1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş konstitusiyada
dövlət diliimiz yenə
Azərbaycan dili adlandırıldı. 2002-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun
qəbul olundu. Avqustun 9-u “Azərbaycan əlifbası və Azərbaycan dili” günü kimi qeyd olundu.
Müstəqil Azərbaycanın dövlətinin ana dili ilə bağlı müxtəlif vaxtlarda qəbul etdiyi qərarlar onun
daha da möhkəmlənməsinə, inkişaf etməsinə və qorunmasına xidmət göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il aprelin 26-da
Azərbaycan Milli Elmlər
Akademiyasının illik ümumi yığıncağında söylədiyi giriş nitqində deyilib: “Ana dilimizə hörmət və
qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirlərdən qoruyuruq. Ana
dilimiz bizim toxunulmaz
sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil ana dilimiz – Azərbaycan dili müstəsna
rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət
göstərilməlidir.”
Azərbaycan dili dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın şəkildə ifadə etmək
qüdrətinə malikdir. Dilimizin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu,
zəngin
söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı qaydaları vardır.
Beləliklə, məlum olur ki, dövlət müstəqilliyimizin qısa tarixi dövründə dilimizin inkişafı ilə bağlı
çox ciddi hüquqi baza yaradılıb. Hazırda dövlət dilimiz beynəlxalq tribunalardan eşidilir. Dilimizin
mühüm sahələrinin inkişafı istiqamətində müxtəlif tədqiqatlar aparılır, digər dillərlə qarşılıqlı inkişafı
imkanları və istiqamətləri müəyyənləşir. Digər dillər kimi Azərbaycan dili də daim inkişaf edir, dilin
lüğət tərkibi milli və alınma sözlər hesabına
daim zənginləşir, bəzi sözlər isə köhnələrək dildəki
işləklik tezliyini itirir və dilin passiv fonduna daxil olur. Müşahidələr göstərir ki, dünyada baş verən
elmi-texniki tərəqqi və qloballaşma Azərbaycan dilinin də alınma sözlər (xüsusilə Avropa dilləri)
hesabına, zənginləşməsi prosesini sürətləndirir.
Lakin alınma sözlərin dilin fəal lüğətində özünə yer eləməsi prosesində müəyyən problemlər də
özünü göstərir. Yeni sözlərin tələffüzü və yazılışı sahəsində
müxtəliflik mövcuddur ki, bu da dilin
ədəbi səviyyəsinə mənfi təsirsiz ötüşmür. Məsələn,
Dostları ilə paylaş: