Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə316/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   312   313   314   315   316   317   318   319   ...   356
Kitab Turizm

Key words:
 cultural tourism, cultural heritage, historical and cultural monuments, threats, restoration 
and protection. 
 
Mütəşəkkil və düzgün turizm siyasətinin formalaşdırılması, bunun uğurlu surətdə həyata keçirilməsi 
heç də asan məsələ deyil. Bu məsələdə ölkənin yalnız mədəni turizm resurslarının və potensial imkanların 
olması hər şeyi həll etmir. Kifayət qədər turizm resursları olduğu halda, ölkəmiz beynəlxalq aləmdə hələ də 
mədəni turizm regionu kimi kifayət qədər tanına bilməmişdir. Bunun əsas səbəblərindən biri Azərbaycanın 
müstəqillik qazandığı ilk illərdən etibarən Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində elan 
edilməmiş müharibəyə cəlb edilməsi, bunun nəticəsində ölkədə bir çox sosial-iqtisadi problemlərin 
yaranması, 1 milyon 200 mindən çox azərbaycanlının öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə 
düşməsi [9], hər il dövlət büdcəsinin böyük bir hissəsinin Azərbaycanın müdafiə qabiliyyətinin 
möhkəmləndirilməsinə sərf edilməsidir. Bundan başqa işğal altında olan rayon və şəhərlərimizin müharibə 
nəticəsində dağıdılması, zəngin mədəni-tarixi və təbii abidələrinin əksəriyyətinin məhv edilməsi 
nəticəsində onların turizm potensialından istifadənin qeyri-mümkünlüyü də belə bir şəraitin yaranmasına 
gətirib çıxarmışdır. Yalnız son illərdə Azərbaycanın sürətli iqtisadi inkişaf dövrünü yaşadığını nəzərə alsaq 
bu sektorun inkişafı üçün siyasi, iqtisadi və sosial-mədəni imkanlar yarandığından yaxın gələcəkdə 
Azərbaycanda mədəni turizmin inkişaf perspektivlərinə nikbin baxmaq olar.
Turizm infrastrukturunun inkişaf etdirilməsi zamanı ən vacib məqamlardan biri onun yerləşəcəyi 
ərazinin tarixi simasını pozmamaqdır. Hər bir yeni yaradılmış turizm mərkəzi (obyekti) milli xüsusiyyətlərə 
və ənənələrə uyğun olmalıdır və eyni zamanda təkrarolunmaz görünüşə malik olmalıdır. Təbii-tarixi 
parkların yaradılması ən dəyərli mədəni və tarixi abidələrin vahid memarlıq-landşaftı və mədəni 
komplekslər kimi xilas edilməsinə kömək etməlidir. Əhəmiyyətli tarixi dəyərlər, milli xəzinə kimi 
dəyərləndirilən əl işi, təbii və ənənəvi landşaftların mədəniyyət və tarixi abidələrini qorumaq və bərpa 
etmək zəruri işlərdən biri hesab edilməlidir. 
Mədəni dəyərlərin itirilməsi bərpa olunan bir proses deyil və onun yerini doldurmaq olmur. Hər hansı 
bir mədəni miras itkisi qaçılmaz olaraq indiki və gələcək nəsillərin həyatının bütün sahələrinə təsir 
göstərəcək, mənəvi yoxsulluq, tarixi yaddaşın pozulması, bütövlükdə cəmiyyətin yoxsulluğu ilə 
nəticələnəcəkdir. Bu nəticələr müasir mədəniyyətin inkişafı və ya yeni əhəmiyyətli əsərlərin yaradılması ilə 
kompensasiya edilə bilməz.
Böyük mədəni turizm potensialına malik Azərbaycanda bu sahədə görülməli mühüm işlərdən biri hələ 
1968-ci ildə hazırlanmış “Azərbaycan SSR ərazisində dövlət mühafizəsinə götürülən daşınmaz tarix və 
mədəniyyət abidələrinin siyahısı”nın yenidən tərtib olunmasıdır. Çünki keçən dövr ərzində çoxlu sayda 
yeni abidələr tapılmışdır ki, bu da siyahının yenidən tərtib olunması ehtiyacını doğurmuşdur. Siyahı 
üzərində 1988 və 2001-ci illərdə aparılmış işlər nəticəsində ölkədə yerli, respublika və dünya əhəmiyyətli 
qorunan abidələrin sayı 6.308-ə çatmışdır. Son vaxtlar aparılan yeni dəqiqləşdirmələr bu siyahının 7.000-ə 
çatacağını göstərir. Bu siyahının hazırlanması yalnız mühafizəni gücləndirmir, qorumaqla istifadə 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   312   313   314   315   316   317   318   319   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin