Azərbaycan, İran kimi dövlətlərdə tarixi yolun elmi mərkəzləri yaradılıb
və şəhərlərin turizm
destinasiyaları baxımından cəlbediciliyi ilə bağlı əsərlər nəşr etdirilib. Azərbaycan İpək Yolu ilə bağlı
layihə və proqramlara aktiv qoşulmaq və potensialdan faydalanmaq üçün YUNESKO ilə əməkdaşlıq
fəaliyyətini səmərəli şəkildə təşkil edir. Mütəmadi olaraq Azərbaycanda həyata keçirilən “İpək Yolu
Beynəlxalq Musiqi Festivalı”, “İpək Yolu Sərgisi” turizm baxımından ölkənin regionda tanıdılması üçün
üstünlükdür [8]. Onu da qeyd edək ki, hər il “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı Azərbaycanda
fərqli dövlətlərdən olan gənclərin yaradıcılıq fəaliyyət forumlarını və səyahət seminarlarını bir-birləri ilə
bölüşmələrinə və tanıtmalarına imkan yaradır.
Azərbaycan da daxil olmaqla 34 ölkənin qatıldığı 2010-2017-ci illəri əhatə edən BMÜTT-ın İpək
Yolu proqramı dövlət və özəl sektor arasında güclü tərəfdaşlıq quraraq, İpək Yolunu bir səyahət markası
kimi genişləndirdi. Bu proqram sayəsində Turizmdə birlikdə tətqiqat, birlikdə potensialın istifadəsi, tarixi
marşrutlarda turizmi təbliğ etmək kimi ölkələr arasında müsbət nəticələrə nail olunub. TRASEKA
beynəlxalq dəhlizi çərçivəsində BMÜTT-ın dəstəklədiyi müasir İpək Yolu proqramına görə İpək Yolu
beynəlxalq səviyyədə tanınan, birbaşa səyahət təcrübəsidir. Təşkilatın İpək
Yolu layihəsi dövlətlərin
birlikdə təşəbbüsü ilə İpək Yolu marşrutu əhatəsində turizmin davamlı inkişafını təmin etməkdədir.
Həmçinin layihə Azərbaycanda turizm sektoruna sərvət qazandıran sərmayələrin artırılmasını dəstəkləyir
və TRASEKA ölkələrini ümumi qazanc üçün qarşılıqlı əlaqədə birləşdirir.
Nəticədə, Azərbaycanda İpək
Yolu turizmdə mədəni münasibətlərin inkişafına və ətraf mühitin yaxşı idarə olunmasına
istiqamətləndirilərək, subregionda xalqlararası mədəni anlayışı və sülhü inkişaf etdirmək üçün vasitədir.
Hazırda Azərbaycanda turistlərə təklif olunan ən mükəmməl turizm xidmətləri antik İpək Yolu
şəhərlərini araşdırmaq, İpək Yolunda YUNESKO-nun Dünya İrsini səyahət etmək,
milli festivallara və
hadisələrə qoşulmaq, incəsənət qalereyaları, muzeyləri ziyarət etməkdir. Bu gün Azərbaycanda BMT-nin
Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən müəyyənləşdirilən İpək Yolu marşrutu və ya “Miras
Dəhlizləri” iqtisadi mənfəət, fayda təklif etmək və turizmi inkişaf etdirmək
yolu ilə mədəni mübadilə
keçmək potensialına malikdir.
Azərbaycanda İpək Yolunun şəhərlərinin mədəni mirası turizm üçün inanılmaz imkanlar yaradır.
Azərbaycan İpək Yolu proqramına 2010-cu ildə qoşulandan bəri,
hədəflərini TRASEKA dəhlizi
çərçivəsində şəhər turizminin inkişafına, mədəni turizmə istiqamətləndirib [5]. Azərbaycan Ümumdünya
Turizm Təşkilatı və YUNESKO-nun sıx əməkdaşlıqlı İpək Yolu layihələrində turizm potensialının
istifadəsinin artırılması məqsədilə ciddi işlərə başlamışdır. İpək Yolu şəhərləri
istiqamətində yerləşmiş
maddi-mədəni irs, Bakıdan əlavə yeni turizm destinasiyalarının yaradılmasına imkan yaradır. Bu səbəblə,
Azərbaycan turizmin uğurlu inkişafı naminə yol boyu investisiya imkanları və infrastrukturun
təkmilləşdirilməsi istiqamətində davamlı inkişaf və ətraf mühitin qorunması siyasətini yerinə yetirir.
Ümumumiyyətlə, bu gün Azərbaycanın sahib olduğu turizm potensialı müasir İpək Yolu proqramı
əhatəsindəki nəqliyyat proqramları
ilə uyğun hala gətirilərək, tarixi, mədəni bağlarımız olan türk
dövlətlərinin yer aldığı yeni bazarlara istiqamətləndirilir. İpək Yolu keçdiyi marşrutlardakı destinasiyaların
tanınmasında və bazara çıxarılmasında aktiv rol oynayacaqdır. Azərbaycanda turizmin inkişafı imkanları
üçün şərqin və qərbin fərqli mədəniyyətlərinin harmonik birləşməsini İpək
Yolu turizm marşrutunda
turistlərə düzgün təqdim etmək lazımdır.
Dostları ilə paylaş: