Baqirin nəvəsidir. Türbənin hündürlüyü 12 m-dir. Günbəzin üzərinə mavi kaşıdan üzlük çəkildiyi üçün
“Göy günbəzli məscid” adlandırılır. İmamzadə türbəsi nəinki yerli əhalinin,
eyni zamanda müxtəlif
ölkədən gələn turistlərin də həmişə maraq dairəsində olmuşdur.
Odlar yurdumuz Azərbaycanın bütün bölgələrində bir gizli xəzinə vardır. Bu söz Naxçıvan
torpaqlarına daha çox yaxındır. Alimlərin fikrincə, Naxçıvanın hər qayasının, hər dağının, hər daşının
altında bir tarix vardır. İlk insan övladı yarandığı gündən başlanıb bu tarix. Yəni bu tarixin başlanğıcı
ibtidai insanların yarandığı dövrə təsadüf edir. Belə qədim insan məskənlərindən Daşqala,
Əshabi-Kəhf,
Kilid, Qazma kimi mağaraların adlarını çəkmək olar. Yurdumuzun əyilməzini, xalqımızın mərdliyini
göstərən Naxçıvan ərazisində bir sıra qalalar mövcuddur. Govurqala, Çalxanqala, Oğlanqala kimi yaradılan
qala-şəhərlər belə qalalardandır. Bu qalalar eramızdan əvvəl IV minilliyin axırı,
II minilliyin əvvələrində
yaradılıb. Bu torpaqlarda bizim əcdadlarımız olan qədim türk tayfaları yaşamışlar. Ta qədimdən Naxçıvan
ərazisində yayılan əfsanələr yurdumuzun qədim köklərə malik olduğunu göstərir. Bu əfsanələrdən birində
Nuh peyğəmbər haqqında olan rəvayətdir. Bu rəvayətə görə 7500 il bundan öncə güclü tufan baş vermişdir.
Bu tufan zamanı Nuh peyğəmbər və onun tərəfdarları mindiyi gəmi Naxçıvanda quruya çıxmış, bu
torpaqlarda məskunlaşmışdırlar və yaranan yeni nəsil bu torpaqlarda çoxalaraq müxtəlif yerlərə
yayılmışdırlar. Araşdırmalardan alınan məlumatlara görə Nuh peyğəmbər ilə bağlı olan bu rəvayətin ilk
yazılı məlumatı e.ə II minilliyin ortalarında olan Şumer əfsanəsi ilə bir bağlılığı vardır.
Aparılan elmi araşdırmalar, arxeoloji qazıntılar və tarixi təqdiqatlar alimlərin Naxçıvanın dünyanın ən
qədim şəhəri olduğunu söyləməyə imkan verir. Bütün bunlara əsasən
alimlər belə güman edirlər ki,
Naxçıvanın 3500-4000 ildən artıq yaşı var.
Nuh peyğəmbərlə bağlı əfsanədə gəminin ilk dayandığı yer Kəmkir dağı olduğu güman olunur.
Buradan Ağrıdağ istiqamətində yola çıxan Nuh peyğəmbər Naxçıvan torpağına gəlib. Culfa rayonu
ərazisində yerləşən Haçadağın da yaranması bu əfsanə ilə bağlıdır. Belə ki, gəmi İlandağa toxunduqda
dağın zirvəsi nəhəng gəminin təsirindən iki yerə ayrılıb, yəni haçalanıb. Ona görə Haçadağ adlandırılıb.
Yerli əhali arasında yayılan inama görə Nuhun qəbri Naxçıvan şəhərinin cənubunda, bacısının qəbri isə
şəhərin şimal-qərbində yerləşir. Bu bir daha sübut edir ki, Nuh peyğəmbər, ailəsi və ona iman gətirənlər bu
torpaqlarda uzun müddət yaşayıblar.
Qədim, maraqlı tarixə malik olan və insanlar tərəfindən müqəddəs ocaq
və ziyarətgah kimi qəbul
olunan “Əshabi-Kəhf ” dini memarlıq abidəsi Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin
Qahab kəndi yaxınlığında, dağlıq ərazidə yerləşir. Bu ziyarətgah Naxçıvanın ən müqəddəs yerlərindən
sayılır. Bu ziyarətgaha gələnlər əvvəllər uzun müddət təqib olunmuşlar, ona görə bura gələn zəvvarlar gizli
yollarla və gecələr gəlmiş və ziyarətlərini etmişlər. “Əshabi-Kəhf” sözü ərəbcədən tərcümədə “Mağara
sahibləri” mənasını verir. Xalq arasında bu yer “Asəfkəf” kimi də tələffüz olunur.
Bu ocağa inam
həddindən çox güclüdür. Ona görə bura hər il on minlərlə insan gəlir və ziyarətlərini həyata keçirir. Neçə
yüzillilərdir ki, müqəddəs sayılan bu dini ziyarətgah Sovet hakimiyyəti illərində buranı ziyarət etmək
qadağan olunsa da insanları bu yoldan, bu inamdan qadağalar çəkindirə bilməmişdir.
Xalq arasında yayılan deyimlərə görə, “Əshabi-Kəhf”i 7 il bir-birinin ardınca ziyarət etmək Kərbalanı
görməyə, Həcc ziyarətini etməyə bərabərdir. Bu da o deməkdir ki, Həcc ziyarətinə
və Kərbalaya gedə
bilməyən şəxslər 7 il “Əshabi-Kəhf”i ziyarət etsələr eyni savabı əldə edə bilirlər. Bu ziyarətə gəlmək üçün
xüsusi yaş həddi qoyulmur, əsasən ailəvi gedilməsi daha məqsədəuyğundur. İlin müxtəlif vaxtlarında,
istənilən fəslində bu ziyarətgaha getmək olar.
“Əshabi-Kəhf”ə çatmamış çoxlu qəbirlər görünür. Yolun kənarında yerləşən bu qəbirlərin kimlərə
məxsus olması barədə heç bir məlumat yoxdur. Bura gələn zəvvarlar birinci növbədə bu qəbirləri ziyarət
etməlidir. Ona görə də buranı ziyarət etmək üçün piyada getmək savab sayılır. Bu savabı burada qurban
kəsmək daha da artırır. Ziyarətgaha gedən yolun kənarındakı ağac və kollara əl yaylıqları, parça bağlanır ki,
bu da “niyyət” adlanır. Yəni hər bir kəs niyyət, arzu diləyərək ağaca yaylıq bağlaya bilər.
“Əshabi-Kəhf”in diqqət cəlb edən sahələrindən biri də aşağısında yerləşən və 15
dəqiqədən bir
köpüklənərək qaynayan bulağıdır. Bu bulağın suyu da insanlar arasında müqəddəs sayılır. Bulağın suyunun
ən təsirli vaxtı köpüklənmənin gur olduğu zaman hesab olunur və müxtəlif xəstəliklərin sağalmasına səbəb
olur. Bulaq ilin bütün fəsillərində qaynayıb köpüklənir. El arasındakı inanca görə bulağın suyu həm
xəstəlikləri sağaldır, həm də insanları pak və təmiz edir. Ona görə də bulağın suyundan xəstələrlə yanaşı
ziyarətə gələnlər də yuyunur. Bulağın suyunda yuyunmaq artıq ziyarətin tam olduğunu göstərir.
Azərbaycanın multikultural bir ölkədir. Burada yaşayan azsaylı xalqlar özlərinə aid olan milli
dəyərləri, adət-ənənələri qorumaqla bərabər öz dini bayramlarını və dini
ayinlərini rahat və sərbəst
Dostları ilə paylaş: