ölkədə yaranmış ağır iqtisadi vəziyyətlə əlaqədar düzən və dağətəyi
ərazilərdə meşələrin əhali
tərəfindən qanunsuz qırılması xüsusi narahatçılıq doğurmuşdur. Meşə örtüyünün məhv edilməsi
respublikanın hər yerində eroziya proseslərini gücləndirmiş, aritləşməni artırmış, su ehtiyatlarının
azalması, mezo və mikroiqlim şəraitinin pisləşməsi üçün zəmin yaratmışdır.
Meşə örtüyünün qorunması, bərpası və artırılması ilə bağlı problemlər Böyük Qafqazın
Cənub
yamacında yerləşmiş inzibati rayonlar üçün də səciyyəvidir.
Ümumiyyətlə, Böyük Qafqazın Cənub yamaclarında landşaft komplekslərində yaz-yay yağıntılarının
leysan şəklində düşməsi, relyefin çox meylliyi və torpaq-süxur qatının sel proseslərinə həssaslığı, bu
ərazilərdə meşə mühafizə və meşə bərpa işlərini daha çox aktuallaşdırır. Meşənin təbii mühitinin qorunub
saxlanması turistlərin təbii ətraf mühitdən zövq alması deməkdir [2.3].
Qəbələ rayonunun ərazisində turistlər üçün gözəl şərait vardır. Belə ki, istirahət üçün Qəmərvar meşə
təsərrüfatına aid olan Qəmərvar isti su sanatoriyasının əhatəsində yüksək dağlıq ərazidə meşə ekosistemi
qorunur. Qəmərvar meşə təsərrüfatına aid olan Qəmərvar isti su sanatoriyasının əhatəsində yüksək dağlıq
ərazi Turistlər üçün çox əlverişli mühütdir. Qəmərvar (Çömçə bulaq) mineral bulağı – Qəmərvar kəndindən
5 km Şimalda , Bum çayının dərəsində, 1388 metr hündürlükdə səthə çıxan termal-mineral sudur. Təbii
tempuratur 39.2 dərəcədir. Kükürdlü və dəmirli birləşmələrlə zəngindir. Ərazidə bitki örtüyü cox zəngindir,
belə ki meşələrdə qarışıq
halda göyrüş, qaraçöhrə, ağcaqayın, soyüd, qoz, alma, armud kimi ağaclar,
dəmirqara, əzgil, yemişan, böyürtkən, itburnu, zirinc kimi kol bitkiləri yayılmışdır.
Bum kəndində meşənin əhatəsində Atıcılıq istirahət zonası yerləşir. Həmzəli cayının sahilindən dağa
doqru ərazidə
turistlər ekoturizmidən, məcarə turizmindən istifadə edə bilərlər. Qəbələ rayonunun Bum
kədinin şimal-qərb hissəsində , dəniz səviyyəsindən 1333
m yüksəklikdən meşə, çay ekosistem
xidmətlərindən turist istifadə edə bilər. Mıxlıqovaq kəndi dağ ətəyi meşə təssərüfatı, Bunut meşə
təssərüfatı, Vəndam meşə təssərüfatı ərazilərində hərtərəfli tədqiqat işləri aparılmış və müəyyən edilmişdir
ki, eko turizm potensialı üçün əlverişlidir [3.4].
Meşələrə ziyanı turistlərdən çox (ağaclar, kollar və otlar korlanır) və maşınlar vurur. Mexaniki təsirlər
torpağın bərkidilməsinə və davamsız otların məhv olmasına səbəb olur. Torpağın
bərkiməsi nəticəsində
torpağın bir hissəsi quru qalır, digər hissəsi isə rütubətli olur ki, bu da ağacların qidalanmasını pisləşdirir.
Qidalanmanın zəifləməsi ağacların böyüməsinin və inkişafının qarşısını alır. Bu özünü xüsusilə
iynəyarpaqlı meşələrdə göstərir. Torpağın bərkiməsi onun strukturunu pozur, məsaməliliyi azaldır, torpaq
mikroorqanizmlərinin həyat fəaliyyəti şəraitini pisləşdirir.
Böyük Qafqazın Cənub yamacının landşaft koplekslərinin ayrı-ayrı təsirlərə və rekreasion
yüklənmələrə qarşı müxtəlif cür reaksiyalar verir. Ona görə də bir təbii
kompleks üçün təhlükəsiz
yüklənmələr digərləri üçün kritik ola bilər. Meşələrdən rekreasion istifadə cəmiyyətin resurs potensialının
artırılması üçün böyük əhəmiyyət kəsb edir. Təbitdə istirahət iş gərginliyini aradan qaldırır, insanların iş
qabiliyyətinə müsbət təsir göstərir. Ancaq şəhər ətrafında istirahət ekologiyaya əhəmiyyətli dərəcədə ziyan
vurur. Meşə ərazilərində rekreasion yüklənmələr artır ki, nəticədə də meşələrin keyfiyyəti pisləşir və ya tam
deqradasiyası baş verir. Bu zaman meşələrin sanitar-gigiyenik, suyu qoruma və torpağı qoruma
funksiyaları zəifləyir, onların estetikliyi azalır.
Böyük Qafqazın Cənub yamacının meşə landşaft komplkslərində yaradılan vəziyyətlə əlaqədar olaraq
meşələr üçün
yol
verilən rekreasion yüklənmə sərhəddi müəyyən edilmişdir. Rekreasion yüklənmələr
təhlükəsiz, təhlükəli, kritik və katastrofik yüklənmələrə bölünür.
1.
Təhlükəsiz yüklənmələr elə yüklənmədir ki, bu zaman təbii kompleksdə dönməyən dəyişmələr baş
vermir. Yol verilən rekreasion yüklənmə sərhəddi təbii kompleksin davamlılıq
hüdudunu müəyyən
edilməsi [4.5].
2.
Təbii komplekslərin davamlılıq sərhəddini keçirsə belə yüklənmələr təhlükəli hesab
olunur.Təhlükəli yüklənənin aşkarlanası işi aparılır.
3.
Landşaft komplekslərində bitkilərin kəskin məhv olduğu yüklənmələr kritik yüklənmələr adlanır.
Kritik yüklənmələrin hesablanması dəqiqləşdirilir.
4.
Katastrofik yüklənmələr təbii komplekslər arasında və onların tərkib hissələri arasında əlaqələrin
pozulmasına səbəb olur. Bu səbəbi yaradan təbii və antropogen faktorların müəyyən edilməsi tərəfimizdən
aparılmışdır.
Landşaft komplekslərinin ekoturizm qiymətləndirilməsi baxımından elmi-praktiki əhəmiyyət kəsb
edir. Ekoturizm bitki və heyvanat aləminə ziyan vurulmadan inkişaf etdirilə bilər.
Əgər düşünülmüş və
planlaşdırılmış qaydalar üzrə hərəkət edilərsə əminliklə demək olar ki, ekoturizmin ətraf mühitlə bağlı
davamlılıq prinsipinin qorunduğu ən etibarlı növüdür.
Dostları ilə paylaş: