Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə333/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   329   330   331   332   333   334   335   336   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
272
Baku, Azerbaijan


Respublikada əsas turizm tələbatının qeyd olunan regionda formalaşması və onalr arasında 
müalicə və sağlamlıq turizminə maraqların artması bölgəbnin termal sularının potensialından geniş 
istifadə olunmasına imkan vermiş olardı. Bu baxımdan qeyd olunan potensialdan istifadə 
rerspektivlərinin çox olmasın nəzərə alaraq gosterilən imkanların təklif etmək olar- ölkədə fəaliyyət 
göstərən otellərin əksəriyyətinin Abşeronda cəmlənməsi onların SPA xidmətlərində yerli mənbələrdən 
istifadə etməyə imkan vermiş olardı. Bu məqsədlə otellərin müalicə-sağlamlıq mərkəzlərində yerli 
etiyatlardan istifadə olunması üçün onların müalicəvi xüsusiyyətlərinin öyrənilməsi və SPA 
xidmətlərində istifadə imkanları müəyyən olunmalıdır. 
Termal suların bazasında fəaliyyət göstərən müəssisələrin müasirləşdirilməsi, yeni SPA 
texnolojiyası ilə təmin olunması vacibdir. Dövlət proqramına uyğun olaraq Abşeronda mövcud 
sanatoriyaların xidmətlərinin genişləndiriılməsi üçün investisiyaların cəlb olunması mümkündür. 
Termal suların bazasında yeni kompleks kurort xidmətlərinin yaradılması. Dövlət və yerli 
investisiya fondları hesabına, bu sahədə mövcud olan iqtisadi güzəştlərdən istifadə etməklə sahibkarlıq 
subyektlərin bu sahəyə cəlb etmək mümkündür.
Bölgənin termal suılarla zəngin olamsına baxmayaraq onlardan istifadənin səviyyəsi aşağı olaraq 
qalır. Bölgədə turizmin müxtəlif növləri inklişaf etsə də, müalicəvi turizmə maraq aşağı olaraq qalır. 
Müqayisə üçün qeyd edək ki, Avstriyadakı termal suların tərkibi Abşeron bölgəsində ki, sularla 
oxşardır. Avstriyanın balneloji kurortları ilboyu fəaliyyət göstərir. Bu kurortlarda müalicə xidmətləri 
ilə yanaşı müxtəlif turizm tədbirlərindən istifadə olunur. Zalsburdan cənubda Sell və Zalbax dağ 
idman mərkəzləri termal kurortları fəaliyyət göstərir. 
Dağ kurortları olan Lex və Lankendə kurort turizmlə bağlı olan tədbirlər yay mövsmü ilə yanaşı 
qış idman turizminidə əhatə edir ki, nəticədə bölgəyə gələn turistlərin sayının ilbəil artmasına səbəb 
olur. Ştiriya turizm bölgəsində Bat-Qleyhenburq balneloji kurortu, şimalda isə mənzərəli Marsel 
kurort mərkəzi yerləşir. Buradakı mineral suların tərkibi karbonlu və sulfidli, karbonlu sulardan 
ibarətdir. Temperaturu 40-50 dərəcədən yüksək olan vanna müalicəsi aparılır. Bunlardan ən 
məşhurlarına Xayptukle termal suyudur. Bölgədə eyni tərkibli suların olması və əlverişli coğrafi 
mövqedə yerləşməsi onlardan müalicə-sağlamlıq turizmində istifadə olunmasına imkan verir. İrandan 
gələn turistlərində bu kurortlara cəlb olunması mümkündür. 
Respublikanin digər regionalrında termal sularından istifadə vəziyyəti eyni olaraq qalır. 
Bölgələrdə termal suların bazasında yerli əhəmiyyətli müalicə vannaları fəaliyyət göstərir.
Müalicəvi turizm üzrə Azərbaycana rəqib ola biləcək və bu sahədə ixtisaslaşmış, münasib 
qiymətlər təklif edən ölkələr çoxdur. Bizim vətəndaşlarıın bir qismi Şimali Qafqaz, Gürcüstan və ya 
Ukraynada, daha yaxşı imkanları olanlar isə Çexiyada müalicəyə üstünlük verir. Bu ölkələr bu sahədə 
böyük uğurlar əldə ediblər və yaxşı pul qazanırlar. Bu ölkələr Azərbaycanın bu sahədə ən güclü 
rəqibləridir. 
Onu da qeyd edek ki, müalicə mərkəzlərindəki qiymətlər də müştəri cəlbində böyük rol oynayır. 
Azərbaycanın mineral suları Şimali Qafqazdakı müalicə sularının bənzəridir. Bu bölgədə üçulduzlu 
oteldə 21 günlük kursun qiyməti 1500 manatdır. Təyyarə biletinin qiyməti bu tarifə daxil deyil. 
Ukraynada qiymətlər 1300-1800 manat arasında dəyişir. Çexiyada qiymətlər 2000 manatdan başlayır. 
"Bilgəh" sanatoriyasında xidmətlərin dərəcəsindən asılı olaraq paketlər 520 manatdan başlayır. 
Rəqəmlərdən göründüyü kimi, dövlət tabeliyindəki müəssisələrdə müalicə turizmi daha ucuzdur. 
Amma bu mərkəzlərdə əlavə turizm xidmətlərinin heç biri göstərilmir. Adıçəkilən ölkələrdə isə paketə 
ən populyar turizm xidmətləri (ekskursiya, əyləncə xidmətləri və s.) daxildir. Rentabelliyi saxlamaq 
üçün digər xidmətlərində olması vacibdir. Respublikada özəl sanatoriyalarda bir sıra turizm xidmətləri 
göstərilsə də, qiymət münasib deyil. Məsələn, Qəbələdəki özəl müalicə müəssisəsində birgünlük seans 
70 manatdır. Bu da əhalinin kütləvi hissəsinion maraqların təmin etmir. . [2, s.45]. 
Termal sulardan istifadənin perspektivləri ücün-termal sulardan kompleks istifadə etmək, 
investisiyaları cəlb etmək,termal suların bazasında yeni müasir xidmətlər göstərən müalicə-sağlamlıq 
komplekslərinin yaradılması, ölkədən xaricə müalicə-sağlamlıq məqsədilə gedən turistlərin cəlb 
olunması üçün marketinq fəaliyyətinin genişləndirilmək,otellərdə SPA xidmətlərində termal sulardan 
istifadə, rekreasiya zonalarının daxində müalicəvi-sağlamlıq turizmi ilə bağlı olan mərkəzlərin təşkili 
və s.nəzərdə tutulur 
Son dövrlərdə müalicə-sağlamlıq turizm bazarı dəyişikliklərə məruz qalmış və daha fərqli anlam 
kəsb etməyə başlamışdır. Daha çox yaşlı nəslin müalicə və sağlamlıq yeri olan ənənəvi sanatoriya-

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   329   330   331   332   333   334   335   336   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin