əsrdə tikilmiş ovdanın ümumi görünüşü heç də yaxşı vəziyyətdə
deyil. 40 pilləkanlı su ovdanı vaxtilə insanların suya olan tələbatı ödəməyə görə inşa edilib. XIV
əsrdən
XIX əsrin sonuna qədər, eləcə də 1920-ci ilin aprel çevrilişinə qədər istifadə olunub. Yeddi metr dərinliyi
olan bu ovdan Balaxanı sakinləri üçün təmiz sudan istifadə üçün nəzərdə tutulmuşdu. Su quyusunun
ortasında olan çarxa sakinlər at bağlayaraq suyu çəkiblər. Su arxlara, eləcə də Qum hamamına da gedərmiş.
Sovet dövründə tarixi abidə baxımsızlıqdan zibil atılan məkana çevirilmişdi. Müstəqilliyin ilk illərində isə
su ovdanı yerli sakinlərin təşəbbüsü ilə təmizlənib səhmana salınmışdı. Kəndin cənubundakı “Boq-boqi”
adlanan yerin yaxınlığında vaxtilə Suraxanı atəşgahına bənzər abidə olub. Kəndin cənub hissəsindəki
köhnə qəbiristanlıqda “Pirə Moulo” piri, kəndin ortasındakı böyük tut ağacının yanında olan “Sənqıran”
piri olub. Tarixi abidələrə biganəlik sadalanan abidələrin tarixdən silinib yox olmasına gətirib çıxarıb [7].
1636-cı ildə tikilmiş Hacı
Ruhulla tikilisi, yerli sakinlərin Şah Səfi karvansarayı adlandırdığı bina
kəndin mərkəzində yerləşir. Bu abidə də məhv olmaq təhlükəsinə məruz qalmışdır. Balaxanı qəsəbəsi
coğrafi mövqeyinə görə, Abşeron yarımadasının mərkəzində, tarixi “İpək yolu”nun üstündədir. Zamanında
bütün tacirlərin yolu buradan düşüb və Şah Səfi karvansarayı da onların ixtiyarında olub.
Bundan başqa Füzuli rayonu ərazisində üç tarixi mədəniyyət abidəsi dağılmaq təhlükəsi ilə üzləşib.
APA-nın Qarabağ bürosunun məlumatına görə, bunlar Babı kəndi ərazisində yerləşən Şeyx Babı Yaqub
türbəsi (13-cü əsrə aid), Əhmədalılar kəndi ərazisindəki Əhmədalılar türbəsi (13-cü əsrə aid) və 19 əsrdə
inşa olunmuş Böyük Bəhmənli məscididir. Uzun illərdir təmirə ehtiyac duyan
tarixi abidələr sözügedən
yaşayış məntəqələrinin ermənilər tərəfindən işğalı zamanı daha da acınacaqlı vəziyyətə salınıb.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən “Azərbaycanda tarix və
mədəniyyət abidələrinin mühafizəsi və təbliği: mövcud vəziyyətin monitorinqi və qarşıda duran vəzifələr”
layihəsi hazırlanmış və 2013-cü il may ayının 1-dən etibarən həyata keçirilməyə başlanılmışdır [8].
Layihənin məqsədi mədəni irsimizə aidiyyatı qurumlar, o cümlədən yerli təşkilatlar və geniş ictimaiyyətin
münasibəti sahəsindəki problemləri ilk dəfə bir ictimai birliyin səyləri nəticəsində üzə çıxarmaq,
mütəxəssis araşdırmaları, təklif və tövsiyələri, keçirilən ictimai müzakirələr, çəkilən film vasitəsilə şəhər və
kənd sakinləri, abidələrə yaxınlıqda yaşayan insanları
maarifləndirmək, bununla da mədəni irsimizin
mühafizəsi və təbliği sahəsində görülən işləri stimullaşdırmaqdan ibarət olmuşdur.
Layihənin həyata keçirilməsi zamanı layihə iştirakçıları Ağsu, Gəncə, Qazax, Şamaxı, İsmayıllı və
Şəmkir rayonlarında olmuş və təhlükə altında olan bir sıra tarixi-mədəni abidə aşkar etmişlər. Layihə
çərçivəsində araşdırılan abidələrdən biri Sarıtəpə qədim yaşayış məskəni olmuşdur. Sarıtəpə qədim yaşayış
məskəni Qazax şəhərinin qərb qurtaracağında yerləşir. Tədqiqatlar nəticəsində
müəyyən olunmuşdur ki,
yaşayış yeri hələ tunc dövrünün sonu, dəmir dövrünün əvvəllərində meydana gəlmiş və e.ə. I minilliyin son
rübünədək orada yaşayış davam etmişdir. Sarıtəpə abidəsi 100 metr diametri və 10 metr hündürlüyü olan
möhtəşəm təpədən ibarətdir. Aparılan monitorinq və sorğular zamanı məlum olmuşdur ki, hazırda abidə
qorunmur, abidənin qorunması haqqında heç bir göstəriş yoxdur və bu səbəbdən də acınacaqlı
vəziyyətdədir.
Layihə çərçivəsində Orta əsr Gəncə şəhərində də monitorinq aparılıb. Kiçik Qafqaz dağlarının şimal
ətəklərində, Kür çayının sağ qolu olan Gəncə çayının hər iki sahilində yerləşən Gəncə Azərbaycanın ən
qədim şəhərlərindəndir. Bəzi alimlər şəhərin yaranmasını e.ə.VII əsr, əksəriyyəti
isə orta əsrlərin
başlanğıcına aid edirlər. Orta əsr Gəncə şəhərində kompleks arxeoloji tədqiqatlar 1938-1940-cı illərdə
Azərbaycan Dövlət Tarix Muzeyi və Tarix İnstitutunun birgə ekspedisiyası tərəfindən aparılmışdır. İshaq
Cəfərzadə və Vadim Leviatovun rəhbərliyi ilə Qədim Gəncə ekspedisiyası adı ilə aparılan genişmiqyaslı
tədqiqatların nəticəsində minlərlə maddimədəniyyət nümunəsi aşkar olunmuş, hal-hazırda
Milli
Azərbaycan Tarix Muzeyi, Nizami adına Milli Azərbaycan Ədəbiyyat Muzeyi və Gəncə Tarix və
Diyarşünaslıq Muzeyində qorunur və nümayiş olunur. Qazıntılar sonralar
fasilələrlə davam etdirilsə də,
hal-hazırda tədqiqat aparılan sahələr baxımsız və tonlarla zibil yığınının altındadır. Tədqiqat qrupunun
şəhər yerində rastlaşdığı kimi qədim tarixə malik Gəncə şəhəri abidə olaraq ona layiq səviyyədə qorunmur.
Gəncə sakinlərinin də doğma şəhər haqqında məlumatı azdır [8].
Layihə qrupunun araşdırmalar apardığı növbəti abidə Cavanşir qalası olub. Cavanşir qalası -
İsmayıllı rayonu ərazisində Talıstan kəndi yaxınlığında yerləşir. Qafqaz Albaniyasında Mehranilər
Dostları ilə paylaş: