AZƏRBAYCANDA TURIZMIN DAYANIQLI INKIŞAFININ
SOSIAL-IQTISADI ROLU VƏ QIYMƏTLƏNDIRILMƏSI
KÖÇƏRLİ Yalçın Ənvər oğlu
Azərbaycan Dövlət İqtisad Universitetinin “Qiyabi təhsil” şöbəsinin müdiri,
“Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə”kafedrasının baş müəllimi
KÖÇƏRLİ Leyla Rais qızı
Azərbaycan Dövlət İqtisad Universiteti
“Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə” kafedrasının müəllimi
XÜLASƏ
Azərbaycanda turizmin dayanıqlı inkişafı gələcək nəsillərin turizm ehtiyaclarını qarşılamaq imkanına
xələl
gətirmədən, müasir dövrün turizm ehtiyaclarının təmin olunmasına imkan verən inkişaf nəzərdə
tutulur. Məqalədə turizmin dayanıqlı inkişafı aktiv
turizmin rolunun yüksəldilməsi, turizmin keyfiyyət
göstəricilərinin dinamik artımı, ətraf mühitin mühafizəsi tədbirlərinin gücləndirilməsi
kimi elementlərin
əhalinin rifahına təsirinin sosial-iqtisadi rolu qiymətləndirilir. Turizm resurslarını bütövlükdə hərəkətə
gətirməklə aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsi dayanıqlı
inkişaf üçün inkarolunmaz
şərtlərdəndir. Turizmin dayanıqlı inkişafının təməl xüsusiyyətlərindən ən əsası investisiyaların cəlb
olunması və innovativ texnologiyalara əsaslanan turizm potensialın formalaşdırılmasıdır.
Dostları ilə paylaş: