SUMMARY The sustainable development of tourism in Azerbaijan is designed to provide for the development of
tourism needs of the modern world, without undermining the ability of future generations to meet their
tourism needs. The article assesses the socio-economic role of elements such as sustainable tourism
development, enhancing the role of active tourism, dynamic growth of tourism quality and strengthening of
environmental protection measures on the welfare of the population. Raising the living standards of
vulnerable families by encouraging tourism resources as a whole is an indispensable condition for
sustainable development. The key features of sustainable tourism development are the attraction of
investments and the formation of tourism potential based on innovative technologies.
Açar sözlər: Qloballaşma, dayanıqlı inkişaf, əhalinin rifahı, turizm ehtiyacları, turizmin keyfiyyət
göstəriciləri
Key words: Qlobalization, sustainable development, welfare of the population, tourism needs,
quality indicators of tourism
Turizmin iqtisadiyyatda rolu onun iqtisadi artımda, tarazlı iqtisadi siyasətdə və beynəlxalq iqtisadi
əlaqələrdə xüsusi çəkisi ilə müəyyənləşir. İqtisadi inkişafın müasir mərhələsində həm ənənəvi sahələr üzrə,
həm də yüksək texnologiyalar, informasiya və biliklər iqtisadiyyatı sahələrində müqayisəli üstünlüklərin
təyin edilməsi ilə qlobal iqtisadi sistemdə ölkənin iştirakı və ixtisaslaşması təmin edilməlidir. Ölkəmizdə
turizmin inkişaf etdirilməsi üçün həyata keçirilən dövlət proqramlarında turizmin inkişafına təminat yarada
biləcək maddi-texniki bazanın yaradılması, turizm sahələrinin proporsional inkişafının təmin edilməsinə,
müasir tələblərə cavab verə biəcək sistemin formalaşdırılmasına xüsusi yer verilir. Bütün bunları nəzərə
alaraq turizmin hərtərəfli inkişaf etdirilməsi üçün kiçik və orta sahibkarlığa geniş səlahiyyətlərin verilməsi,
turistlərə xidmət göstərəcək obyektlərin yenidən qurulması və dünya standartlarına uyğunlaşdırılması,
respublikanın beynəlxalq və daxili turizm bazarında rəqabət qabiliyyyətinin artırılması, turizmin inkişaf
etdirilməsi üçün mütərəqqi və səmərəli metodlardan istifadə edilməsi əsas prioritetlər hesab olunur [5,
səh.425]. Turizmdə sahibkarlıq fəaliyyətinin davamlı inkişafında müəssisədəki işçilərin sayı, peşəkarlıq
səviyyəsi, əsas kapitalın dəyəri, fondlar, turizm xidmətləri bazarına çıxarılan məhsul və xidmətlərin dəyər
ifadəsində həcmi, rəqabətə davamlılıq və s. göstəricilər proqnozlaşdırılmalıdır.
` Turizm sahibkarlığının inkişafı turizmin dayanıqlı inkişafınin təməli hesab edilir. Qloballaşma
şəraitində milli iqtisadiyyatının şaxələndirilməsində özünəməxsus rolu ilə seçilən turizm sənayesinin
dəqiq və kompleks planlaşdırılmasının davam etdirilməsi mühüm məsələlərdən biridir.
Turizmin dayanıqlı inkişafı qloballaşmanın intensivləşməsi nəticəsində Azərbaycanda yeni
çağırışlar doğurur. Bu çağırışlara cavab vermək turizmin dayanıqlı inkişafının sosial-iqtisadi rolunun
qiymətləndirilməsində vacib tələblərdən biri kimi əsaslandırılır. Turizmin beynəlxalq rolunun artması