sülaləsinin hakimiyyəti dövründə inşa edilmiş bu qala hökmdar Cavanşirin adını daşıyır. Məlumdur ki,
Albaniya
tarixinin son dövrləri, onun əsas vilayətlərindən olan Girdiman vilayəti və tanınmış
sərkərdəsi Cavanşirin adı ilə bağlıdır. Qalanın inzibati mərkəz kimi də istifadə olunduğu güman edilir.
Qala İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda, Ağ çayın sağ sahilində yerləşir. Qala əsas
hissə və “içqala”dan ibarətdir. İç qala qalanın şimal hissəsindədir. İç qalanın divarları daha çox
dağıntıya məruz qalmışdır. Bir çox yerlərdə onun yalnız bünövrəsi qalmışdır.
Mütəxəssislərin fikrincə, Cavanşir qalası respublika səviyyəsində diqqət mərkəzində saxlanılan
tarixi abidələrimizdən olmağa layiqdir.
Amma təəssüf ki, monitorinq zamanı məlum olmuşdu ki,
burada da vəziyyət ürəkaçan deyil. Abidə elmi baxımdan öyrənilməyib, burada
arxeoloji tədqiqatlar
aparılmayıb, turizm marşrutlarına daxil edilməyib. İctimaiyyətin nümayəndələri onun haqqında kifayət
qədər məlumatlı deyillər. Heç zaman bərpa olunmaması və son illərdə leysan yağışların yağması
nəticəsində qala divarlarının uçmasına şərait yaratmışdır.
Layihə çərçivəsində Xınıslı yaşayış yerində (Qədim Şamaxı şəhəri) də monitorinq aparılmışdır.
Xınıslı – Azərbaycan Respublikasının Şamaxı rayonu ərazisində antik və ilk orta əsrlər dövrünə aid
arxeoloji abidədir. II əsrdə Klavdi Ptolemey şəhərin adını
Kamaxeya kimi yad etmiş, həmin dövrdə
onun mövcudluğu tarixə keçmişdir [8]. Qədim Şamaxı hesab olunan Xınıslıda ötən əsrin 60-70-ci
illərində arxeoloq Cabbar Xəlilovun rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində oradan qəbirlər,
yerli ustaların əməyinin məhsulu sayılan çoxsaylı
maddi-mədəniyyət nümunələri, o cümlədən yerli
istehsal olan nəfis şüşə məmulatı, qab və bəzək şeyləri də aşkar olunmuşdur. Oradan tapılan ən
qiymətli nümunələr içərisində Xınıslı dəfinəsi xüsusi yer tutur. Layihə çərçivəsində görülən işlər üzə
çıxardı ki, bu abidə haqqında da məlumat azdır. Yerli əhali, ümumiyyətlə abidəni tanımır. Abidənin
yerləşdiyi ərazi ev tikmək üçün sakinlər arasında bölünüb. Bəzi yerlər məişət tullantıları ilə zibillənib,
abidənin qorunması haqqında isə heç bir göstərici nişan yoxdur.
Dəfələrlə qeyd olunduğu kimi, Azərbaycan qədim tarixə malik
bir ölkə olduğundan olduqca
zəngin tarixi-mədəni abidələr potensialına malikdir. Lakin bu abidələrin bir hissəsi hələ də dövlət
tərəfindən mühafizə olunmur və bu səbəbdən məhv olmaq təhlükəsi ilə üz-üzədir. Belə abidələrin sayı
çox olduğundan bu məqalə çərçivəsində onlardan yalnız bir neçəsi nəzərdən keçirilmişdir. Ümid edirik
ki, dövlət qurumları tez bir zamanda həmin abidələri aşkar edərək dövlət mühafizəsi altına alacaq və
bərpası üçün lazımlı tədbirləri həyata keçirəcəklər. Çünki mədəni turizmin uğurlu inkişafı,
turist
potensialının kütləvi şəkildə cəlb edilməsi ərazidəki mədəni, tarixi və təbii sərvətlərinin qorunmasına
yönələn fəaliyyətlərdən çox asılıdır.
Dostları ilə paylaş: