Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə42/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   38   39   40   41   42   43   44   45   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
30
Baku, Azerbaijan


Çində turizm-rekrasiya sahəsinin inkişafına imkan yaradan, təkan verən amilləri səciyyələndir-mək
qiymətləndirmək və bu işdə onların mahiyyətini şərh etmək məqsədəuyğundur.
Turizm əhalinin həyat, bilik və dünyagörüşü səviyyəsinin inkişafına müsbət təsir göstərən amillərdən 
biridir. Turizm təsərrüfatının əsas göstəriciləri təbii-iqlim, landşaft kompleksləri, iqtisadi inkişaf şəraiti
tarixi-arxeoloji abidələr və s. kimi insanların zövqünə oxşayan komponentlərdir. Turizm müxtəlif maraqları 
əhatə edərək, səyahətə çıxan, istirahət, işgüzar və yaxud başqa məqsədlərlə adi mühitdən uzaqlaşan 
insanları birləşdirir. Hazırda turizm iyirminci əsrin kütləvi fenomeni olub, müasir dövrün ən parlaq 
təzahürüdür. Turizm insanların həyatının bütün sahələrinə real şəkildə daxil olaraq, ətraf mühiti və landşaftı 
dəyişdirən hadisə kimi qəbul edilir. Turizm sadəcə səyahət və yaxud istirahət kimi qəbul edilmir, o 
həmçinin iqtisadiyyatın mühüm amillərindən biri kimi qiymətləndirilir
[2, s.14].
 
Son 20 ildə ÇXR-da turizm infrastrukturu sürətlə inkişaf etmişdir. Ölkədə 980 daxili hava xətti, 130 
beynəlxalq xətt və 24 regional hava xətləri fəaliyyət göstərir. Belə ki, inkişaf etmiş infrastruktur- ərazinin 
iqtisadi fəallığını, turizmin inkişaf potensialından xəbər verir. 
Çində turizmin inkişafı üçün bütün potensial imkanlar vardır. Ölkənin paytaxtı Pekin şəhəri memarlıq 
abidələri ilə zəngindir. 
Pekində Min sülaləsinin 13 imperatorunun qəbri, Səma məbədi, İxeyuan parkı, 
Böyük Çin Səddi, Beyxay parkı, milli parkı, Çin elmi-texniki tədqiqat İnstitutu, Pekin zooparkı, Pekin 
botanika bağı və s. görməli yerlər turistləri daha da cəlb edir.
Pekinin şimal-qərbində dağlıq ərazidən Böyük Çin Səddinin bir hissəsi keçir. Pekinin cənub-şərqində 
mənzərəli məşhur Tayşan dağı və Konfussi məbədi yerləşir. Taydxu Xuanşan dağında gəzinti xoş təəssürat 
yaradır. Şəhərin çoxsaylı parkları arasında, daxili şəhərdəki “Üç dəniz” parkı, Cueyuan, Şisanlin adlar 
xüsusilə seçilir [1, s.294]. 
Şanxay Çinin və dünyanın ən iri şəhərlərindən biridir. ÇXR-nın gözəl və müxtəlif məzmunlu 
kolleksiyalarından birinin toplandığı İncəsənət və tarix muzeyi, XV əsrdə salınmış Mandarin Yunun bağı, 
Al qırmızı Payız Buludları bağı, Çexuanmyao məbədi və qiymətli daş-qaşla bəzədilmiş Buddanın 
möhtəşəm abidəsi saxlanılan Yuyfesa məbədi Şanxayda yerləşir.
Lxas şəhəri lamanizmin mərkəzi olub, Budda məbədləri ilə məşhurdur. Burada –Lamanın iqamərgahı 
olan Potala saray- monastırı qorunub saxlanılır.
Çində çimərlik turizmi də sürətlə inkişaf etmişdir. Son illər Xaynan adası çimərlik turizmi üzrə 
məşhurlaşmışdır. Burada həmçinin dayvinq üçün də şərait yaradılmışdır. 
Haynan tropik və ekoloji cəhətdən təmiz olan iqlimi ilə dünyada məşhur turizm bölgəsinə 
çevrilmişdir. Burada təmiz hava, təmiz dəniz və zəngin yaşıllıqlarla zəngindir. Bu baxımdan adada uzun 
ömürlü əhali üstünlük təşkil edir. Burada həmçinin ənənəvi Çin tibbi mərkəzləri də fəaliyyət göstərir.
Sanya kurortu 40 adadan ibarətdir. Sanyanın əsas kurort zonaları Yalunvan, Dadunhay və Sanyavan 
körfəzlırində yerləşmişdir. Adalar qumlu, təmiz və şəffaf çimərliklər ilə məşhurdur.
Sinxundao kurortu ölkənin qədim kurortu olaraq Xebey əyalətində Boxayvan körfəzi sahilində 
yerləşmişdir. Kurortun Beydayhe, Nandayhe və Çanqli çimərlikləri əsas rayonları hesab edilir.
Ölkədə həmçinin dağ-turizmi də sürətlə inkişaf etmişdir. Hazırda Çində on dağ-xizək turizm zonası 
fəaliyyət göstərir. Ölkənin ən iri dağ-xizək kurortu Mancuriyada Yabulidir. Bu kurort bütün ilboyu 
fəaliyyət göstərir. Ərazisi 200 ha olub, dağ-xizək yolunun uzunluğu 30 km təşkil edir.
Çinin milli parklar, qoruq və təbiəti mühafizə olunan əraziləri çoxdur. Ölkədə 19 mln.ha-dan çox 
ərazisi olan 1658 meşə parklar və 150 mln.ha olan 1757 meşə qoruqları vardır. Altı meşə parkları və 
qoruqqları YUNESCO-nun milli irs siyasına daxildir. Sintzyan-Uyğur Muxtar Rayonu ekoloji eytiyatlarla 
zəngindir. Burada Urumçi-Nanşan peyzaj rayonu, Tyançi rayonu, Şərqi Cunqariyada Daş meşə, Altay 
peyzaj rayonu, İli rayonunu qeyd etmək olar. 
Beləliklə, Çində turizmin bütün növlərinin inkişafı üçün perspektivli ölkədir. Çində böyük turizm 
bazarı vardır ki, onu da həcmi 1,52 dollar təşkil edir 
[5].

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin