Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə326/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   322   323   324   325   326   327   328   329   ...   356
Kitab Turizm

SUMMARY 
 
The sustainable development of tourism in Azerbaijan is designed to provide for the development of 
tourism needs of the modern world, without undermining the ability of future generations to meet their 
tourism needs. The article assesses the socio-economic role of elements such as sustainable tourism 
development, enhancing the role of active tourism, dynamic growth of tourism quality and strengthening of 
environmental protection measures on the welfare of the population. Raising the living standards of 
vulnerable families by encouraging tourism resources as a whole is an indispensable condition for 
sustainable development. The key features of sustainable tourism development are the attraction of 
investments and the formation of tourism potential based on innovative technologies. 
Açar sözlər:
Qloballaşma, dayanıqlı inkişaf, əhalinin rifahı, turizm ehtiyacları, turizmin keyfiyyət 
göstəriciləri 
 Key words:
Qlobalization, sustainable development, welfare of the population, tourism needs
quality indicators of tourism 
Turizmin iqtisadiyyatda rolu onun iqtisadi artımda, tarazlı iqtisadi siyasətdə və beynəlxalq iqtisadi 
əlaqələrdə xüsusi çəkisi ilə müəyyənləşir. İqtisadi inkişafın müasir mərhələsində həm ənənəvi sahələr üzrə, 
həm də yüksək texnologiyalar, informasiya və biliklər iqtisadiyyatı sahələrində müqayisəli üstünlüklərin 
təyin edilməsi ilə qlobal iqtisadi sistemdə ölkənin iştirakı və ixtisaslaşması təmin edilməlidir. Ölkəmizdə 
turizmin inkişaf etdirilməsi üçün həyata keçirilən dövlət proqramlarında turizmin inkişafına təminat yarada 
biləcək maddi-texniki bazanın yaradılması, turizm sahələrinin proporsional inkişafının təmin edilməsinə
müasir tələblərə cavab verə biəcək sistemin formalaşdırılmasına xüsusi yer verilir. Bütün bunları nəzərə 
alaraq turizmin hərtərəfli inkişaf etdirilməsi üçün kiçik və orta sahibkarlığa geniş səlahiyyətlərin verilməsi, 
turistlərə xidmət göstərəcək obyektlərin yenidən qurulması və dünya standartlarına uyğunlaşdırılması, 
respublikanın beynəlxalq və daxili turizm bazarında rəqabət qabiliyyyətinin artırılması, turizmin inkişaf 
etdirilməsi üçün mütərəqqi və səmərəli metodlardan istifadə edilməsi əsas prioritetlər hesab olunur [5, 
səh.425]. Turizmdə sahibkarlıq fəaliyyətinin davamlı inkişafında müəssisədəki işçilərin sayı, peşəkarlıq 
səviyyəsi, əsas kapitalın dəyəri, fondlar, turizm xidmətləri bazarına çıxarılan məhsul və xidmətlərin dəyər 
ifadəsində həcmi, rəqabətə davamlılıq və s. göstəricilər proqnozlaşdırılmalıdır.
` Turizm sahibkarlığının inkişafı turizmin dayanıqlı inkişafınin təməli hesab edilir. Qloballaşma 
şəraitində milli iqtisadiyyatının şaxələndirilməsində özünəməxsus rolu ilə seçilən turizm sənayesinin 
dəqiq və kompleks planlaşdırılmasının davam etdirilməsi mühüm məsələlərdən biridir. 
Turizmin dayanıqlı inkişafı qloballaşmanın intensivləşməsi nəticəsində Azərbaycanda yeni 
çağırışlar doğurur. Bu çağırışlara cavab vermək turizmin dayanıqlı inkişafının sosial-iqtisadi rolunun 
qiymətləndirilməsində vacib tələblərdən biri kimi əsaslandırılır. Turizmin beynəlxalq rolunun artması 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   322   323   324   325   326   327   328   329   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin