şəraitində təsisatlar bu çağırışlara vaxtında yerli imkanları obyektiv qiymətləndirməklə cavab vermək
və formalaşan yeni imkanlardan faydalanmaq üçün birgə fəaliyyət göstərməyə məcburdurlar.
Бейнялхалг turizmин инкишафында вя бу сферада игтисади-идаряетмя проблемляринин
щяллиндя тяляб-tяkliflя яlaqяli olan əsas amillərin, o cümlədən milli destinasiyaların inkişafına
dövlət investisiyalarının yatırılması, turizm fяailiyyяtindя яlaqяляndirmяnin
rolunun йцкsяldilmяси,
turizm sferasынын kadr tяminatы, turizm biznesinin inkiшafыna шяrait yaradыlmasы, turist
xidmяtлярinin hяyata keчirilmяsi vя reklam prosesindя kцtляvi informasiya
vasitялярinin rolunun
йцкsяldilmяsi kimi amillяrin fяrqляndirilmяsi zяruridir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan
Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapmış
konkret məqsədlər davamlı inkişafın təmin edilməsinin perspektiv inkişaf modelini təşkil edir. Yol
Xəritəsində 2020-ci ilədək olan dövrdə regionun turizm potensialından səmərəli istifadə, milli səviyyədə
peşəkar idarəetmənin təşkili, destinasiyaların formalaşdırılması, mövsümiliyin aradan qaldırılması
məqsədilə turizm infrastrukturlarının inkişafı, turizm formallıqlarının sadələşdirilməsi,
turizm sahəsində
müasir təhsil proqramlarına investisiya qoyuluşunu həyata keçirməklə insan kapitalının rolununun
gücləndirilməsi prioritet kimi qarşıya qoyulmuş əsas vəzifələrdəndir. Yol xəritəsinin reallaşdırılmasının ən
mühüm cəhətlərindən biri səmərəli və optimal təhsil və elm sisteminin tətbiqidir [1, səh.9].
Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunan müsbət meylləri davam etdirmək
məqsədilə Prezident İlham Əliyevin imzaladığı Fərmanla 2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə və regional
inkişafa dair Dövlət
Proqramlarının qəbul edilməsi regonal turizmin makrosəviyyədə dayanıqlı inkişafına zəmin yaratdı.
İnvestиsиya fяallыьыnыn artыrыlmasы vя иnvestиsиya mцhиtиnиn yaxшыlaшdыrыlmasы hesabыna
цmumиlиkdя юlkяdя, o cцmlяdяn ayrы-ayrы regиonlarda turizm sahиbkarlыьыnın иnkишafыnыn
sцrяtlяndиrиlmяsи, turizm sferasında яhяmиyyяtlи sayda yenи иш yerlяrиnиn yaradыlmasы vя
mяшьulluq
sяvиyyяsиnиn
yцksяldиlmяsи,
region
яhalиsinиn
sosиal
vяzиyyяtиnиn
yaxшыlaшdыrыlmasы, mиllи иqtиsadиyyatыn dцnya tяsяrrцfat sиstemиnя иnteqrasиyasыnыn
sцrяtlяndиrиlmяsиnə təkan verdi.
Dayanıqlı turizmin inkişafını tənzimləyən normativlər turizm bazarında
rəqabət və risq amillərinin
hökmran olduğu şəraitdə xidmət keyfiyyətinin qiymətləndirilməsi üzrə vahid göstəricilərin müəyyən
edilməsini mürəkkəbləşdirir. İqtisadi, sosial, siyasi, təşkilati, texniki və innovasiya xarakterli amillərin təsiri
turizm fəaliyyətinin müxtəlif növlərində xidmət keyfiyyətinin eyni göstəricilərini qiymətləndirməyə imkan
vermir [4, səh.319]. Geniş imkanlarla yanaşı, özü ilə böyük riskləri gətirən qloballaşma beynəlxalq
miqyasda turizm məhsulu və xidmətlərinin istehsalı ilə yanaşı ticarətin, kapital axınının
və əmək
miqrasiyasının sərbəstləşməsi tendensiyalarını kəskin artırmışdır [2, səh.150]. Beynəlxalq turizmin
inkişafının qeyri-müəyyən xarakteri daha da güclənmiş, dünyada iqtisadi dinamikanın müəyyənləşməsində
həlledici rola malik güc mərkəzləri sayılan ölkələr sırasına yeni ölkələr qoşulmuşlar. Bu isə öz növbəsində
iqtisadi və ticarət əlaqələrinə təsir edir, resursların yenidən bölüşdürülməsinə, həmçinin turizm sferasında
beynəlxalq rəqabətin güclənməsinə gətirib çıxarır. Belə bir nəticəyə gəlmək olar ki, dünya turizm bazarında
rəqabət və risq amillərinin hökmran olduğu şəraitdə Azərbaycanda turizmin dayanıqlı inkişafının təmin
olunmasına elmi yanaşmalar mövcud olmalıdır.
Turizmdə uzunmüddətli dayanıqlıq prinsiplərinin təmin olunması turizmin iqtisadi və sosial-mədəni
aspektləri ilə yanaşı ətraf mühitin qorunması ilə yanaşı baş verməlidir. Beləliklə, dayanıqlı turizmin sosial-
iqtisadi rolu və qiymətləndirilməsi aşağıdakı aspektlərə əsaslanmalıdır:
1) ekoloji prosesləri dəstəkləyən təbii miras və bioloji müxtəlifliyin qorunmasına kömək edən ekoloji
resursların optimal istifadəsi turizmin inkişafında zəruri element kimi təmin olunmalıdır;
2) destinasiyalar tolerantlığı qorumaqla ərazini ziyarət edən turistlərin
spesifik sosial-mədəni
xüsusiyyətlərinə hörmətlə yanaşmalı, mədəni irs və ənənəvi amilləri əsas götürməklə, fərqli
mədəniyyətlərin qarşılıqlı anlaşmasına, davranışlara həssas yanaşmalıdır;
3) uzunmüddətli iqtisadi proseslərin dayanıqlığını təmin etmək, daimi məşğulluq və gəlir imkanları,
destinasiyalarda sosial xidmətlərin təşkil olunması və yoxsulluğun azaldılmasına töhfə verən bütün
tərəflərin maraqları çərçivəsində reallaşmalıdır.
Dayanıqlı turizm zəruri hallarda müvafiq profilaktik tədbirləri həyata
keçirməklə ətraf mühitə
təsirlərin davamlı monitorinqini tələb edən davamlı prosesdir. Dayanıqlı turizm turistlərin ehtiyaclarını
ödəmək, çoxölçülü tələblərindən istifadə edərək, nəticələrin davamlılığı barədə məlumatlılığını artırmaq və
Dostları ilə paylaş: