Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə319/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   315   316   317   318   319   320   321   322   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
259
Baku, Azerbaijan


sülaləsinin hakimiyyəti dövründə inşa edilmiş bu qala hökmdar Cavanşirin adını daşıyır. Məlumdur ki, 
Albaniya tarixinin son dövrləri, onun əsas vilayətlərindən olan Girdiman vilayəti və tanınmış 
sərkərdəsi Cavanşirin adı ilə bağlıdır. Qalanın inzibati mərkəz kimi də istifadə olunduğu güman edilir. 
Qala İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda, Ağ çayın sağ sahilində yerləşir. Qala əsas 
hissə və “içqala”dan ibarətdir. İç qala qalanın şimal hissəsindədir. İç qalanın divarları daha çox 
dağıntıya məruz qalmışdır. Bir çox yerlərdə onun yalnız bünövrəsi qalmışdır.
Mütəxəssislərin fikrincə, Cavanşir qalası respublika səviyyəsində diqqət mərkəzində saxlanılan 
tarixi abidələrimizdən olmağa layiqdir. Amma təəssüf ki, monitorinq zamanı məlum olmuşdu ki, 
burada da vəziyyət ürəkaçan deyil. Abidə elmi baxımdan öyrənilməyib, burada arxeoloji tədqiqatlar 
aparılmayıb, turizm marşrutlarına daxil edilməyib. İctimaiyyətin nümayəndələri onun haqqında kifayət 
qədər məlumatlı deyillər. Heç zaman bərpa olunmaması və son illərdə leysan yağışların yağması 
nəticəsində qala divarlarının uçmasına şərait yaratmışdır. 
Layihə çərçivəsində Xınıslı yaşayış yerində (Qədim Şamaxı şəhəri) də monitorinq aparılmışdır. 
Xınıslı – Azərbaycan Respublikasının Şamaxı rayonu ərazisində antik və ilk orta əsrlər dövrünə aid 
arxeoloji abidədir. II əsrdə Klavdi Ptolemey şəhərin adını Kamaxeya kimi yad etmiş, həmin dövrdə 
onun mövcudluğu tarixə keçmişdir [8]. Qədim Şamaxı hesab olunan Xınıslıda ötən əsrin 60-70-ci 
illərində arxeoloq Cabbar Xəlilovun rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində oradan qəbirlər, 
yerli ustaların əməyinin məhsulu sayılan çoxsaylı maddi-mədəniyyət nümunələri, o cümlədən yerli 
istehsal olan nəfis şüşə məmulatı, qab və bəzək şeyləri də aşkar olunmuşdur. Oradan tapılan ən 
qiymətli nümunələr içərisində Xınıslı dəfinəsi xüsusi yer tutur. Layihə çərçivəsində görülən işlər üzə 
çıxardı ki, bu abidə haqqında da məlumat azdır. Yerli əhali, ümumiyyətlə abidəni tanımır. Abidənin 
yerləşdiyi ərazi ev tikmək üçün sakinlər arasında bölünüb. Bəzi yerlər məişət tullantıları ilə zibillənib, 
abidənin qorunması haqqında isə heç bir göstərici nişan yoxdur. 
Dəfələrlə qeyd olunduğu kimi, Azərbaycan qədim tarixə malik bir ölkə olduğundan olduqca 
zəngin tarixi-mədəni abidələr potensialına malikdir. Lakin bu abidələrin bir hissəsi hələ də dövlət 
tərəfindən mühafizə olunmur və bu səbəbdən məhv olmaq təhlükəsi ilə üz-üzədir. Belə abidələrin sayı 
çox olduğundan bu məqalə çərçivəsində onlardan yalnız bir neçəsi nəzərdən keçirilmişdir. Ümid edirik 
ki, dövlət qurumları tez bir zamanda həmin abidələri aşkar edərək dövlət mühafizəsi altına alacaq və 
bərpası üçün lazımlı tədbirləri həyata keçirəcəklər. Çünki mədəni turizmin uğurlu inkişafı, turist 
potensialının kütləvi şəkildə cəlb edilməsi ərazidəki mədəni, tarixi və təbii sərvətlərinin qorunmasına 
yönələn fəaliyyətlərdən çox asılıdır.

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   315   316   317   318   319   320   321   322   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin