istiqlaliyyətinin və suverenliyinin möhkəmlənməsinə, müxtəlif xalqların yaxınlaşmasına və qarşılıqlı
şəkildə zənginləşməsinə təkan verəcək. Sülhün, regionda sabitliyin, təhlükəsizliyin təmin olunmasına
xidmət edəcək” [2, s.2].
İpək Yolu iştirakçı ölkələr arasında yalnız əmtəə mübadiləsini təşviq etmirdi, o, eyni zamanda
mədəni mübadiləni də təşviq edirdi. Məsələn, qədim Hindistanda Kuşan imperiyasının dini olan
buddizm, rahiblərin tacir karvanları ilə səyahətində Çin mədəniyyətinə nüfuz etmişdi. Tarixi yolun
bərpası ilə əlaqədar nəqliyyat yollarının Azərbaycandan da keçməsi, türk dünyası ölkələrinin dərin
mədəni-etnik və dini-humanitar əlaqələrini bir-birinə sıx bağlamışdır. Eyni zamanda, turizmi inkişaf
etdirən amillərdəndir. Günümüzdə İpək Yolu üzərində yerləşən proqram ölkələri, nəqliyyat dəhlizi
çərçivəsində əməkdaşlıq şərtləri ilə səyahəti sitimullaşdırırlar.
Beynəlxalq turizm və ya daxili turizm nəqliyyatında istifadə olunan marşrutların yaratdığı müəyyən
sərhədlər zamanla qəlibləşərək turizm dəhlizi halına gəlir. Turizmdə nəqliyyat dəhlizləri müəyyən bir
sərhəd daxilində bir neçə bölgəni, regionu əhatə edərək, turizmdə ümumiləşmə məqsədinə uyğun olaraq,
milyonlarla turisti kilometrlərlə məsafədə səyahət etdirir. Bəzi nəqliyyat dəhlizləri hətta tematik dəhliz kimi
də turistlərin diqqətini çəkərək fəaliyyət göstərir. Azərbaycanda da müasir yeni “İpək Yolu” maşrutunun
inkişaf etdirilməsi üçün xarici ölkələrin sınaqdan keçmiş turizmdə nəqliyyat dəhlizləri strategiyasından
istifadə olunmalı, TRASEKA-nın iştirakçı ölkələri ilə əməkdaşlıq saxlanılmalı, turizmdə bir sıra güzəştli
siyasətin aparılması əsas şərtdir. Ümumiyyətlə, turizm nəqliyyatında ən məşhur konsepsiya tematik turist
marşrutlarıdır. Bu marşrutlar mənzərəli yol boyu ziyarətçiləri turist xidmətlərindən yararlandıraraq bir
turizm destinasiyasına çatdıran yoldur. Nəqliyyat dəhlizlərində turist marşrutlarının təyin olunması turist
axınlarını müəyyən istiqamət üzrə yönləndirir.
Ümumiyyətlə, keçmiş sovet ölkələrinin müstəqiliyi turizmdə “Mədəni Marşrut”-lara maraq
yaratmışdır və turizmdə mədəni məqsədlər üçün yeni imkanlara qapı açıb. Turizmdə mədəni marşrutlar
turistlərin interaktiv fəaliyyəti və coğrafi, mədəni aspektlərin qarşılıqlı təsiri vasitəsilə yaranır. Turistlər
mədəni irslə daha dərin əlaqəyə malik olduqlarına inanırlar. Buna görə də bəzi turistlər mədəni marşrutları
epik səyahətlər haqqında şəhadətnamə adlandırırlar və bu gün sülh mədəniyyətini təşviq etmək üçün
onlardan istifadə olunur.
TRASEKA layihəsinin gerçəkləşdirilməsindəki tədbirlər nəinki elmi-mədəni dəyərin mübadiləsinə,
müxtəlif mədəniyyətlərin bir-birinə yaxınlaşmasına səbəb olur. Bilindiyi kimi, turizmin türk dünyasında
kütləvi hal almasına, nəticədə isə iştirakçı ölkələrin büdcələrinin zəngin olmasına təsir göstərir. Yuxarıda
qeyd etdiyimiz kimi, TRASEKA nəinki mədəniyyətlərarası dialoqun təşəkkülünə, eyni zamanda iştirakçı
ölkələrin humanitar prinsiplərinin gerçəkləşdirilməsindəki xidmətlərdə də öz əhəmiyyətini biruzə verir.
TRASEKA layihəsinə üzv olmuş ölkələrlə mədəni, humanitar əlaqələrin geniş ölçüdə olması, təbii ki, öz
növbəsində bu ölkə xalqlarının qarşılıqlı yaxınlaşmasına səbəb olur. Regionun münaqişə ocaqlarında
turizmin inkişafı üçün sabitliyin yaranmasında da layihənin rolu əvəzedilməzdir.
TRASEKA layihəsinin yaranması ilə bu yolun əhatə etdiyi ərazilərdə turizmin inkişaf imkanları olan
yerli, milli dəyərlərin, bir-birinə oxşarlığı və tanışlığı regionda sülh-sabitlik əlaqəsinin əsaslı surətdə
yüksəlməsinə təkan verib. Müasir nəqliyyat dəhlizi olan TRASEKA Asiyanın quraq çöllərindən Aralıq
dənizinə qədər geniş məsafədəki ölkələrdə yanlız ticarəti deyil, həmçinin eyni zamanda, turizmi də
regionda kütləviləşdirən layihə olmuşdur. Yüksək təbii sərvətlərlə zəngin potensialı olan Qafqaz və Xəzər
ölkələri bu layihə ilə ümümdünya təsərrüfat sisteminə aktiv qoşulmaqla sosial-iqtisadi tərəqqidə yeni
imkanlar əldə edirlər.
Azərbaycan üçün layihəyə nəzər saldıqda yaxın zamanlarda Azərbaycanın ciddi bir turizm mərkəzi
olmağa başladığını görürük. Azərbaycan dünyadakı əhəmiyyətli turizm destinasiyalarından biri kimi qəbul
olunmaq üçün nəqliyyat dəhlizləri sahəsində böyük sərmayelər qoydu. TRASEKA layihəsi geniş
coğrafiyada türk dünyasının bütün tərəfləri üçün birləşməyə gedən yolda xüsusilə, mədəni turizmi
təkmilləşdirəcək vacib bir vasitə olacaqdır. Dolayısı ilə desək, türk dünyası coğrafiyası Çindən Qərbə
uzanan tarixi İpək Yolu ilə üst-üstə düşür və son zamanlarda İpək Yolu turizm markası olaraq ön plana
çıxır. Türk dünyasındakı turizm fəaliyyətləri eyni zamanda İpək Yolundakı turizm fəaliyyətləri olaraq da
qiymətləndirilə bilər. Məsələn, “National geographic” İpək yolu sənədli filmi hazırlayır və İpək Yolunun
başlanğıc nöqtəsində uyğur türklərinin məscidlərini, bayramlarını mədəniyyət ünsürü olaraq təqdim edir
[4,s.2]. Bənzər şəkildə fərqli illərdə hazırlanan İpək Yolu sənədli filmləri bütün düyaya səs gətirən
türk dünyasının tanınma reklamını etmişdir.
Dostları ilə paylaş: