Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə328/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   324   325   326   327   328   329   330   331   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
267
Baku, Azerbaijan


onlar arasında dayanıqlı turizmə dair praktik fəaliyyətlərin təşviqini özündə birləşdirir. Kütləvi (ənənəvi) və 
dayanıqlı turizm modelləri arasında əsas fərq turizmin dayanıqlı inkişafı nəticəsində əldə olunan gəlirlərin 
bir hissəsinin resurs bazasının bərpasına və turizm xidmətlərinin innovativ texnoloji strukturunun 
təkmilləşdirilməsinə istiqamətlənməsidir. 
Dayanıqlı turizmin kütləvi (ənənəvi) turizmdən fərqləndirici xüsusiyyətləri 
Müqayisəli faktorlar 
 
Dayanıqlı turizm
Kütləvi (ənənəvi) turizm 
Turistlərin cəlb olunması 
Turizm xidmətlərinin həcmi, turizm 
sahəsinin təbiətini müəyyən edən 
destinasiyaların sosial-iqtisadi və ekoloji 
imkanlarına uyğun gəlir. 
Turizm fəaliyyəti turist axınının daimi 
artmasına istiqamətlənib. Turizm 
xidmətlərinin həcmi yalnız maddi-texniki 
bazanın tutumu ilə məhdudlaşır. 
Turistlərin davranışı 
Turistlər səyahət zamanı destinasiyaların 
mədəniyyətinə uyğun müəyyən davranış 
tərzinə əməl edirlər. Turistlərin davranışları 
yerli əhalinin təbii qaynaqlarına və 
ənənələrinə zərər yetirmir. 
Turistlər həyat tərzi və davranışlarını 
istirahət sahəsinə gətirirlər. 
Təbiət və ətraf mühitə 
münasibət 
Turistlər üçün təbii obyektlərin 
mövcudluğu onların istehlak dəyərindən 
daha əhəmiyyətli hesab olunur. 
Turistlər təbiət obyektlərində istehlakçı 
münasibətinə hakimdir. Təbiət obyektləri 
insanlar üçün faydalı olduğuna görə 
qiymətləndirilməlidir. 
Turistlərlə yerli əhali 
arasındakı münasibətlər 
Dostluq, qonaqpərvərlik, hörmətə layiq 
münasibətlər, yeni mədəniyyətlərin 
öyrənilməsi əsas göstəricilərdən hesab 
olunur.. 
Formal əlaqələr zəmnində ziyarətçilər 
özləri xidmət göstərməyə məcburdurlar.. 
Destinasiylarda turizmi inkişaf etdirərkən regional, milli və beynəlxalq turizm mütləq nəzərə 
alınmalıdır. Regional və milli səviyyədə sosial-iqtisadi siyasət, inkişaf proqramları, habelə marketinq 
strategiyası turizmin dayanıqlı inkişafına təsir göstərir. Çox vaxt beynəlxalq turizmin 
stimullaşdırılması bu istiqamətdə uğurlu addım sayılmış olur ki, turizm bazarının vəziyyətinin 
qiymətləndirilməsi məhz bazar indikatorları əsasında aparılır. Bazar indikatorlarına turizm xidmətləri 
təklifi, satış həcmi, qiymətlər və rentabellik daxildir. Turməhsul və xidmətlər üzrə qiymətlərin 
diskriminaiyasının aradan qaldırılması dayanıqlığın təmin olunasında əvəzedilməz rol oynaya bilər
 
[3, 
səh.243]. Çox vaxt bu göstəricilər statistik göstəricilər deyil, dinamiklik indeksi sayılır. Qloballaşma 
şəraitində turizm bazarının vəziyyətinin tədqiqində müxtəlif zəruri elementlər əsas sayılmalıdır: turizm 
sektorunda mövcud iqtisadi hadisələrin qarşılıqlı əlaqə və asılılığının təhlili; seqmentlərin 
müəyyənləşdirilməsi istiqamətində ardıcıl müşahidələrin aparılması və əsaslandırılması; turizm 
bazarının təhlilində müəyyən ardıcıllığa riayət edilməsi, o cümlədən vəziyyətin proqnozunun 
hazırlanması. 
Turizmin iqtisadi fəaliyyətini xarakterizə edən göstəricilərdən ən geniş yayılanı xidmət həcmidir. 
Statistikanın qiymətləndirdiyi turizm xidmətlərinin praktiki olaraq xeyli hissəsi turizmin deyil, xidmət 
sferasının fəaliyyəti kimi təqdim edilir. Müasir qloballaşma şəraitində dünya ölkələri sahib olduqları 
turizm ehtiyatlarından səmərəli istifadə etməklə onun dayanıqlılığına nail olmaq, bununla da təbiət
cəmiyyət, iqtisadi inkişaf və ekoloji vəziyyət arasında dayanıqlı əlaqələr yaratmağa çalışırlar. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   324   325   326   327   328   329   330   331   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin