ANA DİLİMİZ MİLLİ SƏRVƏTİMİZDİR
p.ü.f.d., dosent Seyidəli Həsən oğlu MƏMMƏDLİ
Azərbaycan Turizm və Menecment Universiteti
Abstract
: Having existed thousands of years our mother tongue was exposed to persecution, pressure
and political cataclysms in some periods of the history. However, it could survive and made progress
through the years of independence. Today the Azerbaijani language is the official language of the Republic
of Azerbaijan.
Decisions concerning the mother tongue that were made by the independent Republic of Azerbaijan
contribute to its reinforcement, development and protection.
Borrowed words are of the factors contributing to the development of the mother tongue. However,
observations reveal that there are some faults in their spelling and pronunciation. There exist problems in
finding Azerbaijani equivalents for these borrowings and including them in the active vocabulary. There
also exist spelling-related inaccuracies and mistakes on advertising boards. All these issues should be
removed.
Key words:
native lanquage, offical lanquage, national lanquage, preservation and development of
the langueage
Araşdırmalar göstərir ki, Azərbayacan aborigenləri türkdilli olmuş, e.ə. III-I
minilliklərdən üzü bəri
türk dili ana dili statusunda böyük tarixi inkişaf yolu keçmiş, XI əsrin ortalarında oğuz tayfaları
dilinin
güclü təsiri nəticəsində tam şəkildə formalaşmış, XII əsrdə ədəbi Azərbaycan dili təşəkkül tapmışdır. Digər
dillər kimi ana dilimiz tarix boyu yadellilərin təqib və təzyiqlərinə məruz qalsa da Səfəvilər dövləti
dövründə Şah İsmayıl Xətai ilk dəfə Azərbaycan türkcəsini rəsmi dövlət dili elan etmişdir.
O dövrdə
Azərbaycan dilinin səfəvilərin saray-dövlət dilinə çevrilməsi çox böyük ictimai-siyasi hadisə idi. Bu hadisə
ana dilinin daha da inkişaf etməsinə güclü təsir göstərmişdir.
İslam dininin vüsət aldığı, var gücü ilə oturuşduğu bir dövrdə ana dilinin belə yüksəkliyə qaldırılması
xalqımızın tarixinə yazılan ən önəmli hadisələrdən biridir.
Tarixin sonrakı dönəmlərində görkəmli şair və yazıçılarımız Azərbaycan dilinin daha da inkişafı
qayğısına qalmış, şifahi və yazılı ədəbiyyatımızı inkişaf etdirmişlər.
1828-ci ildə Tükmənçay müqaviləsi nəticəsində ikiyə bölünən Azərbaycan uzun müddət rus və fars
dillərinin təsiri altına salınmış, xalqımızın ana dilini rus və fars dilləri içərisində əritməyə çalışmışlar.
1918-20-ci illərdə Azərbaycan Xalq Cumhuriyyəti dövründə dilimiz öz ənənəvi adı
ilə türk dili
şəklində dövlət dili kimi qəbul edildi. Qısa müddətdə aparılan islahatlar dilin inkişafına öz töhfəsini verdi.
Hətta sovetləşmədən sonra xeyli müddət belə qaldı. 1936-cı ildən sonra isə dilimizin adı Azərbaycan
dili, torpağımızın adı Azərbaycan, milli mənsubiyyətimiz də azərbaycanlı kimi təyin edildi.
SSRİ dövründə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyalarında Azərbaycan dili respublikanın
dövlət dili kimi təsbit olunsa da bu, yalnız kağızda öz əksini tapmışdır. Dövlət həyatında isə Azərbaycan
dilinin heç bir hüququ yox idi. Hər yerdə, xüsusilə, respublikanın paytaxtında və digər iri şəhərlərdə rus dili
hökmranlıq edirdi. Rus dilini bilməyənlər ictimai-siyasi həyatda mövqe qazana bilmirdi. Rus dilində
danışmayan vətəndaşlar aşağılanır, onların ünvanına müxtəlif təhqiredici ifadələr işlədirdilər.
Dövlət
strukturlarında tədbirlər rus dilində keçirilir, rəsmi yazışmalar rus dilində aparılırdı. Rus dilində təhsil artıq
rayon və kəndlərə ayaq açmışdır. Bütün bunlar bir məqsədlə edilirdi: xalq öz dilini, milli mənsubluğunu,
kimliyini unutsun. Uşinskinin təbirincə desək “bir xalqı məhv etmək üçün onun torpağını, malını, mülkünü
əlindən almaq kifayət etməz, ancaq onun dilini alsan həmin millətdən əsər-əlamət qalmaz.”
Sovet imperiyası dövründə uzun müddət xalqımıza qarşı dil genosidi siyasəti yeridilsə də bu iyrənc
istəyin tam həyata keçirilməsi mümkün olmadı.
Lakin 1991-ci ilin 18 oktyabrında öz müstəqilliyini elan edən Azərbaycan Respublikası milli
özünəqayıdış yolunu tutdu. Digər sferalarda olduğu kimi, ana dilinin inkişafı sahəsində də geniş imkanlar
açıldı. 1992-ci ilin 22 dekabrında verilən fərmanla dövlətimizin dili türk dili adlandırıldı.
Əlifbanın kirildən latın qrafikalı əlifbaya keçidi ilə bağlı 1991-ci ilin dekabrında
yeni layihə qəbul
olundu, 2001-ci ilin 18 iyun tarixində bütün Azərbaycan ərazisində latın əlifbasına keçid təmin
olundu.
Dostları ilə paylaş: